Skip to main content

Rüfət Əliyevdən "Sevgidə dəyər nədir"






Mənim çox çox hörmət etdiyim, hər söhbətimizdə Şəxsiyyətindən nəsə öyrəndiyim Rüfət Müəllimimin əvvəlki P.S. Mən Səni Sevirəm əsəri haqda olan blogumda başlıq olaraq yazdığım "gözlərimdən yaş çıxardı" cümləsinə özünə məxsus fikirləri var. Çox bəyəndim və istədim bu fikirləri ayrıca blog kimi paylaşım..) Rüfət Müəllim rus dilindən daha çox istifadə etdiyi üçün yazıda da bu hiss olunur. Cümlələrdə dəyişiklik aparmadım, çünki bu dəyərli yazını korlamaq günah  olardı olduğu kimi daha zəngindi. Təşəkkürlər Rüfət Müəllim.





Maraqlıdır, bəyəm meyar "gözlərin göz yaşı ilə dolub dolmamasıdır" idi?...))) Mən "yazı" əsərlərini ən əvvəl müəllifin "monoloqu" kimi dərk edirəm... Yazı əsər – onun, elə bil öz təcrübəsi, dəyərləri, düşüncələri, baxışları ilə bölüşməsin bir vasitəsidir... Əgər mənim "maraq dairəmə" düşürsə, oxucu kimi başlayıram əsəri oxumağa və bu monoloq çevrilir ikimizin arasında "dialoquna"... Mən oxuduqca, lakin düşünmədən, başlayıram öz təcrübəm ilə müqaisəyə; təcrübəm olmasa, onda özümü təklif olunan vəziyyətlərə, obrazlara uyğunlaşdırıram, yaşamağa...düşünməyə...dərk etməyə ... başlayıram… Elə bil əsər həyatımın bir “parçası olur… Əgər daxilimə uyğun deyilsə onda ilkin səhifələrdən əsərdən uzaqlaşacam... əgər i əsəri axıra qədər oxuyuramsa,.. deməli məzmunu yaşayıram ... Bu halda düşüncələrlə yanaşı dərketməm də yetişəcək...
Əslində “yazı” əsərlər Həyatın nümunələridir .. - imkan verirlər ki, ya yaşadığımız təcrübəni araşdıraq, dərk edək; ya da gələcəkdə hər hansı oxşar vəziyyətlə  “rastlaşanda” seçimimizi etməyə “hazır” olaq ... Düşünürəm müəllif məqsəd qoymamışdır ki, oxucu "göz yaşlarını tökdürsün" və dəyəri həmin "suyun" həcmiylə ölçsün...))) Görünür onu "narahat" edən "məhəbbət, sevgi"dir - həm dəyər, həm "vəziyyət", həm " hal\əhvalı " kimi... "Maddi" həyatda bir insan da tapılmaz ki, bu hislərdən, bu hal\əhvaldan, bu dəyərdən kənar qalsın?!.. seçim qarşısında durmasın?!.. Çox vaxtlar bu dəyərin qarşısında çoxsu "aciz", “hazırlıqsız” vəziyyətdə qalır... Bu hiss, "tələb", "qüvvə" …  ayrı-ayrı planetlərdən gələn ancaq iki nəfərin arasında hər birində ayrılıqda "oyanır" (“doğulur”)... Oynanda bu qüvvə ya birləşdirir,, ya iksindən birini, ya da hər ikisini “məhv” edir … Nədən bu aslıdır, kimdən bu seçim aslıdır?... Düşünürəm əsərlə müəllif araşdırmaq istəyir "məhəbbət, sevgi" hissində, “hal\əhvalında” bünövrədə (kökündə) nə baş verməlidir, nə durmalıdır ki, iki nəfərdən hər hansının “özünə tabe etmə istəyi”, ya “qarşılıqlı paylaşması”, ya da “verməsi(“özünü həsr etmək” kimi)  seçim baş versin…  Bu seçim nəyin naminə baş tutmalıdır?! (sadə təbii tələb, ehtiyacı qoyaq kənara – bu hal “canlı, heyvan aləminə aiddir, insan fərqlidir…) - "Yaşatdırmaq" üçün?!.."Ucaltmaq üçün"?!.. "Qidalanmaq" üçün?!.. Bu seçim nədən aslıdır?! Nəyə görə baş verir?..
Maraqlandım, oxudum, düşündüm…dözmədim, "girişdim", bölüşdüm... ))) Yazdıqlarımı ancaq və sadəcə düşünmələrim kimi qəbul edin...
“Məhəbbət, sevgi” hal\əhvalı o dəyərdir ki, onun qiymətini, gözəlliyi, tələbatını dərk edənə qədər, ona qarşı açıq üzlə, üz bə üz dayanana qədər insan deyə  bilər "mən yaşayıram", "mən diriyəm, mən canlıyam"...)))

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...