Bu Kitab haqqında haradan başlayım, inanın özüm də bilmirəm. Kitab haqqında fikirlərimə başlamadan öncə deməliyəm ki, deyəcəklərimin heç biri yazarla tanışlığıma görə deyil) Yəni sırf Kitabdan hiss etdiklərimi deyəcəm)
Fərid Hüseynliylə yəqin ki "Zamanın Göz Yaşları"ndan (haqqında yazım burada) tanışsınız. Yazarın ikinci Romanı "Nömrə Birlər"də Yazar harbiyen Kendini aşmış)
Bilirəm, bəziləriniz düşünür ki, triller, dedektiv, fantastik kitablar sadəcə boş zamanda bekarçılığınızı təmin etmək üçün bir vasitədir. Bəzən hətta bunu bir kitab sırasına ləkə say
anlara da rast gəlirəm. Amma heç vaxt bununla razılaşmamışam. İstənilən yazar öz kitabında dünyasını və düşüncə genişliyini ortalığa qoyur. Və əgər bu kitabda Nömrə Birlərdəki kimi geniş bir texnotriller cərəyan edirsə..)
Fərid hər cümləsində sujet xəttində necə dəqiqliklə düşündüyü və əziyyət çəkdiyi hiss olunur. Haqsızlığa qarşı çox nadir mübarizə üsülüunu seçən ailə Michaell Jacksonun nömrə Bir xitlərinə uyğun qətl hadisələri törədir və Sonluq möhtəşəm olmalıdı.. Baş verən cinayətləri çözmək üçün çalışan dedektivlər yaranan vəziyyətdən baş açmağa çalışırlar. Amma hələ qisasçıların urprizləri bitməyib.
Baxın bu kitabı oxuyanlar istər istəməz dedektiv sözünü eşidib bunu Elxan Elatlı, Arthur Conan Doyle, Agata Christie ya da Çingiz Abdullayevin yaratdığı personajın oxşarı sanacaqlar. Bu personajlar Batman kimi tək başına havanı iyləyib canini tapırlar sanki. Amma Nömrə bir steorotiplərdən uzaq, gerçək, komedik və tragedik bir kitabdı) Bütün hadisələr sizi sonsuz həyəcan içində güldürəcək, kədərləndirəcək, bəzən yerindəcə dəhşət içinə salacaq və bütün bunları həzm etmədən səhifələri ard-arda çevirəcəkdir.
Eyni Zamanda kitabda Fəridin zəngin film bilgisi, dünya müasir yazar və senaristlərini dialoqlara mükəmməl biçimdə qoşması daha bir ayrı dad qatır kitaba.
Bəzi terminlərdəki anlaşılmaz tərcümələr Yazarın günahı deyil, çünki dilimiz bu cür texnoloji inkişafa yetişəcək qüvvədə deyil. Bundan başqa ilk kitabından bu bədii dil qabiliyyətini daha da artıran yazarın irəlidə daha uğurlu olacağına inanıram.
Və sizə onu da deyim ki, Kitabın ardı olacaq...)
Hər birinizə Nömrə Birlər lə Xoş qiraət arzulayıram.
Fərid, Dost, "Oscar"da yanında əyləşəcəm sağlıq olduqca) Uğurlar Sənə)

Comments
Post a Comment