![]() |
| Film Posteri. |
Sizə bir gənc dahinin günahlar içində olan həyatından danışacam bu gün. Onun adı Frank Abagnale Jr.
Aranızda Hələ də Catch me if you can filmini izləməyən varsa, keyifli keçəcək dəqiqələri itirmisiniz deməkdir. 2002-ci ildə ekranlara çıxan film Vaxtı ilə FBI-in axtarış siyahısında olan qaçağın həyatından bəhs edən komedik-dram filmidir. Gənc yaşından daxilində inandırmaq və hər bir işin ucundan tutdu mu, apara biləcək biri olan Frank atası ilə anasının ayrılmasından sonra evdən qaçır. Və ilk dəfə qəbzlərin saxtalaşdırılması ilə tanış olur. Amma adi bir gənc oğlanın əlindən başqa banka aid qəbzi qəbul edib pula kim çevirə bilər? Amma Frank həmişə çıxış yolu tapır..
Film atasına özünü sübut etməyə çalış.an, atasının itirdiklərini geri qaytarmağa çalışan, təmizqəlbli istedadlı bir gəncdən bəhs edir. Və əlbəttə ki, daim onun bir addım gerisində olan agent Karl.
![]() |
| Gerçək Abagnale ilə filmdəki Abagnale(Dicaprio) film setində. |
Pilotluqdan gizli servisə, həkimliyə və hüquqşünaslığa uzanan böyük bir məslək yolu keçən Frankin həyatı bu cür bacarıqla dünya ilə zarafat edərmişcəsinə mi keçəcək? Yoxsa onun da bu istedadı lazimi yerini tapacaq? Bunun üçün izləmək gərəklidi.
Dahi rejissor Steven Spielbergin əl işi olan filmdə Leonardo DiCaprio, Tom Hanks, Christopher Walken, Amy Adams, Martin Sheen ve Nathalie Baye kimi aktyorlar çox gözəl bir əsər ortalığa qoyurlar. 53 milyonluq xərc çəkilən film bu günə kimi 153 milyon dollara yaxın gəlir gətirdi. :)
Filmi buradan izləyə bilərsiniz. Hər birinizə xoş izləmələr!


Comments
Post a Comment