Bir neçə musiqi var ki, onlar musiqi olmaqdan daha ötə bir şeydirlər. İnsan həyatı boyunca daxilində yaşadığı hisləri ətrafındakılara çatdırmağa çalışır və bunun ən yaxşı üsulu SÖZdür. Amma sözlər belə ifadəsi çətin olan bir nöqtəyə çatanda gücsüz qalır. Birisi ilə əl görüşəndə əlimizin istiliyi həmin insanın əlinə köçür, o da digəriylə görüşür, sonra biri daha, biri, biri. Beləcə əlimizin istiliyi bir neçə insan arasında mübadilə olunur, amma hər dəfə o istilik bir az azalmış olur. Sözlər də belədi. Dildən dilə keçdikcə ifadə etmək istənilən hissi daha az ifadə edir. Aralıqda itkin düşən o yetim "istilik"in yuvası musiqidir. Sözlərin ifadə edə bilmədiyi, ya da işləkləşdikcə itirilən hisləri özündə toplayan musiqi. Onlardan biridir sizə təqdim etdiyim.
Vaqif Mustafazadənın hər bəstəsini dinləməyi sevirəm, amma iki musiqisinə özəl bir zaafım var. Vaqif Mustafazadə azərbaycanda muğam və caz dünyasını bir barmaq altında birləşdirən insandı. Yoldaşı Esmira Mustafazadə ilk caz -muğam janrında oxuyan qadın sənətkarıdır. Əsl bakılı, içərişəhərlidi Vaqif. Və "düşüncə" əsəri insanı düşünməkdən, daxilə, dərinliyə enməkdən ayrılmağa qoymur. Azərbaycanın mənə görə dahi bəstəkarlarındandı Vaqif Mustafazadə. Və hər bir azərbaycanlının xəbərdar olması gərrəkən işlərin, ilklərin banisidir. Azərbaycan Cazının memarı olan bu gözəl insanı dinləməyə həqiqətən dəyər.
Xoş dəqiqələr. :)

Comments
Post a Comment