Bu əsər mənim qəlbimi , fikirlərimi yerlə-yeksan etmişdi vaxtilə. Bunu oxumaq və təsirlənməmək.. Gərək daş qəlbli olasan. Bu əsər haqqında o qədər uzun-uzadı danışaram ki...
Əsər əfqan əsilli Amerikan yazıçısı olan Xalid Hüseyni tərəfindən qələmə alinıb. Bu yazıçı sadəcə olaraq xariqüladə yaradıb. vicdan deyilən o qüdrətli məhfumun Əmirxana verdiyi əzabdan, uşaqlığında edə bilmədiyini yaşlı vaxtında həmin o vicdan ağrısı sayəsində cəsarətlənib edə bilməsi. Taliban iyrənclikləri. Hər personajda fərqli bir xarakter. Və heç birinə nifrət etmək olmur. Həddən artıq incə ruhda yazilimış bir əsərdir.
Əsərdə məni ən çox cəlb edən bir cümlə oldu. "SƏNDƏN ÖTRÜ MİN YOL".....
Əsərin eyni adlı filmi də çəkilib. Dünyaca məşhurluq tapmış bir bestsellerdir. Oxumusanız siz də valeh olacağsız.
Xoş Qiraətlər.!
P.S. Bu əsəri ilk dəfə oxuyanda təsirindən çıxa bilmirdim.. Liseyimizin ən fəal kitab qurdu məndim. Və bu əsərin aşağı yaşlı şagirdlərimizdə heç də xoş xatirələr buraxmayacağını bilirdim. Kitabxanaçımızdan xahiş etmişdim heç kimə verməsin bu kitabı. :) amma indi düşünürəm ki, nə qədər ağır da olsa , şükr edə bilmək üçün həyatın hər üzündən məlumatlı olmaq lazımdır. Kitablardan başı çıxan insan bu kitabın dəyərini həməncə anlayacaq. inanıram ki, göz yaşlarıyla dolu anları xuyanda yaşayan təkcə mən olmamışam oxuyanlardan))))
XOŞ QİRAƏTLƏR!!!!

Comments
Post a Comment