Skip to main content

Atalar və Oğullar

Gecə saat 2 idi. Yata bilmirdim. Bir az əvvəl həyat yoldaşımla mübahisə etmişdim. Düzü bu gecə mənim üçün gözlənilməz başladı. Çünki gözləntilərim tamamən başqa idi. Amma həyat bu, necə davam edəcəyini bilə bilmirsən. 

Beləcə gecəni evdə keçirməmək qərarına gəldim. içəri daxil olanda artıq insanların çoxunun getdiyini görmək olurdu. geridə qalan sadəcə yalnızlığın acısını şüşənin dibində tapmağa çalışanlar idi. Bəzən birinə rast gələrsiniz içdiyi içkidə yanaqları qızarmış və üzündə sərsəm bi güüşlə daha bir badəyə dəvət edir. Amma başqa bir qism insansa, hər badədən sonra stəkanın dibinə baxır, sanki " Sən də mi məni tərk etdin?!" düşüncəsi ilə.. Burda qalanlar onlar idi. masalardan birinə əyləşdim. amma burda tək deyildim. qaranlıq köşədə biri oturmuşdu. mən oturandan sonra bir az irəli oturdu. Gözlərindəki yorğunluq inanılmaz idi. Tökülmüş saçlar və batmış yanaqlar onu daha da yaşlı göstərirdi.

Başını azca qaldırıb üzümə baxdı. Dözmək olmurdu bu baxışlara...

Artıq saat 4 idi. Yanaşı oturub birlikdə səssiz içirdik. Tanış olmuşduq. Bu yaşlı görkəmli öğlan Sən demə 34 yaşında gənc imiş. Bunu qəbullana bilmirdim. Hələ ömürlərinin parlayan çağında olan gənclər artıq bu yaşda qocalmış simaya sahib olurlar. Axı niyə daxillərindəki enerji qəmə kədərə sərf olunsun? Yaşlananda kədərli olmaq üçün yetərincə vaxt olacaq. İndi gənclərin küçələri rəngli hala salacaq vaxtlarıdı. Amma badələri boşaltdıqca dili açılmağa başlayırdı. Dərdinin nə olduğu mənə çox maraqlı idi. 



" Bax bu stəkanla o qədər söhbət edirəm ki. doldururuq, boşaldırıq, doldururuq, boşaldırıq.. Heç söz haqqı yoxdu, bəlkə o dldurula özüylə qalsın istəyir? Bəlkə heç doldurulmasın istəyir? Amma düşünən kim.. Hər dəfə boşalan stəkanla içimi doldurmaq istəyirəm bu maye ilə. Özümü öldürəcək cəsarətim yoxdu. Bəlkə daxilimə toplanan bu maye daxilimdən boğar məni. Vaxt var idi, uşaq iim. Atam içki içməyi sevərdi. İçən kimi yanağı qızarardı, gizlədə bilməzdi. amma bir dəfə
də qabağımda içki içmədi. Hər dəfə gizlidə içib gələrdi. Vaxt ötdü, mən zırrama böyüdüm. Universitetə girdim. Hüquqşünas oldum. Atam mənimlə fəxr edirdi. Anamı mən doğulanda itirmişdi. Hər dəfə yanağı qızaranda gedib Anamın divardakı rəsminin önündə dayanardı. " Ay Xanım, niyə belə elədin? SƏni itirdim, amma oğlumu qazandım. Bax buna. Gör necə böyüyür, yurist olacaq e. Dayağımdı mənim, dayağım!" Rayonda atamın qəşəng evimiz vardı. Bağımız, həyətimiz, Atam çox səliqəli adam idi, qarajı, bağı, hər yeri elə səliqəli saxlayırdı ki. Əlimi bir işə vurmağa qoymazdı. Vaxt gəldi evlənmək istədim. "Ata o qızı sevirəm, evlənəcəm" dedim. arxama baxmadım heç. Toyum oldu, Atam hər hazırlığı etdi, dedi gəl bu həyət bu ev Sənindi. qəbul etmədim. Hə birini də süzün, stəkanın nə istədiyini başqa gün düşünəcəm, bu gün sadəcə içəcəm. Köçdüm bakıya. Burda yaşadım. Atam rayonda tək qaldı. Arada zəng edirdi işdə olurdum bəzən cavab vermirdim. Bir gün rayona gəldik bayram vaxtı dincəlməyə . İki övladım var idi artıq. Yoldaşım.. Yoldaşım yanımda deyildi.. Arılmışdıq. Uşaqlar həyətdə qaçışırdı. Köhnə otağma baxım dedim. Otaqda hər şey elə səliqəli idi ki. Toy günüm xalamın yığışdırdığı kimi idi. Kövrəldim. Çox darıxmışdım. Bayıra çıxdım. Atam Anamın şəkli olan divarın önünə bir kreslo çəkmişdi. Oturmuşdu. Yanaqları qızarmışdı. Və.. gözləri yaş dolu idi. İlk dəfə idi belə görürdüm onu. içəridə olduğumu hiss etmirdi. Nəsə pıçıldayırdı. Deyəsən dua oxuyurdu. Bitirib dərin bir nəfəs aldı. Əlini kreslonun qolluğuna qoydu. Əlndə kiçik bir stəkan vardı. "Ay Xanım.. Eşidirsən həyətdəki səsləri? Dayağım Atasına dəyməyə gəlib. O səslər də nəvələrindi nəvələrin! Nur topu kimidilər. kiçik qızın baxışı eyni səninkidi.. Elə ağıllı baxır ki. Elə bil bütün sirlərini bilir, "niyə gizlədirsən ki" deyir.. Oğlumuz da gör neçə yaşına çatıb. Ailə sahibidi, sevib evlənib. Arvadı gəlməyib, yqin bakıda nəsə iş çıxıb yoxsa gələrdi. Toydan sonnra ilk dəfə gəliblər rayona, işi çıxmasa gəlməzik etməzdi əşi. Yaxşı, yaxşı elə baxma, ağlamıram. Bir az kövrəlmişəm sadəcə. Burda bu divarın arasında hər gün tək olmaq asan deyil ki, arada içməkdən günah olmaz.. Oğlançün çox dar.."

Ayağımın altında taxta şaqqıldadı. Atam tez çevrilib gördü qapıda dayanmışam. Əlində stəkan yox idi artıq. necəsə gizlətmişdi. Gözlərində elə bir utanc hissi vardı ki. Sanki kiçik uşağı oğurluq üstündə yaxalamışdım. Bütün sifəti qırmızı oldu. Lap "qulağının dibinə kimi"

- Necəsən, ata?
- Bah, gəl bir səni öpüm. Necə olacam ki, əla.
- Ata, həqiqətən necəsən?
Susdu. nitqi tıxanmışdı. boynumu qucaqlayıb ağlamağa başladı. elə hıçqırırdı ki.. Əllərini kürəyimə vurub daha da bərk hönkürürdü. İllərin ağrısı idi qusurdu indi. Ağlamaq kişi üçün necə çətindi bilirsən? Bəsdi, süzmə heçnə sözümü kəssin istəmirəm. Atam illər boyu qarşımda əyilməmişdi. Amma indi uşaq kimi ağlayırdı. Onda anladım ki, bütün bu müddət boyu yalnız qoyduğum atam necə həsrətimi çəki. Neçə saatlarla divardakı şəkillə söhbət edib. 

Dünən rayondan qayıtmışam. Mənim üçün qoruyub saxladığı, tikib düzəltdiyi o evi, eşiyi, böyüdüyüm o məkanın qapısını bağlayıb çıxmışam sadəcə. Atamı da gətirdim. Gələndə yolda ağrısı tutdu. Həkimə apardım. İndi bilirsən həkim nə deyir? Qaraciyəri əldən gedib deyir. İçkidən hamısı. Hər içəndə yanağı qızaran atam. Həmişə yanımda şax duran atam Dayağı olduğum atam.. Və.. Boynumu qucaqlayıb hönkürən atam.. Sən de dayı, Atama mən heç soruşmadım mənsız qalmaq istəyir mi ya yox, bu stəkana da soruşmram içkisiz qalmaq istəyir mi ya yox, boşalmaq istəyir mi ya yox, axı Allah niyə soruşsun mən bu yaşda atasız qalmaq istəyirəm ya yox..?!"

Birc dəfə belə sözünə müdaxilə etmədim sadəcə dinlədim. Amma ağlımda Remarkın bir cümləsi fırlanırdı daima. " Başımı qaldırıb həyatı və ölümü verən Allahı axtardım gözlərimlə. İndi onun gözlərinin içinə baxmağı necə də istəyirdim"...










Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...