Skip to main content

Cecelia Ahern - P.S Mən Səni Sevirəm ( P.S I love you )



 Bu əsəri birinci dəfə kitab dükanında , vitrində görəndə istər-istəməz cəlb eləmişdi. Özümdə hiss eləmədən artıq oxumağa başlamışdım oradaca. İstər kitabın adı,istərsə də üz qabığı. Həqiqətən çox cəlbedici əsər kimi görünürdü. Hələ məşhurluğu ilə Böyük Britaniyada "Kod Da Vinçi"ni ötdüyünü biləndə oxumağa həvəsləndim. Həqiqətən çox təsirli əsərdir. iki bir-birini dəlilər kimi sevən insan. Amma xərçəng onları ayırır, Holly Kennedi ərinin bu vaxtsız ölümünə hazır deyildi. Belə bir çətin günləri ötürə bilməzdi təkbaşına. Amma əri öləndən sonra da onu tək qoymadı, özündən sonra qoyduğu hər aya məxsus məktubla Hollini həyata qaytardi. Həqiqətən xərçəng kimi bir xəstəliklə mübarizə anında, ölümün bir neçə günlüyündə özündən sonra sevdiyi qadına çətin olmasın deyə düşünə bilən biri idi Cerry. Əgər əsərin mühitinə girə bilsəz, Holly ilə birgə o əzabları bir az da olsa, yaşaya bilsəz, sevəcəksiz bu əsəri. Və bu əsərin filmi də var. eyni adda. Düzdür, rejissor öz istədiyi kimi dəyişdirib əsəri ssenaridə, amma baxmağa dəyər .


Beləliklə," P.S. Mən səni sevirəm " əsəri ilə sizi baş-başa buraxıram. Xoş qiraətlər!

Comments

  1. bu kitabi yayda oxumusum) dogrudan da maraqli kitabdi, amma menim gozlerini dolduracaq ana getirib cixarda bilmedi)

    ReplyDelete
  2. )) cox teessufş men bir az duygasal adamam)))

    ReplyDelete
  3. Hemid yeni bloggerlik sinde sene ugurlar! Zaten gozleyirdim blog yazmagini bir zaman. Esere vaxt tapan kimi baxacam. Amma movzu ile bagli en cox sevdiyim bir film var ona baxmagini tovsiyye edirem. Filmin adi "Sweet november"....melodramadir. Bas rollar Keanu Reevez cekilib Charlize Theron ile....super bir filmdir. Enya only time sountrackdi de var filme. Soundtrack: http://www.youtube.com/watch?v=hp_J0SpUiCA

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...