“Ancaq sədaqətin olduğu yerdə xəyanət mümkündür.” Hardasa 2018-dən bəri ən yaxın dostumla nəşriyyat xəyalları qururuq. Ədəbiyyatı sevirik, ədəbiyyatdan zövq alırıq, öyrənirik, öyrədirik və daha çox zövq alırıq. Zövq aldığımız ədəbiyyatı da öz dilimizə qazandırmaq təkcə özümüz üçün yox, gələcək üçün də ən doğru addım olaraq göründü gözümüzə. Beləcə Nebula nəşriyyatı doğuldu. Niyə Nebula? “Nebula – ölmüş ulduzların qalıntısı, kosmik toz və qaz toplusudur. Bəzilərinə görə, həm də bənzərsiz hekayələrin ilham mənbəyi, doğulduğu yerdir.” Nəşriyyatımız yerli oxucunun ancaq axtarmaq həvəsi və təcrübəsi göstərsə, əli çata biləcək kitabları çap etməyi düşünür. Planımız budu, oxumaq qabiliyyəti olan hər kəs başını səmaya qaldırsa, ulduzları görə bilən müşahidəçi qabiliyyətindədi, bilinən, tanınan bütün kitabları asanlıqla oxumaq olar, bizim hədəfimizsə sadə müşahidəçinin görə biləcəyindən, xəbər tutacağından daha da uzaqlarda olan toz buludlarını əlçatan etməkdi, yerli oxucunun eşit...
İçimdə elə hiss var ki, bu saniyə başlasam, dünyanı tərs çevirə bilərəm. Amma tənbələm.