Skip to main content

Stephen King - Bag of Bones (Kemik Torbası)

Artıq Stephen King qələmindən çıxmış beşinci romanı da bitirdim və məncə oxuduqlarım içində paylaşılması gərəkən romanlardan biri idi. Stephen King barədə bu 5 romandan öyrəndiyim iki vacib şey var mənə görə.

1. Adam inanılmaz dərəcədə dahidi, dəhşətə salacaq dərəcədə Dahi
2. King əl işi olan romanları ard-arda ikidən artıq oxumaq çox güclü psixi soyuqqanlılıq tələb edir. Öz adıma çox soyuqqanlı birisi olduğumu deyə bilərəm, amma mən beləikinci romandan sonra çox çətinlik çəkdim. Nə qədər çəkici olsa belə buna tab gətirmək çətindi.

Bag of Bones Stephen Kingin 1998ci ildə ərsəyə gətirdiyi bir romandır. Əsər həmin il ən yaxşı roman nominasiyasında Bram Stoker mükafatını qazanmışdı.

Bu roman Stephen Kingin oxuduqlarım içində ən yaxşılardan idi. Əsərdə məşhur yazar Michael Noonan ölmüş həyat yoldaşından sonra yazmaq qabiliyyətini itirir. Hər dəfə bircə sətir belə yazmağa çalışan zaman çox ağır psixi krizə giri və keçirdiyi bu psixi sarsıntı onu yazmaq qabiliyyətindən uzaqlaşdırır. Amma yoldaşı Johanna Noonanın ölümü ilə bağlı bəzi müəmmalar var. 10 illik evlilikləri müddətində övlad axtarışında olmalarına baxmayaraq, Jo həmin vaxt hamilə olub və bunu Michael dən gizlədib.. ikinci evləri olan Sara Laughs a Michael a xəbər vermədən uzun müddət gedib və üzv olduğu bütün dərnəklərdən imtina edib.. Michael in yuxularından çıxmayan ev-Sara Laughs öz kabus görüntüləri ilə yazarı öz yanına çağırır. Sanki bütün sualların cavabı həmin evdədir.
4 illik tənha həyatdan, gecə kabuslarından sonra Michael nəhayət Sara Laughs a gedir. Amma bu ev heç də Michael ın düşündüyü kimi 4 il kimsəsiz qalan sadə bir ev deyil. özündə 100 illik gizli
hadisələri saxlayan bir evdi. Və Michael ın ətrafını dairə şəklində bürüyən bütün hadisələr bir-biri ilə bağlıdı.. 

Roman qorxu janrında oxumağı sevən hər bir oxucunun ağlını başından ala biləcək bir əsərdi. King in bu mükəmməl romanı mükəmməl çəkiciliyi, insanın qanını donduran anlatım şəkli və gecələr arxanıza bir daha dönüb baxmanıza səbəb olacaq qədər həyəcan verici şəkli ilə səhifələri arxa arxaya çevirmənizə səbəb olacaq. 

2011-ci ildə kitabın TV filmi versiyası 2 seriyalıq şəkildə ekranlara çıxdı. Əvvəlcə ssenarisi film üçünnəzərdə tutulsa da, vergi probləmləri səbəbindən TV filmi şəklində yayınlandı. Rejissoru Stephen Kingin The Stand, çox sevdiyim  kitablardan olan və filmində baş rolda təcrübəli aktyor Jack Nicholson olan The Shining kimi kitablarının ekranlara çıxmış variantına da öncüllük etmiş Mick Garris olan filmdə hamımızın James Bond filmlərindən yaxşı tanıdığımız Pierce Brosnan(Michael Noonan), Melissa George(Mattie Devore), Annabeth Gish(Jo Noonan) kimi aktyorlar çıxış edir.

Hər birinizə xoş qiraətlər və xoş izləmələr. :)


Və bu da filmin tanıtım çarxı. :)




Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...