Skip to main content

Qadınlar nə istəyir?

Qadınlar nə istəyir? Qadınlar həyatı necə görür? Kişilər nəyə görə qadınları anlamır? 

Bir düzinə sual sadalamaq olar bu qəlibdən olan. Amma istənilən bu tipli sualların özünü budu: Qadınlar nə istəyir?

Bacardığım qədər bu mövzuda gördüyüm, görə bildiyim, amma ən önəmlisi qadınların göstərmək İSTƏDİYİ cavabları bilmək istəyənlər üçün qeyd etməyə çalışacam. ;)



Qadın beyni kişi beynindən tamamən fərqli çalışan bir sistemə malikdir. Bir qadın dəyərləndirilməyi və özəl olduğunu hiss etməyi həmişə şiddətlə istəyir. Bu istək hərədə bir cür ortaya qoyulur. Kimisi özəl hədiyyələr, kimisi özəl sözlər, kimisi özəl bir baxışla bunu hiss etməyi istər. Amma böyük ehtimallarda özəl sözün yerini bir qadın üçün heçnə dəyişmir. Hər qadın övgünü haqq edir. Hansı məshəbə, hansı cəmiyyətə, hansı əxlaqa malik olmasından asılı olaraq, HƏR qadının daxilindəki uşaq özəl olduğu bir dünyanın arzusu ilə böyüyür. Amma kimisi bu arzunu gerçəkləşdiri, kimisi qarşısındakı sədləri keçə bilmir. Buna görə heç bir qadını heç vaxt həyatına görə günahlandıra bilmirəm. İstənilən halda ana olmağı dadan qadının daxilində o standard hiss ortalığa çıxır. Qoruyuculuq duyğusu. Bu yüzdən analar başımızın tacıdır.

Nəysə, mövzuya qayıdaq. Bir qadını susuz, yeməksiz, pulsuz və.s şeylərdən məhrum edə bilərsiniz. Amma övgüsüzlük qadın yaşaya bilməz.


Qadınlar çox xoşbəxt bir həyat yaşayan kişi ilə bir həyat istər, amma xoşbəxtlik dadmayan bir kişi qadının qəlbini daha tez qaza bilər. Səbəb çox sadədi. Qadınlar sanki həyata bir missiyanın ardıyca gəlmiş kimi hiss edirlər. Və qarşılarındakı kişinin bədbəxt həyatı onlar üçün onara biləcəkləri bir işdi. Belə kişi daha sirli, daha yalnız və qadının yerləşib rahatlıqla gəzə biləcəyi geniş və boş bir xam torpaq kimidi. 

Amma kilid nöqtəsi olan bir şey var. Bu qəlibdən olan iki cür kişi var. 

1. Yalnızlığı sevən.
2. Yalnızlıqdan qurtulmaq istəyib də, bu bataqlıqda ilişən bir kişi.

Bir gün həyatınıza bir adın girər və qarşılıqlı bir aşiqlik yaşarsınız. Amma məsələ budur ki, siz qapanıq bir həyatı sevirsiniz. Sevərək yaşanılan olay daha səmimi, daha sehrli və daha çəkici təsir bağışlayır. Və qadınlar səmimiliyi üstün tutur. Çünki səmimilik qadının güvəndə ola biləcəyi, sahib ola biləcəyi və dəyər görə biləcəyi bir ortamdı. 

Amma bütün bunlara baxmayaraq, bu səmimi ortamda yalnızlığı və qapanıqlığı sevən bir kişinin həyatına düşən qadın kişinin həyatındakı bu bədbəxt, yalnız və qapanıq durumu dəyişdirməyə çalışar. Səbəb çox sadədi. Bu bəlkə də qadınsı bir eqonun, özününküləşdirmə prosesinin bir parçasıdı, amma başqa bir versiya ilə sevdiyim romanlardan birində oxuduğum kimi "Mən Sənin həyatını, zövqlərini, məşğuliyyətlərini dəyişmək istəmirəm,sadəcə sənə daha yaxşı təsir edəcək şeyləri,həyatına gətirmək və daha xoşbəxt olmanı istəyirəm" kimi bir yanaşmadır. 

Demək istədiyim qadınlar bəzən kişinin fərqli özəlliklərini dəyərləndirib onun həyatına daxil olub həmin xüsusiyyətlərdə dəyişiklik etməyə çalışarlar. Əgər kişi bu bataqlıqdan çıxmağı istəyib də, bacarmayanlardandısa, qətiyyətli bir qadının köməyi ilə problemi həll edib xoş bir həyatın astanasına gəlib çıxmış olacaq.

Amma ikinci qəlibdən olan bir kişi varsa qarşısında, qadının daxili mənini təmin etməli olan o dəyişiklik planları baş tutmadığına görə araya bir sürü problemlər, mübahisələr və itmiş sehr daxil olacaq. Qadınlar gəlişlərinin FƏRQ yaratmasını istəyirlər. Çünki bu fərq onların özəl olduqlarının bir nömrəli sübutudur. Bu qədər sadə. 

Burdan yola çıxaraq iki nəticəyə varırıq. Qadınların bu cəhətdən   özəl olduqları ilə bağlı istəkləri iki cür təmin oluna bilər:

1. Kişi müxtəlif hədiyyələr, özəl sözlər, özəl günlərlə bağlı müxtəlif planlarla bunu qadına hiss etdirə bilər. Ki, bu ən təhlükəli üsuldur. Çünki bir kişi həm ata, həm ailə başçısı, həm də hansısa məsləkdə bir işçidir. Bütün bu qayğıların üçündə özəl günlərə, özəl sözlərə, özəl hədiyyələrə etinasızlıq edə, günlük qayğılara qapıla bilər. Bu isə ailə içində soyuqluğun, problemlərin yaranma mövzusudur.

2. Yuxarıda da vurğuladığım kimi, Kişinin bərbad həyatında Qadının ÖZÜNÜN etdiyi düzəlişlər vasitəsilə özü özünün özəl olduğunu hiss edə bilər. Ki, bunun üçün də kişi birinci qəlibdən olanlara aid olması daha olası variantdır.

Dərkənar olaraq, qeyd edim ki, ikinci qrup kişilərin ailə həyatı bərbad ya da, ümumən olmamış olur. Çünki Bu cür kişiyə tahammül edəcək qadın öz qadın eqosunu(eqo sözünü başqa yönlərə çevirməyin, bu heç də EQOİST kəlməsi ilə bir deyil) kənara qoymalıdır ki, ailə xoşbəxt bir lövhə alsın.

Və ən vacibi qadınlar üçün onları hüzünləndirən kişilər cəlb etdiyi qədər, onları güldürən, dayaq verən kişi də önəmlidi. Yəni qadınlar poladdan deyil, onların da kövrək olanı olur. Bu cür qadına ona dəstək duran kişi lazımdır. Pul, mülk, maddi dünya qadın üçün keçicidir. Əsas olan güvən, səmimiyyət, və qadının özünə məxsus olduğunu hiss edə biləcəyi bir YUVAdır.  

Aşırı güvən qadını narahat edə bilər. Onlar həm də qısqanılmağı, azca da olsa onun üçün narahatçılıq keçirilməsini istəyərlər. Hətta günümüzdə aşırı emosianal olan qadınlar sırf sevdiyi insanın diqqəti güvənindən dolayı onun üzərində deyil deyə xırda xəyanətlərə və sonu olmayan bu yolda çox ciddi fəsadlara da apara bilər. Zatən yanlış yolda olan qadınların hüç də hamısı maddi durumundan dolayı bu yollara düşmür. Bəziləri gənc yaşda emosianal bir platonik sevginin qurbanı olub öz kişisini qısqandırsın, ya da reaksıya versin deyə ağırıdacaq bir yanlış hərəkətə əl atır və bir daha çıxa bilməyəcəyi yola addım atır. :/

Son olaraq onu deyim ki, qadınlar həm güvənilməsini, həm də o qədər çox güvənilməməsini, qapanıq olan kişini, həm də, o qədər də qapanıq olmayan kişini, güldürülməsini, həm də aladılmasını, xüsusi diqqəti, həm də o diqqəti özü özüyçün əldə etməsini və bunun kimi bir sürü bir biri ilə təzad təşkil edən istəklərlə dolu olan bir varlıqdı. Onu anlamaq yox, sevmək lazımdı. Çünki hər qadın sevgiyə, diqqətə layiqdir. :) 

Və oxuduğum bir yazıda deyildiyi kimi, "Qadınlara güldürün, Amma özünüzə yox!"

Sevgilərlə..! :)


Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...