Skip to main content

İnsaniyyət məcmuəsi


Səhər işıqların yanmasını gözləməyə  səbrim çatmadı. Çünki işıqlar kəsildiyinə görə lift işləmirdi, 13 mərtəbəni düşməyə yetərincə vaxt itirirdim. Bilmirəm niyə, amma ağ köynək geyinməyi çox sevirəm. Amma vaxt azlığından köynəyi ütüləmədən əynimə keçirdim. Zatən sevginin mahiyyəti də bu deyil mi? Sevdin mi, nə zahirdəki, nə daxildəki qırışların önəmi olmaz. Əsas olan sevməkdi. Sevə bilməkdi.

Sürətlə binadan çıxıb dayanacağa getdim. Avtobuslarda olmağı sevirəm. Çünki hər cür insana rastlamaq olur burda. Qocası, cavanı, uşağı,kişisi, qadını və hər cür xasiyyətdə olanı. Hərdən hər kəsin anayışsızlığını, daxilindəki mənfi və müsbət duyğuların özü üçün yaratdığı balansını qınayıram. Amma həyatda elə anlar olur ki, ətrafı çəkib  çevirməkdən, hər kəsi varlığının gğrünüşünə göə təhlil etməkdən yoruluram. Düşünürəm: "Axı niyə hər kəsi anlayışlı, qayğıkeş, səmimi, dostcanlısı olmamaqla günahlandırıram? Əgər hamı müsbət olsa, onda həyatda hansı mücərrəd məqsədin arxasıyca qaçacam? Hamı müsbətdisə, mənim müsbət olmam nə önəm kəsb edəcək? Deməkki, həyatı rəngli edən onu yaşayanların daxilindəki mənfi və müsbətlərin mübarizəsidir. Kim necə çıxacaq bu müharibədən? bax budur, həyatın mənası. 

Bu gün də avtobusa minəndə ortamın fərqliliyi məni özünə çəkdi. Yenə yer yox idi, ayaq üstə durub keçdiyimiz binaların şüşələrində köynəyimin əynimdə necə durduğuna, qarşımda oturan yaşlı qocanın üz cizgilərində daxili duyğularına uyğun dəyişikliyə, məndən yanda olan xanımın dövrü olaraq boşalan yerdə oturub, yaşlı birisi gələndə ona yer verməsinə, öndəki  üz cizgisindən həyatında diqqət əskikliyini biruzə verən satıcının qocanı artıq başa salsa da, eyni mövzuda davamlı danışmaqla söhbətə tutmağa çalışmasına fikir verirdim; ən önəmlisi bütün bunlara eyni vaxtda fikir verirdim.

 Gənc xanım daha bir dəfə yerini verdi və yanımda ayaq üstə dayandı. Qoca xanıma tərəf çevrilib " Qızım, bayaqdan sənə fikir verirəm, yerini tez tez kiməsə verirsən. Halal olsun Sənə." bir qədər önə baxıb yenidən xanıa çevrilib " Bu dünyada insanlıqdan ötə şey yoxdu, İnsanlığın daim belə hörmətcil qalsın. Yaşa" dedi.

Məsələ xanımın yer verməsi, ya da Qocanın qızı yer verir deyə onu insani sayması deyil. Məslə başqadı. Keçənlərdə Çingiz Abdullayevlə görüşmüşdüm. Danışığında bunu dedi: "88ci ilə kimi bizə SSRİ insaniyyət, əxlaq öyrədirdi. Allahı təbliğ edirdi. sonra dedilər, Allah yoxdu, əxlaq da boş şeydi. 92dən isə dedilər vicdan da boş şeydi. 96da dedilər şeref boş şeydi. son 10 ildə isə deyirlər qeyrət, namus da boş şeydi." Düşünürəm ki, SSRİ əxlaqı ilə böyümüş yaşlı nəsilin adətən böyük əksəriyyəti insaniyyət, əxlaq sevdalılarıdı. Meşə çaqqalsız olmaz. Çaqqallarla işim yox. Görəsən bu gün ən arxa sırada oturub, "Tom"u qıdığlamaqla məşğul olub, hər şeyin başı puldu düşünən, hər qız üçün 260 dərəcə yerində fırlanan, ictimaiyyət bir yana, valideynindən tutmuş, özünə belə hörmət etməyən, geyimində belə əxlaqını unutmaq bir yana, danışığından öznü biruzə vern oğlan və qızlarımız.. Bir gün qocalıb bu yaşlı qocanın yerində oturanda nə edəcəklər? bu əxlaq və insaniyyətli yaşlıların yerinə keçəndə hansı sözləri deyəcəklər? Bəlkə hal hazırda dünyaca məşhur Roma qocaları kimi "sapiklık" edəcəklər? Cavanlar estetika deyib başlarına min oyun açırlar. Aktyorlar üz cizgiləriylə oynayırlar. Görəsən gələcəkdə "Titanic" kimi filmlərdə, teatr işlərində "old Rose" roluna Gloria Stuart tapılacaq mı? O həqiqi üz cizgilərində olan.. 
 
Bu yaşlı qocanı çox izlədim. Amma ürəyimi bir azca da olsa rahatladan şey bir azdan avtobusdan düşən həmin xanımın "gəl oğlum" deyib bir balaca oğlanın da əlindən tutub düşməsi idi. Çünki insaniyyəti olan bir ananın övladı həmin anadan insaniyyət dərsi alar. Gələcək hələ uduzulmayıb. Qələbəyə həmişə şans var. 



Yaşamaq və yaşatmaq Arzusuyla!

Bu da Insanlıq sevərlər üçün gəlsin. Sevdiyim Single'lardan biri. :)







Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...