Somerset Moem meənə tanış olmayan bir yazıçı idi. birinci dəfəydi onun dəstxətti ilə tanış olurdum. Ay və qara qəpik əsəri heç bir şəkildə rəssamlığa bağlılığı olmadığı düşünülən Çarlz Strikləndin rəssamlıq bacarığından söz açır. bu insan əsl başbəlası idi. çoxları onu sevmirdi. çünki xasiyyətcə kobud, heç kimi vecinə almayan, her şeyə qarşı etinasız biri idi. Rəssamlıq fəaliyyətinə başlayandan sonra onu yalnız rənglər və rəsm maraqlandırırdı. Qadınlar onun üçün maraqsız idi. O ona edilən yaxşılıqları başa düşmür, yada salmır, vecinə də almırdı. Əsl baş bəlası idi. Onu ölümdən qurtaran Dirk adlı digər rəssamın həyatını alt üst elədi. Dirkin arvadı ona dəli kimi vurulmuşdu. Bu qaba insan maqnit kimiydi qadınların ürəyinin incə yerinə toxuna bilirdi. lakin Dirk həmişə təkrar edirdi, bu insan əsl rəssamdır, o vaxt gələcək ki ən məşhurlardan olacaq. Hamı Dirkə gülürdü , çünki Çarlzın rəsmlərini heç kim başa düşmür, və məna görə bilmirdi. Amma Dirk öz məşhurluğunu yalnız öləndən sonra tapdı. Ac yaşadı ,amma içində ona əzab verən nə idisə onu rəsmlərə köçürm. ədən ölə də bilmirdi. Son 1 ildə kor oldu, cüzama yoluxdu, kor olduğu halda son ən fövqəladə əsərini yaratdı, görünür bundan sonra O rahatlıq tapdı....
Bu əsər məni çox təsirləndirdi. Həqiqətən cavab tapmaq insana çətinlik yaradır, bu insan dahidirmi yoxsa axmaq?!
Hamınızı oxumağa dəvət edirəm. Xoş Qiraətlər!

Comments
Post a Comment