Qələmini və sözünü itirmiş bir yazıçı. Yazıçının alim arvadı və
dünyanı bürüyən şiddətdən qaçmaq üçün uzaq bir adaya sığınan oğlu.
Törədən qaçan gənc bir qız. Bir etirafçı. İstanbulda canlı bir bombanın
partlaması nəticəsində tikələri ətrafa səpələnən bir qərib.
Cənub-şərqdə özəl bir qadının həyatı. Norveçdə kiçicik bir ada və üzünü
bir daha heç vaxt görə bilməyəcəyi nağıllar diyarının şahzadəsi –
anasını gözləyən bir uşaq.
Şiddət harada başlayır? Laboratoriyadakı təcrübə heyvanlarını kəsəndə? Yoxsa müharibədə öləndə və öldürəndə? Öz mənfəətləri uğrunda uşağını istəmədiyi bir həyatı seçməyə məcbur edəndə, ağrı-acının şəklini çəkəndə? Törənin qanunlarını həyata keçirəndə, sevişəndə, yoxsa yadı özgələşdirəndə?
Bir söz axtarırdı: mənbəyi quruyan itkin bir söz. Bir səs eşitdi: “Zarok kuştin! Uşağı öldürdülər!” Fəryadın arxasınca düşüb uzaqlara getdi, insana çatdı və nəhayət, sözü tapdı.
Qanun nəşrlər evinin kitab aksiyasından həvəslə aldığım kitablardan biri də Oya Baydarın İtkin söz romanı idi.
Həqiqətən gözəl əsər idi. əvvəllər mənə deyirdilər ki kitabın ilk 30 səhifəsindən sonra qərar ver necə kitabdı. Düz imiş. Bu əsərin əvvəli çox sıxıcı anlaşılmaz bir şey idi. əsərin mövzusunu bir az anlatım.
Əsərin müəllifi Türk inqilabçılarından biridi. Əsərin əsas məqsədi dünyada baş verən müharibələrin, münaqişələrin insanlara vurduğu mənəvi ziyandı. Əsərin ovsunlayıcı gözəlliyi ondandır ki, Əsər müharibənin iyrəncliyini göpstərməklə yetinmir, həyatımızdakı xırda baş verən hadisələrin n əslində bir müharibə olmasıdır. Müharibədən əziyyət çəkən amma siyasətin qurbanı oloan insanlarin iç dünyasını göstərməkdi. Həm də ailə daxilindəki müharibələr. Ata, ana, oğul arasında münasibət. övladın tərbiyəsində səhvlər. Uzaqlıqlar. Əsər doğurdan da mükəmməldi. Bir labaratoriyada siçanı soyuqqanlılıqla öldürməyin də bir qəddarlıq olması, insanları da bu siçanlarla analogiya göstərilməsi əla alınıb. Eləcə ə bir terrorçunun bombanı partlatmasında necə bir hisslərkeçirməsi mükəmməl göstərilib.
Əsərin ən əsas qüvvəsi onun insanın hisslərini gözəlcə qələmə alınmasındadı. Kəsiliklə məsləhjətli, səhifəni, səhifə ardına çevirəcəyiniz bir əsərdi.
İndiysə əsərdən seçdiyim bəzi sitatlar.
Mənim ağrım yavaş-yavaş kədərə çevrildi, artıq əvvəlki kimi şiddətli deyil, daha dərindi. Mən də buna dözə bilmirəm: hər şeyin bitməsinə, keçib - getməyinə, alışılmadığına, bəsitləşməyinə..
Sevgilim, mən həmişə "Qərb"ə, Sən də "Şərq"ə getsək, bəlkə günlərin bir günü bəlkə uzaq, kiçik bir adada görüşərik..
Bax kitabdakı "Şeytan adası"na gedirik. Qayıdanda dostlarına danışarsan
Şeytan adasından geriyə yol yoxdur,- uşaq yuxulu , amma qəti dedi. "Heç danışacaq dostum da yoxdur"
Bilmirəm hara gedirlər, qaçmağa bir yer var? Özündən başqa getməyə yer yoxdur ki. Əsrin qəzəbi səni hər yerdə tapacaq,Hamının axır sığınacağı öz adasııdır. Mən min ildir burdayam. Naməlum və qaçaq..
Əlif onlara baxır, bir tərəfdən iksini də qucaqlıyıb bağrına basıb, " Narahat olma, artıq sən oğlumuzdan heçnə istəmirik, Təki sən xoşbəxt ol" demək istəyirdi. Amma edə bilmirdi. "Təki sən xoşbəxt ol" sözü ona saxta görünürdü.
"övladlarımız bizim güzgümüz deyil ki, bizim dəyərləri özündə əks etdirsin. Heç bir dəyər, heç bir zəfər övladla ölçülə bilməz, bir oğulun ömrü ilə əvəz oluna bilməz"
"Bayırdakı o fırtına özü olmaq istəyir, Dəniz də, balıq da, qağayı da, qayalar da, - heç biri xoşbəxt olmaq üçün öz vəziyyətindən çıxıb başqa bir şəklə düşməyə çalışmır. Harmoniya var, bir ahəng. İnsanlar bu ahəngi öz təkidləriylə pozur. Nəticə də vəhşilik, müharibə, zorakılıq, qandır.Mən bunların bir parçası olmaq istəmirəm. mən ahəngin bir titrəyişi olmaq istəyirəm"
müxbir Ömər Ərənlə, Əlif ərənin övladı olmaq necə bir hissdi soruşmuşdu. Dənizsə " Çox pis bir hissdir. Heç kimə məsləhət görməzdim. Çünki heç kim səni SƏN kimi qəbul etmir, onların övladı kimi qəbul edir. Sən də SƏN olmaq üçün az qalırsan baş üstə gəzəsən" demişdi..
Xilasın açarı insanın öz daxilindədir. Ancaq niyə burada olduğunu, nəyin uğrunda mübarizə apardığını dərk edib, özünə və gördüklərinə inanaraq xilasa yaxınlaşmaq olar.
Sualın doru cavabını tapa bilmədiyini ürək döyüntüsüylə fikirləşir, Həyat dərsindən yenə sinifdə qalacağını düşünür...
Hər kəsin, hər şeyin öhdəsindən gələ bilərsiz, amma bir ölünün öhdəsindən gələ bilməzsiniz..
Həmişə sülhə siyasətdən keçib yanaşmışıq, gərək bu dəfə vicdandan keçək..
Əfsanələri insanlar yaradır. Çünki özümüzü ucaltmaq üçün əfsanələrə, dastanlara ehtiyacımız var. Əfsanələrə sarılıb, həyatın rəhimsizliyindən, məhrumiyyətlərindən nxilas oluruq..
Zorakılıq bir ceyranı öldürməklə də başlaya bilər. Sonra sərhəd qoya bilməzsiniz. Və ceyran öləndə gözlərindən bizə sarı çaşqın bir kədər boylanar..
Bu vaxta qədər yaşadığı ən gözəl hiss idi. Daha doğrusu, ölüm anında "yaxşı ki olub" deyəcəyi hislərdən biriydi..
Bunu etdiyimə görə xoşbəxtəm, və əlbəttə eyni zamanda bir az kədərliyəm. Bitən bütün gözəlliklərin ardından boylanan kədər..
Hər birinizə xoş qiraətlər !

Comments
Post a Comment