Düşüncələr bolluğundan bir neçə fikir.
Gəlin
günlük həyatımızla bağlı bir neçə analiz aparaq. Kamil olmaq olmur, yəni tamamən
kamil. Amma neçə illərin sınağından keçmiş insanlar “ Mən öz həyat fəlsəfəmi
qurmuşam” deyənlərin öz fəlsəfələrindəki “in-yan” prinsipini göstərmək istəyirəm.
Bizim bir mənalı qəbul etdiyimiz bəzi ənənələr, adətlər və eləcədə vərdişlər
var. Hər adətin ayrıca bir tətbiq
üsulları olur. Bir adət o birinə qarışmaz deyirik. Amma necə bir paradoksal qarışıqlıq yaratdığımızı bilmirik. Tipik
misallarla fikirlərimi ifadə edəcəm. Gündəlik həyatımızdan ya da illərin
dövründən xəstələ bilərik. Hətta qrip ola bilərik. Bu xəstəlikdi, ölüm deyil.
Amma qohumlar, ailə, istərsə də rastgələ bir
tanış. Təəssüflənir, “vah vah, can ay dost sənə gözü dəyənin gözü çıxsın” deyirlər. Bəzən xəstəlik xərçəng kimi ağır olur, sevənlər
ağlayır, göz yaşı tökür, hətta qarğış oxunur “naməlum” gözüdəyən şəxsə. Bu təəssüf
hissinin nəticəsidi. Anlaşılan bir hisdi. Amma xəstəlik bitir, əməliyyat olubsa
belə, xəstə əməliyyatdan sonra dərdindən qurtulubsa, həmin şəxslər yenə yığışır , yenə ağılar oxunur. Təəssüflər
edilir. Hətta için-için ağlayanlar olur. Nədir bu antaqonizm? Əgər bir insan
artıq dərdindən xilas olubsa, niyə olub keçən xəstəlik ardınca ağlayır , sizcə
sevinmək daha düzgün olmazmı?
Başqa
bir paradoks. İstər islam, istər xristian , istərsə də başqa bir din əhli
insanları öz aralarında qərara gəliblər ki, ölüm haqqdı. Təkzib etmirəm. Ölüm
hamımızın sonudu. Başlanılan bir həyat daimi ola bilməz. Amma həyatı isə dünya
cəza kimi dəyərləndirir. Bu həyatı cəza kimi yaşamalıyıq ki, “o biri” dünyanın
təamlarını dada bilək. Sanki bütün dərdimiz “yemək” imiş kimi. Bəs tipik bir
sual? Həyat cəzadısa niyə hər doğum gününü bayram edirik? Ölüm haqdısa, niyə
ölüm gününü yas edirik?
“İnsanlar
həyata cəza, ölümə haqq deyirlər, amma doğum günlərində bayram, ölüm günlərində
yas edirlər”
Oşo.
“Çox
Gülən İnsanların qəlbində daha böyük əzablar olur”.
Maksim Qorki.
Dostlar,
həyatımıza gülüşü belə qorxu ilə salmışıq. Təkcə Qorki demir bunu. Hətta xalq
arasında da bu fikir var. Çox gülməyək , başımıza bir iş gələr. Gülməyi də
qorxu ilə edirik. Halbuki Gülmək xoşbəxtlikdi. Gülüş insanı cavanlaşdırır.
Gülüş dəriyə təravət verir. Enerjidi Gülüş. Bizsə gülür deyə “vah vah dərdin mən
gəlsin, dərdindən gülür” deyirik.
Səsləndirdiyimiz
fikirlərə baxın. Nəsə səhv edirik. “İnsanlar səhv edə bilər” deyirik. Yalan
danışırıq, “insanlar yalan danışır bəzən” deyirik. Laqeydlik edirik, “insanlar
laqeydlik edər bəzən” deyirik. Bütün bunlar nədir? Özümüzdən qaçırıq. Sadəcə
demək olmaz ki, Mən yalan danışdım, mən etdim bunu, bütün cavabdehlik mənimdir.”
Niyə axı hökmən bütün günahlar insanlığa getməlidi? İnsanlıq elə məndən, səndən,
ondan başlamırmı?
Mən hərdən
çıxılmaz vəziyyətdə qalıram. “Bu qədər paradoksal həyatın içində başqasının məsləhəti
başqa bir paradoksdan yaranıbsa, bir paradoks içərisinə sürüklənirəmmi” düşünürəm.
Özümüz özümüz üçün həyatı qəlizləşdirmişik. Hislərimizi azad buraxmağı
bacarmırıq. Paradoks da burda yaranır. Ağlamırıq rahatca. Çünki qonşu görsə “
Yazıq, dözə bilmir gör nə günə qalıb” sözündən qorxuruq. GÜlmürük , başqasının “
gör e, dərdindən gülür, başın itirib” sözündən qorxuruq. Bütün həyatımız nəsə
başqsının fikirlərindən qaçaraq puç edirik. Biz qınağdan, söz söhbətdən, ya da
kiminsə yarqılamasına qarşı olaraq həyatımızı
oaradokslar içinə salmırıq. Biz sadəcə qorxuruq. Bütün qorxularımız bizi həyatımızdan
uzaqlaşdırır. Hətta dini inancımız belə, qorxular üstündə qurulur. Çoxları cəhənnəmdən
qorxur deyə, qiyamətdən qorxur deyə öz həyatını dəyişdirir. Halbu ki bütün dini
inanclar Allaha sevgi üzərində qurulmalıdır.
Sadəcə saf, təmiz SEVGİ.

Comments
Post a Comment