Skip to main content

Schindler's List





Məncə bu film barədə yazmamaq düzgün olmazdı. Çünki keçmişi unutmayıb insanlığı xatırlamaq üçün bu filmi izləmək ən gözəl vasitədir.

"Schindler's list".. Əslində 2-ci dünya müharibəsi ilə bağlı çoxlu film, çoxlu romanlar var. Saving Private RyanLa vita è bellaThe Book of Thief kimi filmlər bu cəhətdən xatırladığım ən gözəl filmlərdi. Amma Schindlerin Siyahısı bu cəhətdən ən fərqli, ən dokunaklı filmdir. 

 1993-cü ildə böyük Rejissor Steven Spielbergin çəkdiyi film 7 Oscar mükafatı və Grammy, Bafta, Golden Globe kimi mükafatları da qazanıb. Baş rollarında Liam NeesonBen KingsleyRalph Fiennes kimi aktyorlar olan film ikinci dünya müharibəsində qətlə yetirilən yəhudilərin həyatından bəhs edir. Dəhşət saçan görüntülər insanı ilk öncə o dövrdə dünyaya gəlmədiyinə görə şükür etdirir. Oscar Schindler alman iş adamı, yaratdığı fabrikdə işləyən yəhudiləri almanların kefləri istəyir deyə öldütrməsindən daim qorumağa çalışır. Rüşvət verir, inandır, hər necəsə hər dəfə tam 1100 Yəhudinin öldürülməsinin qarşısını alır. Müharibə bitənə qədər. Film bizə gücün, idarəçi olmağın, İNSAN olmanın önəmini durmadan xatırladır. İnsan digərindən güclüdürsə, nə etməlidir? Gücünü nümayiş etdirib onu əzməlidir? Gerçək güc bağışlaya bilməkdi. mərhəmət etməyi bacara bilməkdi. Qəlbinizin təmizliyi Sizi gücün gerçək anlamına gətirib çıxara bilər. Oscar Schindler həmin insanlardandı. Siyahısında olan hər yəhudini, hər bir kiçik uşağı silah fabrikində işləri yerinə yetirə biləcək ən bacarıqlı şəxsmiş kimi qorumaq, Nazi partiyasının üzvü olduğu halda hər şeydən üstün olan insanlıq görəvini yerinə yetirə biləcək iradəyə sahib olmaq.. Liam Neeson ən çox sevdiyim aktyorlardandır. indiyə qədər 15dən çox filminə baxmışam və Liamı heç vaxt bu qədər fərqli rolda, bu qədər təsirli şəkildə görməmişdim. Fİlm təkcə müharibənin dəhşətlərini yox, insanlığı, sevgini, iradəni, gücü, mərhəməti xatırladan bir baş yapıt. Spielberg sadəcə yıkıp geçirmiş. 

Thomas Keneally'nin 1982'də yayımlanan Booker Ödülü qazanmış kitabı "Schindlerin Gəmisi" film halına keçdikdən sonra Schindlerin siyahısı şəklində adlandırılır.

Sizə şiddətlə filmi izləmənizi tövsiyyə edirəm. 3 saat 7 dəqiqəlik filmin hər səhnəsi böyük bir təsir bağışlayır. Filmi əgər istərsəniz dublaj versiyası ilə buradan izləyə bilərsiniz. :)

Filmdən ən təsirli soundtrackı da dinləməniz məncə gözəl olar. :)



Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...