Skip to main content

Robin Williams həftəsi

         Bu insanın filmlərinə baxmaqdan, hətta yeni filmləri izləmək şansımın çox az olduğu uşaq yaşlarımda Jumanji-ə dəfələrlə baxmaqdan doymazdım bir vaxtlar. Amma aylar öncə dünyanın komediya insanı özünə yaraşmayan bir biçimdə həyatına son verdi. Bilirəm, birisinin öz həyatı barədə verdiyi qərarları yarqılamaq mənə görə deyil. Bu onun seçimi idi, amma insan yalnız sevdiklərinin qərarlarına qarışmaq istəyini göstərir. Önəmsədiyindən və biganə qala bilmədiyindəndi hamsı.

Bu həftə sonu üstümdəki gərginlik illərin aktyoru Robin illiamsın unudlumaz rollar ifa etdiyi filmlərə bir bir baxmaq həvəsi yaratdı məndə. Ona görə, etmədim tənbəllik, araşdırdım, yüklədim və hamsına bir-bir baxdım. Bütün bu filmlər və filmdən daha ötə ifadə etdikləri haqqında geniş geniş danışacam, amma daha öncə böyük aktyorun özü haqda bir şeylər demək daha düzgün olar, məncə.


Robin McLaurin Williams 1951-ci il 21 iyulda doğulub. Universitetdə siyasət üzrə təhsil aldıqdan sonra gecələri klublarda şoular edib və daha sonra film sektoruna qoşulub.


Robin ilk məşhurluğunu Good Morning Vietnam filmi ilə qazandı. O bir komediya ustası deyildi, müxtəlif filmlərdə həm də bacarıqlı dram aktyoru ola biləcəyini də sübut etdi. 1997-ci ildə  Empire Magazine jurnalında tarixin gəlmiş keçmiş ən komedik 100 adamı siyahısında  63-cü sıraya qoyuldu.  Entertainment Weekly tərəfindənsə yaşayan ən komedik insan seçildi. Robin güldürməsini, duyğulandırmasını, filmlərdə deməlim olduğu sözləri həm də yaşayaraq ifadə etməsini bilən biri idi.


 Səhnə həyatı boyunca bir Oscar, iki Emmy, altı Qızıl Kürə, altı Grammy ve iki Film Aktyorları Dərnəyi mükafatını qazandı. 3 evlilik yaşadı. Başqa bir sevdiyim aktyor Robert de Niro ilə birlikdə Rubicon Restaurant-ı işlətməkdəydi. Sağ olduğu müddətcə..

Və 11 avqustda, bitmək üzrə olan 2014-cü ildə öz evində ölü olaraq tapıldı. Robin uğur dolu, gülüş bəxş edərək keçirdiyi həyatını evində, bir tavandan asılı olaraq bitirməyi seçdi. Sözümü daha çox duyğusallığıa bağlamaq istəmirəm. Ona görə filmlər haqqında danışsaq daha yaxşı olar. :/


Good Morning Vietnam -  1987-ci ildə ekranlara çıxan film Vietnam müharibəsində hər səhər günün başlanğıcında hərbi radioda DJ olmaq üçün gətirilmiş bir insanın ətrafında dövr edən hadisələrdən bəhs edir. burdakı ciddiyyətin bir anda ortadan qalxması üçün ona bir neçə saat efirdə olması bəs etdi. Bolluca 60cı il musiqiləri ilə dolu, üzünüzdən gülüş silməyəcək zarafatlar, komedik söhbətlər, bir anda mənzərəni dəyişməsi ilə qəlbinizə hüzn sala biləcək müharibə həqiqətləri, müharibə gerçəkləri, sevgi, dostluq və daha bir çox şey. Ən əsası mükəmməl bir film. Bəzi filmlər var ki, baxdığınızda " Tanrı eşqinə bu sadəcə filmdir!" deyirsiniz. Bəziləri isə ordaymışsınız kimi, həqiqətən baş verdiyinin sübutu kimi qarşınızda canlanır. Bu film onlardan idi. Rejissoru Barry Levinson olan filmə görə Robin həm ilk məşhurluğunu qazanmış, həm də ilk Oscar namizədliyi əldə etmişdi. İzləməyə həqiqətən dəyən bir filmdi.


Və Robin şərəfinə - GOOOOOOOOOOOOOOOODDD MORNİNG VİETNAAAAAAAMMM!!






Dead Poets Society - Robini məşhurlaşdıran ikinci bir film oldu. 1989-cu ildə ekranlaraq çıxan filmin mövzusu daha dərinlərə uzanmışdı. Bir kilsə məktəbində müəllim olaraq fəaliyyətə başlayan Robin ədəbiyyatın və ələlxüsus şeirin ən dərin anlamını tələbələrinə çatdırmağa başlayır. Bu dünya müəyyən bir gedişə, düzənə sahibdi. Bunun əksinə getməyə çalışmaq həyat tərəfindən məhv olmağa səbəb olacaq. Amma bu o demək deyil ki, əks getməkdən əl çəkmək lazımdı. Əks gedən və yolunu, öz şəxsi yolunu cızan çox az insan həmin o məhv olunanlar içindən seçilir. Standardlıqdan kənara çıxır. Ona görə bu cür bir inqilaba başlamazdan əvvəl insan bir öz daxilinə baxmalıdı. Nəyə qadir olduğunu, kim olduğunu bilməlidi. Film bax bunu əla alır mövzu olaraq. Yalnız oğlanlardan ibarət olan bu məktəbdə Robin ən çox sevilən müəllimə çevrilir.Robin öyrətdiklərini məktəbin və digr müəllimlərin bildiyi üsullardan daha fərqli və yeniyetmələrin ruhuna ən yaxın tərəfdən öyrətməyə çalışır. Rejissorluğunu Peter Weir edən film həmin il Ən yaxşı Ssenari nominasiyasında Oscar mükafatı aldı.



Awakenings -  bu film barədə danışmadan keçə bilməzdim, çünki sonunda göz yaşlarına boğulmuşdum. Baş rollarını Robert De Niro və Robin Williamsın ifa etdiyi film 1990-cı ildə ekranlara çıxdı. Film Oliver Sacksın eyni adlı romanından və daha çox öz həyatı barədə yazdığı bir hadisədən yola çıxılaraq senarisi yazılmışdı. Müxtlif genetik mənşəli xəstələrin yatdığı bir xəstəxanada işə başlayan Malcolm Sayer (Robin Williams) sadəcə olaraq araşdırmaçı bir genetikdir. Yalnız bir həyat sürür və sadəcə öz işini bilən, amma insanlarla qətiyyən bağlılığı olmayan biridi. Amma bu araşdırmaçı ruhu onu burda da rahat buraxmır. Xəstələrdən bəzilərinin hərəkətsiz iflic vəziyyətdə qalması diqqətini cəlb edir. Və onları məsələn onlara tərəf atılmış topu refleks olaraq tuta bildiyinə diqqət edir. Hər birini hərəkətə keçirəcək bir musiqinin olduğunu kəşf edir. Məsələn qaşığı götürə bilmədikləri halda o musiqi səsləndiyində hərəkətə keçib qaşıqla yemək yeyə biləcəkləri kimi. Bütün bu xəstələrin ortaq bir yanını və onları sağalda biləcək bir dərmanın varlığını bilir və 30 xəstədən yalnız birində bunu test etmə şansı qazanır. Leonard Lowe'yi (Robert De Niro) bu tətqiqat üçün istifadə edən həkim istədiyi nəticəni qazanır. 30 ilini iflic vəziyyətində keçirən birisinə yenidən həyat bəxş etdiyinizi düşünün. Onu 30 il əvvəlki həyatından bu yana inanılmayacaq dərəcədə dəyişilmiş dünyaya, daha balaca uşaqkən tutulduğu xəstəlikdən sonra yeni dünyaya qayıdıb da sevə biləcəyi, dost qazana biləcəyi bir anı düşünün. Əmin olun Leonarddan və onun səsləndirdiyi fikirlərdən çox şey öyrənəcəksiniz. Ondaki mübarizliyə vurulmaya bilməzsiniz. Son səhnəsində filmi dayandırıb göz yaşlarımı silməyə başladım, çünki ekranı görə bilmirdim. Əminəm bu filmdən qopa bilməyəcəksiniz.  Rejissorluğunu Penny Marshall edən film ən yaxşı film, ən yaxşı kişi aktyor və ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyasında Oscar mükafatı qazanmışdı.




Patch Adams - 1999-cu ildə ekrana çıxan film daha çox tibb sahəsi ilə əlaqəsi olan bir filmdi. Bir xəstəni sağaltmaq üçün farmakologiya, patalogiya ya da anatomiya bilmək yetərlidir mi? İnsanın duyğularını nəzərə almayan bir müalicə üsulu ilə hansı həddə kimi müalicə etmək olar. Hələ xəstə həkim  münasibətinin elə də inkişaf etmədiyi dövrlərin filmi olan bu film hər hal baxılması zövq verən, insanın qəlbinə işləyən səhnələrlə doludu. Qəhqəhə ata biləcəyiniz, duyğulana biləcəyiniz bir film. ağır depresiyadan sonra ruhi xəstəxanaya gələn Patch Adams burda ruhi səxtələrlə tanış olur. Onlardan birinə öz qorxusundan qurtulmaqda kömək edir və o anda anlayır ki, əslində etmək istədiyi iş budu. İnsanlara yardım etmək. Öz istəyi ilə gəldiyi xəstəxanadan öz istəyi ilə çıxır. iki il sonra artıq Tibb universtiteti tələbisir. Burdakı bütün qaydaların əksinə öz yolunu cızan, xəstələrin, ən aqressivlərinin belə dilini aça bilən şəxsiyyəti ilə öz xəstəxanasını belə açmağa qədər gəlir. Bütün insanların qarşılıqsız müalicə oluna biləcəyi bir yer. Amma qarşısına onu mənəvən çökürən başqa bir problem çıxır və Patch bu maneəni də keçə biləcək birisidi.

Rejissorluğunu  Tom Shadyac edən film həqiqi hadisələr üzərindən çəkilmiş bir filmdir. izləmənizi tövsiyyə edirəm.




Good Will Hunting   Matt Damon və Ben Affleckin ssenarisini birlikdə yazdığı film 1997-ci ildə ekranlara çıxdı. Film sadəcə kitabxanalarda kitablar oxuyan və universitetin döşəmə siləni kimi işləyən gənc Will Hunting(Matt Damon) un həyatından bəhs edir. Professorların 
illərini sərf edib həll edə bilmədiyi məsələləri bu gənc bir neçə dəqiqədə həll edir. Riyaziyyat dühası olan bu gəncin fərqinə varan Professor(Stellan Skarsgård) onu son qarışdığı küçə döyüşünə görə polisdən xilas edir. Və qarşılığında gənc sadəcə onun himayəsində qalmalı və bir terapistlə görüşməlidi. Amma bu gəncin zəkası ilə yarışmaq çətindi. Onun öhdəsindən sadəcə onun nələr yaşadığını anlayan biri gələ bilər. Bu məqamda səhnəyə yenə Robin çıxır. Unudulmaz dialoqların keçdiyi, güclü qəhqəhələrə boğan və insanı təsirləndirən səhnələrə sahib film həqiqətən insanın bir işləri özünə peşə seçməsi və həyatını bunun üzərinə qurması üçün onu sevməsinin gərəkliliyini, eqomuza necə yenik düşə biləcəyimizi və çıxış yolunun özümüzdə olduğunu göstərən bir filmdir. Film Ben Affleck və Matt Demona ən yaxşı ssenari nominasiyası üzrə, Robinə isə Ən yaxşı yardımçı kişi Aktyor nominasiyasında Oscar mükafatı qazandırdı. Rejissoru  olan filmi izləməyə həqiqətən dəyər.  İzləyin və keyfini çıxarın.



The Angriest Man in Brooklyn -  2014-cü ildə aktyorun rol aldığı son filmlərdən biridi. Film bir vaxtlar xoşbəxt olan bir atanın yaşlandıqdan sonra üzərinə çökən o əsəbi, davakar və çəkilməz halında yaşadıqlarından bəhs edir. Keçirdiyi maşın qəzsından sonra həkim müayinəsinə gedən Henry Altman(Robin) əvəzedici həkim Dr.Gill(Mila Kunis)dən beynində anevrizma olduğunu və bunun çox təhlükəli olduğunu, ölüm anının ola biləcəyini öyrənir. Amma əsəbi adam bütün o davakar halıyla çətin gün yaşayan həkimə əsəbləşir və durmadan ondan nə qədər ömr qaldığını soruşur. Bu stres altında əsəbləşən həkim ona 90 dəqiqə ömrü qaldığını deyir. Əsl olay bundan sonrasında başlayır. Bütün şəhər boyu qaçıb son 90 dəqiqəsini dəyərləndirməyə çalışan Henry öz ailəsindən onlara çəkdirdiklərinə görə üzr istəməyə, son 90 dəqiqəsində həyat yoldaşı ilə sevişməyə ( :D ), illər əvvəl hüquqşünas olmağını istədiyi amma tanqo müəlllimi olmağı seçən və evdən qovduğu oğluna ona onu çox sevdiyini deməyə çalışır. Həkim etdiyinin yanlış olduğunu və bunu düzəltməli olduğunu bilir və arxasıyca düşür. Brooklin üzrə davam edən macəranı izləməklə keçən ömrün ailəsiz və sevdiklərimizsiz mənasız olduğunu mövzu alıb. Rejissorluğunu Phil Alden Robinson edən filmdə  Robin Williamsla yanaşı Mila Kunis (Dr.Gill) , Peter Dinklage(Henry'nin qardaşı) Melissa Leo(Henry'nin yoldaşı) rol alıblar.

Beləliklə.. Robin həqiqətən möhtəşəm bir gülüş ustası, həqiqətən möhtəşəm bir aktyordu. Dünya onu itirdiyi üçün çox şey əldən çıxarıb. İnanıram ki, ruhu rahatlıq tapar bu seçimi ilə. Hər hal, daim qəlblərdə yad edilə biləcək bir aktyor olması həqiqətini onun intiharla ömrünə son verməsi dəyişməyəcək. 

Xoş Seyirlər. 

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...