2006 -cı ildə evimizə ilk kompyuter gələndə çox sevinmişdim. Xüsusi bir olay idi, çünki o vaxta qədər kompyuterim olmamışdı. İlk işim proqramları incələmək olmuşdu və onda 10 yaşım vardı. "Paint" proqramına girib əyri-üyrü də olsa, bir yazı yazıb ekrana şəkil olaraq yerləşdirdim. Yazı belə idi.
"Hər Gün Yatağına uzananda yaxşıca düşün, Mən bu gün nə öyrəndim"
Bu gün həmin şəkil hələ də qalır və o yaşım üçün özümü tez qocaltdığımı düşünürəm. Bu gün gənclər hansı idealın ardıyca gedir? Əvvəllər dövr cahillik idi və xalq içindən Mirzə Cəlillər çıxanda özünü biruzə verirdi. Çünki üstün idi. Çünki zəka və əqidə sahibiydi. Məsələ dini əqidədən getmir, insani əqidədən gedir, ki dinin özü də əslində Həyatı ehtiva etməlidi özündə. Amma müasirlik dediyimiz bu dövrdə yenə bir yazar, ya da bir xadim ortalığa çıxar yenə fərqlənər. Yenə zəka, yenə əqidə sahibi olan.
Keçmişi bəzən tənqid edirik, Din xadimləri cəhalət yaratmışdı, təhsil yox idi, ya da azadlıq yox idi. İnsanlar! Dindən şikayət edirdiniz, ateizm yaratdınız, mədrəsə təhsili ilə adam olunmaz deyirdiniz, o mədrəsə ilə adam olan Şəfi Vazehin düşüncəsi, dünyası Avropa məktəblərini oxuyan indiki gəncdən daha üstün olduğunu unutdunuz., problemi təhsili müasirləşdirməklə həll olunacağını sandınız, təhsil yüksək etdiniz. Demokratiya yox idi o vaxt deyirdiniz, indi hər yerindən duran sosial şəbəkələrdə istədiyi insanı açıq tənqid və təhqir edir sizin azadlıq düşüncə tərziniz əsasında. Axı nədi hələ də İnsanlığı ərdəmliyə çatmağa qoymayan? Dövlət? Din? Mühit? Heç biri! Özünüzdən başqa Heç biri..
"Bu gün gəncliyi axtarmaq istəyən kitabxanalara getsin" deməyi çox istəyərdim, amma bu gün gəncliyi axtarmaq istəyən gənclərin sosial şəbəkədəki paylaşımlarına və inbox undakı mesajlara getsin deyə biləcəm. Əvvəllər kəndlərdə qızlar çeşmə başına gedərdilər, indi sosial şəbəkə qruplarında "neçə yaşda nişanlanmaq istəyərsiniz" sorğusuna cavab verməyə gedirlər, əvvəllər çeşmə başına su gətirməyə gedən qıza ağaclıqdan göz qoyan oğlanlar vardı, indi qızın profilinə dostluq atıb "dürtən" oğlan var, əvvəllər çeşmə başından qayıdan qıza yol yoldaşlığı edən oğlanla qızın adını çıxaran, əri ölüb neçə illərdi dul qalıb ona buna göz qoyan nənələr vardı, indi hansısa statusa normal bir cümlə yazıb hətta hansısa normal bir məqsədlə hansısa bir qızı statusa tağ etdi deyə onların adını çıxaran, sevgilim yoxdu "14 fevral burnunuzdan gəlsin" deyə status yazan qızlar var, əvvəllər at oynadıb, dağlar aşıb zəhmət görən, "bığ yeri tərləməmiş" qız üzünə baxmayan oğlanlar vardı, indi türklərin "kirli saqqal" dediyi saqqaldan saxlayıb, "aktivəm, like et, like gör" deyib oğlanlıqdan, zakondan və avropanın bizə aşılamağa çalışdığı, amma heç kimin diqqətə almadığı qırmızı, mavi, yaşıl şalvarlar geyinib "MÜASİR GƏNCLİK RƏNGARƏNG VƏ KREATİV OLMALIDIR" şüarıyla "çayxanadasansa yaxşı oğlansan" prinsipi ilə yaşayan oğlanlar var.
anlamadığım 21-ci əsr tam olaraq düşüncəli birinə çevrilmək üçün əvvəlkindən daha əlverişli olduğu halda niyə ümumi mənzərədə geriyə gedirik? Niyə Sovetin Tibb tələbələri indikilərdən ÜMUMİ göstəricisindən yuxarıdı? Niyə o vaxtın insanları ad günlərində bir birlərinə 50 qəpiyə Drayzer, Hüqo romanları hədiyyə etdikləri halda, bu gün "kitab bahadı, pulum çıxmasın, Facebookda bir Happy birthday yazılı şəkillə ad günün mübarək yazısı ilə təbrik edim" kimi ucuz düşüncəyə qaçırıq? hər şeyin çatışmaz olduğu dövrü yıxıb sürümək asandı, hər şey varkən nə etmişik? əlimizdə hər şey varkən niyə iyrəniləsi şəkildə ifrata getmişik?
Mənə görə cavab sadədi.
Azadlıq anlayışı.
Bu gün gənc insan universitetə girib Bakıya gələn kimi 11 ilin sıxıntılı keçən valideyn basqısından azad olur. Amma gəl gör ki, gənc əlinə keçmiş bu azadlığı düzgün yönəltmir. Azadlıq özbaşınalıq deyil. Azalıq məsuliyyətdir. Azadlıq 11 il valideynin qulağınızdan tutub yeritməyə çalışdığı yolu, əgər daha yaxşısını bacarırsınızsa, özünüzün getməsidir, yolu qazıb tıxac yaratmaq yox. Həyat onu yaşayanlarındı, xərcləyənlərin yox. Bu gün etdiyiniz hər bir hərəkət, bu gün gənc valideynin öz valideyninə övladı qarşısında etdiyi hər hörmətsizlik gələcəkdə onun öz övladından 5 qat artığıyla sifətinə dəyəcək. Onda anlayacaq, həyatını məsuliyyətli və anlamlı şəkildə yaşamaq yerinə, xərclədiyini. Və önəmli bir duyuru. Həyatın anladığım qədəriylə öncəlikli prinsipi: Yaşanan səhvlər geri qaytarılmır.
Çin filosoflarının belə bir nəzəriyyəsi var. Kəpənək təsiri. mahiyyətcə kəpənəyin hər qanad çalışı bir şeyləri dəyişirmiş kimi bir anlayışdı. yəni etdiyimiz hər bir hərəkət və hər bir səhv bizdən başqa insanların da həyatına təsir edir, bir şeyləri dəyişdirir. ona görə bəzən narsiszmdən qurtulub, ətrafa necə təsir etdiyimizə çevrilib baxmalıyıq.
Gənc olmaq bol enerjili və yarada biləcək, qura biləcək gücdə olmaq deməkdi. Əlimizdə olan bütün imkanlarla yaradıcı ola bilərik, amma tükədiciliyi seçirik bəzən. Həm də suyu yox, qidanı yox, özümüzü. Amma kəpənək təsiri ətrafımızda nə qədər ki qloballaşmayıb bir şeyləri təsir edə bilərik, dəyişə bilərik. Yaşanan Səhvləri geri qaytara bilmərik, amma səhvlərimizi öyrənib önəmli bir dərs çıxara bilərik bundan. Sonucda John Greendən bir alıntı. "Hiç bir zaman tamir edilmeyecek kadar bozulmayız".
Həmid,oğlanların rəngli -qırmızı,mavi,yaşıl şalvar geyinmələri məncə heç də zəmanənin pisliyini demir. Sosial şəbəkələrlə bağlı yazdığınla həyqətən razıyam amma geyim qaydası illər keçdikcə dəyişir.. qızlar oğlanlardan şalvarı "aldısa" oğlanlarda rəngi ala bilər :)) əla yazıdı təkcə o hissəylə razılaşmıram ki sənin belə düşündüyünü düşünməzdim ən azından Liseydən kimsə geyimə görə kimisə dəyərləndirməz deyə bilirəm :)
ReplyDeleteBirincisi Zəmanə heç vaxt pis olmayıb, çünki zaman heç vaxt axışını dəyişdirməyib, o axında öz geduişini bilməyən insanlar günahı zəmanəyə atıb. Halbuki Zamanəni formalaşdıran İnsandı.
ReplyDeleteİkincisi hər şeyə şalvar alındısa, rəng mübadiləsi gedə bilər düşüncəsiylə yanaşa bilmərik, çünki vurğuladığım kimi zəhmət çəkməyin, bir evin dirəyi olmağın, ATA olmağın anlamı başqadı. SSən bakıya gəl, və gör insanları. Rayon sıxıcı ola bilər, lisey dışında. amma günümün böyük hissəsi insanlarla keçir və görürəm ki oğlanlar zəhmət anlayışını kreativlik bəhanəsi ilə gizlədir. insanın daxili rəngarəngdisə zahiri də elə olar. Bu rəngarəngliyə sadiq qala bilib, məsuliyyətli insan olmaqla, o məsuliyyyətdən qaçmaq üçün kreativlik arxasında gizlənmək ayrı şeydi. Və Sənin tanıdığın həmid liseydən sonra çox deformasiya olub müsbətə doğru. :) Ona görə təəccüblənəcəyin çox fkirlərimlə qarşı qarşıya qala bilərsən. :)
This comment has been removed by the author.
ReplyDeleteCox beyendim.Yazilanlarda boyuk heqiqetler var.Xususile muqayiseli terefler teqdire layiqdir.Onu da qeyd etmek isderdim ki,insanlar,en esasi gencler kitablardan uzaqlawdiqca cemiyyet ucuruma gedir.Bu gun 14-15yawli yeniyetme elinde mobil telefona qowulu kicik kalonkayla etrafi uzden iraq "senetcilerin" musiqilerini dinlemeye vadar edirse gelecek gencliyin ustunden xett cekmek olar.Muasir dovrde internet adlanan sosial ag-dan en yanliw istifade eden cemiyyetlerden birinde yawayiriq.Mutalienin zeifliyi genc beyinleri de zeifledir.Onceki hekayelerin birinde hekimsiz xesteler sozunu iwletmiwdiz.Eslinde hekimler var ama xesteler xesteliklerini qebul edib sagalmaga dogru addimlayaraq saglam beyin,ruh ve zovqe sahib olmaq isemedikleri halda hekimler onlar ucun ag xalatli cani kimi gorsene biler sadece.Cox heyif ...
ReplyDeleteÇox sağolun, Aysun Məhərrəmova.
ReplyDelete