Ürküdücü qaranlıq.
Susqun ağaclar.
Duman içində meşə.
Addım səsləri. Hər tərəfdən yaxınlaşan addım səsləri.
Xışıltılar. Anlamını bilmədiyim pıçıltılar. Çox uzaqlardan gələn gülüş və hıçqırıq səsləri.
Hər biri yaxınlaşır. addımlar daha çox yaxından, amma bir o qədər də uzaqdan eşidilir. "Yox, Yox, oyanacam, indi oyanacam.."
Oyanmıram.
Silahı ətrafa doğru tuşlayıram. Bütün bədənimlə hər xışıltını, hər tərpənişi hiss edirəm. qaçış yolu axtarıram.
Yoxdu.
Hər yerdədilər.
"Tələsmə.."
"Son burdadı.."
"Hesab vaxtı.."
"hahaha.."
"Yaxın gəl.."
"Günahkarsan.."
"Sənə nifrət edirlər.."
Əllərimlə başımı qucaqlayıb diz çökürəm.
Ağlayıram.
"Yetər !" bağırıram.
Kölgələr. Mənə necə yaxınlaşdıqlarını hiss edirəm. Qaranlıq. Dəhşət saçan qaranlığın kölgəsi kimi.
"Yadına sal.."
Silahı qaldırıb barmağımı tətiyə dayayıram. Soyuqluğunu hiss edirəm.
Ağrı boğazımda yığılıb toplanır. getdikcə sinəmə doğru yayılır.
Nəfəs almaq olmur.
"Bizdən qaçış yoxdu.."
"Sən hardasansa, ordayıq.."
"Dinləməlisən.."
Dözmək çox çətindi. Səslərdəki ürpərtici yavaş ton ruhumu dondurur. "Sizi dinləməyəcəm. Susun..!"
"oyanmalıyam. Oyanmalıyam."
Oyanmıram.
"Oyanmaq Səni xilas etməz.."
Silahı əllərimdə sıxıram. "Mən heç birini istəməmişdim.. Yox.. İstəməmişdim.. Günahkar deyiləm.. Hamı edir.. bunu.. Bunu Hamı edir.."
"Sən hamı deyilsən.."
"Dirənmə Bizə.."
Yox, onları dinləməmliyəm. Ağlımı itirirəm. Çıxış yolu olmalıdı. Həmişə var. qaçış yolu var. Olmalıdı, Lənət olsun, Həmişə qaçış yolu var.
"Bu dəfə yoxdu.."
Duman içində kölgələrini görə bilirəm. Qaçmağa başlayıram. Hara addımımı atdığımı bilmədən qaçıram. Sürətlə. Yıxılram. Qalxıb yenə qaçıram. irəlidə vəhşi bağırtı eşidirəm.
Bir ağaca söykənib dayanıram. başımı ağacın gövdəsinə dayayıb gözlərimi yumub əzabla ağlamağa başlayıram."yetər, bəsdi.. bəsdi.."
Arxamdan keçən kölgənin soyuqluğunu hiss edirəm.
Gülüş sədaları qulağımı batırır.
Sükut.
Səslərdən daha öldürücü.
Silahı qaldırıb tətiyə basıram. Barmaqlarım arasında duran soyuq metal od püskürür. İlk gördüyüm kölgəyə doğru atəş açmağa başlayıram.
Dayanıram.
Hələ də ordadı.
Sükut.
Yavaş yavaş ondan gələn fısıltı səsini eşidə bilirəm.
Hələ də ordadı.
Hər yerdədilər.
Ölmürlər.
Silahı gicgahıma dirəyirəm.
"Əgər sizi öldürüb qurtulmaq olmursa.." gözlərimi bərk bərk sıxıram.
Barmağımı tətiyin üstündə gəzdirirəm.
Tətiyi basıram..
Sükut. gözlərimi açıram.
Hələ də burdayam. uzaqlaşan kölgələr.
Və ardlarından uzaqlara doğru gedən səslər.
"Ölmək çox asan olardı.."
"Hər gün ölmək gərəkli.."
"Fikirləri öldürə bilməzsən.."
"Hardasansa ordayıq.."
Anlayıram.
Hər gün özümü öldürəsi hala çatdıran fikirlər.
Zehnimdə məni qaranlıq meşəyə çəkib aparan fikirlər. Mənə əzab verən günahlar.
Vicdan.
İztirab.
Heç birinə mərmi işləməz. Çünki hamısı beynimdədilər.
Bir fikri öldürmək olmaz. Çünki burdadılar, beynimin içində.
Ruhumun hər köşəsində.
Ölməliyəm. Hər gün, hər səhər, hər gecə saniyəsini belə qaçırmadan..

Comments
Post a Comment