Bu yaxınlarda endirim kampaniyalarından birində Oscar Wilde-dan Dorian Grayin portreti romanını sifariş vermişdim, amma nüsxə sayı bitdiyindən əldə edə bilmədim. Və film saytlarını gəzəndə Dorian Grey filminə rast gəldim.
İnsan arzularıyla bitib tükənməyən bir sərvətə malikdi. Bizi yaşadan bir ümid, bir arzudu həmişə. Amma tüm bunların hamısı birdən gerçəkləşsə nə baş verər? Sizcə küçədən keçən bir sehrbaz heç bir qarşılığı olmadan sizə bütün arzularınızı gerçəkləşdirmə şansı tanıyar mı? Hətta Ələddinin çırağındakı cin belə 3 arzuya qarşılıq həyatına azadlıq istəyirdi. Bu önəmli bir şeydi yaşamın anlamını axtaranlar üçün. Həyat sonsuz bir yoldu və biz daim onun üstündə hiss olunan ani kölgələrik.

Amma demək istədiyim bu ki, əgər sizə tüm istəklərinizi, həyatdan həz ala biləcəyiniz şeyləri gerçəkləşdirmə şansı tanınsaydı qarşılığını nə ilə ödəməli olardınız? Siz buna görə ruhunuzu satardınız mı?
Amma Dorian satardı. Dostunun onun üçün çəkmiş olduğu portret onun yerinə daim yaşlandı. Onun həyatdan həzz adlandırdığı bütün o çirkinliklər portretə yansıdı. Amma Dorian daim cavan qaldı.
Bu film bir ömür boyu yaşamağın, bütün istəklərə çata bilmənin və ən sonunda əldə edəcək bir şeyin olmadığı nöqtədə anlaya biləcəyiniz vahid həqiqətin təcəssümüdü.
"Sizə belə bir gücü sadəcə Şeytan verə bilər.."
Filmdə də deyildiyi kimi, Bəzi şeylər bitdiyinə görə dəyərlidi.
Bitmirsə və ya əldə olunması çətin deyilsə, sizcə mənası qalan nə var? İnsan hər şeyi əldə etdikdən sonra buna asan yolla çatdığını iliklərinə qədər hiss etdikdən sonra ruhunu necə bir çirkabın içinə saldığını, başdan ayağa əxlaqsızlığın, çirkinliyin və mənəviyyatsızlığın ağuşunda olduğunu anlayar.
Amma dəyişməz olan bir həqiqət var. Hər şeyin bir bədəli var. Bir gün etdiyiniz bütün o çirkinliklər qarşınıza çıxacaq. Yaratdığınız iblis sizi ağuşuna alacaq. Və özü ilə birlikdə cəhənnəminə doğru çəkəcək.
Kİm nə deyir desin, bu film(kitabını oxumadığım üçün haqqında tam bir söz deyə bilməyəcəm) həyati dəyərli şeylərin önəmini xatırladan, düzgün bir insan olmağın və təmiz qəlbimizi çirkə bulaşdırdıqda necə bir əzabla üz üzə qalacağımızın portretidi.
Rejissoru Oliver Parker olan və 2009-cu ildə ekranlara çıxan filmin baş rollarında Ben Barnes(Dorian Gray), Colin Firth(Lord Henry Wotton) Rebecca Hall(Emily Wotton), Ben Chaplin(Basil Hallward) kimi insanlardır.
Və son olaraq..
Möhtəşəmliyinə aldanmayın. Bu filmi izləməyin.
Comments
Post a Comment