... Küləyin hansı tərəfdən əsdiyini,
yağışın necə yarandığını, torpaqdan ətrafa yayılan , çevrəmi hörümçək toru kimi
əhatə edən şirin və məstedici qoxunun necə yarandığını düşünmədən təbiətin gözəlliyindən
həzz alırdım. Bu an burda olmağımın sanki taleyin hökmüymüş kimi qəbul edib
qismətimə boyun əymişdim. Düşünmürdüm bu an harda olsam , daha təsirli və daha
rahatladıcı olardı. Ağlıma hakim kəsilən tək fikir bu an burda mənim rahat
olduğum idi. Xatirələr belə canlansa ağlımda, həyatımın xoş anlarıymış kimi bəd
hadisələri də qaça-qova salmışdım. Şən idim. Və ətrafdakı hər varlığın burda
olması mənim mühitimin bir parçasıydı. Sevincli şən idim..
Və neçə illərdi oynadığım bir oyunu oynamaq qərarına gəldim.
İnsanları dəyərləndirmə. Oturduğum skamyadan 10 addım irəlidə gözəl bir fəvvarə
vardı. Yağışdan sora çıxan Günəşin ətrafa yaydığı istiliyi azaldırdı. Parkda
çox insan yox idi. ətrafa göz gəzdirdim. Gənc bir ailə. Öz övladını sevə-sevə
qucağında tutub sürətlə o yan-bu yana qaçıb övladını təyyarəymiş kimi əyləndirirdi.
Xoş görüntü idi. Bu gözəl varlığın anası məndən bir az aralı skamyada
oturmuşdu. Xoşbəxt ailədirlər düşündüm. Atası yaxına gəlib skamyada oturdu.
Uşağı sərbəst buraxdı və uşaq fəvvarə ətrafında qaçmağa başladı. Valideynlərin
üzündə zəhmətin bəlirtiləri vardı. Zəif təminli biriləri idi deyəsən. Ata bu
aykı maaşlarını verilmədiyini dedi. Ana isə sakit tövrlə Canımız sağ olsun
dedi. Sonra oğluna tərəf baxıb yoldaşına Bu şeytana bax bir sən. Üç qat maaşını
almış kimi olacaqsan. Atanın gözlərinin içi parıldayırdı.Xoş görüntü idi. təəssüfləndim.
Elə düşündüm ki, bu insanların hali vəziyyəti daha yaxşı ola bilərdi axı. Daha
çox pul qazana, daha yaxşı həyat yaşaya bilərdilər. Sol tərəfimdən gələn səslər
diqqətimi cəlb elədi..
İki dost oturmuşdu. Mənim kimi tələbəydilər deyəsən. Biri
gileylənirdi. Sənin kirayə qaldığın ev
maraqlı gəldi mənə. Biz evdə sıxılırıq. Bütün günü televizorun qabağında. Ya da
kompyuter. O biri susmuşdu dinmirdi. Üz cizgilərindən, gözlərindən oxunurdu ki,
o da dostunun yerində olub bütün gününü eləcə televizorun qabağında keçirməyə
razı olardı bəlkə...
Sağ və soluma birdə çevrilib
baxdım. Dünyanın cəmiyyət tərəfindən necə iki yerə bölündüyünü gördüm. Sakitcə
qalxdım. Parkdan uzaqlaşdım. Və o gün. O saat. O anda. Hiddətləndim !
Nə istəyirsiz? Pulmu? Evmi? Maşınmı? Bəlkə daha komfort həyat?
Bəlkə başqa bir üz? Başqa bir bədən? Çatışmayan nədir? Maddiyyət? Çatışmayan
sizsiniz. Pul olsa rahatlıq mi olacaq? Yoxsa daha sadə həyatda hər şey daha
rahat olacaq?
Necə bir girdab yaratdığınız üçün hiddətlənin!
Bu gün hər kasıb varlı olmaq istəyir. Varlılar rahat
olmaq istəyir. Hamı itirir. İtirdiyinin günahını dünyada görür. Varlılar
qazanır. Kasıblar itirir. Kasıb üsyan edir. Bərabərlik istəyir. Üsyan nə vaxt
olur? Artıq bacarmayanda. Öz başına öz qüvvənlə bir şey etmək qabiliyyətində
olmayanda. Özünün qazana bilmədiyini başqası qazanırsa, Yox! Onun var mənim yoxdu
deyib üsyan edir. Çevriliş edir. Düşünün. Hansı üsyandan , hansı qiyamdan sonra
insanlıq təmin olunub?! Heç birindən sonra. Hər hərakatın devizi dünyanı dəyişəcəyik
olur. Amma dəyişmir bu dünya. Demək ki, nə deviz doğru seçilib, nə də dəyişdiriləcək
hədəf. Hiddətlənin! əsrlərdir çarəsiz qaldığınıza hiddətlənin!
Dəyişilməli olan dünya deyil. Dəyişilməli olan Pul-əmtəə
münasibətləri deyil. Dəyişilməli olan təbəqələşmə deyil. Dəyişşilməli olan
özünüzsünüz. Dünyanı yox özünüzü dəyişin. Sanki həyatı daha maraqlı olacaqmış
kimi bir varlı kirayə qalmağı arzulayır. Kiyayəçi sə özü sahib olsun evə
düşünür. Amma heç nə dəyişməyəcək. Hiddətlənin! Düşüncələrinizə hiddətlənin.!
İnsan niyə başqası olmaq istəyir? Çünki başqasının həyatı
səninki deyil. Başqası sənə daha maraqlı görünür. Başqasının bağı sənə daha
yaşıl görünür( bunu bir kitabdan oxumuşdum) Bəli! Sənə elə gəlir ki. Başqası
olsan nəsə dəyişəcək. Bir filmdə eşitmişdim. İnqilab əslində özünün olmayanı
alıb başqalarına paylamaqdı. Özünün olsa, vermək istəməzsən demişdi. Bütün bu
istəklərin əsasında çarəsiz özündən qaçış durur. Beynimizdə bu ideologiya yerləşib
artıq. Özünü qurban ver, İNSANLIQ üçün yaşa. Xeyr! Hansı insanlıq? Səndən alıb
başqasına verir deyə düşündüyün insanlıq? Hiddətlənin öz düşüncələrinizə.! Bir
insan olaraq sən yoxsansa, özündən narazısansa, özünü sıxıcı biri sanırsansa,
başqalarına necə kömək edə bilərsən? Necə insanlıq uğrunda çarpışa bilərsən.?
Özünü bataqlıqdan çıxarmadan necə insanlıq arabasını itələyib çıxara bilərsən
bataqlıqdan? Bu qədərmi acizsən? Özün bacarmırsan deyə başqasının əlindən alıb
onunki daha yaşıl bağdır düşünəcək qədərmi acizsən? Hiddətlən düşüncənə! Hiddətlən
şəxsiyyətinə! Azad ol. Hamımız azad olana qədər, hamımız köləyik! Azadlığa
özünü azad etməkdən başla.
Hiddətlən! Üsyan et! Dövləti devirmə! Varlını devirmə!
Özünü devir! Üsyana qalx! Sevgi və azadlıq üsyanına!
Başqası olmaq arzusu yatıb içimizdə. Daha doğrusu içimizi
bu arzu yatızdırıb. Yuxudayıq. Oyanmaq istəmirik sadəcə. Hiddətlən və oyan!
Dünyaya öz gözünlə bax. Başqasının gözünü arzulama. Sev . Özünü sev. Özündəki hər
parçanı sev. Hiddətlən özündəki öz-nifrət duyğusuna.! Hiddətlənin İnsanlar!
Özünü dəyiş. Özünə qayıt! Sevgi dolu dünyanın ilk bənnası
ol! Əmin ol. Özünü dəyişsən, dünya da dəyişəcək. Çünki artıq özünə məxsus bir
dünya olacaq!. Hiddətlənin ,insanlar,Hiddətlənin!
Asılı olmayaq. Azad olaq. Fəvvarə ətrafında dövrə vurub,
suyun yüşsəklikdən üzünə sıçramasındakı ilahi möcüzənin təəccübünü yaşayan uşaq
qədər azad olaq! Bütün maddiyyatı bir kənara atıb övladının dəcəlliyinə baxıb
quşlar qədər yüksəkdə olan ana qədər azad olaq! Övladını qucağında tutub səhrada
gəzsə belə, cənnətdəymiş kimi hiss edən ata qədər azad olaq! ətrafındakı hər tərpənişin
, hər gözəlliyin, hər varlığın sirr dolu anların bir hissəciyi hiss edən insan
qədər azad olaq.! Hiddətlənək! Özümüzə qarşı üsyana qalxaq! Üsyan edək! Devirək
içimizdəki meşşanlığı! Hiddətlənək!
Hiddətlənin ,insanlar,HİDDƏTLƏNİN!

Comments
Post a Comment