Daha bir marafonun sonuna gəldik bu gün. Bəziləriniz üçün 21 dekabr coğrafi bir tarix önəmi daşıyır, bəziləriniz üçün Sadəcə dekabrın 21-i. Bəziləriniz üçün bəlkə də doğum tarixidi. Bəziləriniz üçün həyatınızdan gedən bir gün.
Amma mənim üçün 21 dekabr tamamən ayrı anlam daşıyır. Tam iki il bundan öncə 21 dekabr tarixinda əndi mövcud olmasa belə, mənə bu blogu yaratmaq üçün həvəs verən Aytac Əmənovanın blog yazılarından birini oxudum və "Niyə mənim də olmasın?!" dedim.
Blogspotu niyə seçdim, bilmirəm, Amma iki ildi ki, blogçuluq haqqında soruşan hər kəsə eyni cavabı verirəm, mükəmməl seçim etmişəm. :)
İki ildi ki, bu blogda yüzlərcə dəfə dəyişikliklər etmişəm, ürəyimə yatan və yatmayan sayısız dəyişikliklər etmişəm. Bu bloga həyatımda baş verən önəmli anların hekayəsini yazmışam. Gündəlik müşahidələrimin süzgəcindən keçən hadisələrin öyküsünü yazmışam, həyatımın böyük bir hissəsini təşkil edən kitablar haqda yazmışam, son vaxtlarda həyata keçirdiyim musiqilər bölməsində dinləməkdən zövq aldığım musiqilər haqqında danışmışam, bəyəndiyim filmlərdən söz açmışam. Son iki ildə ən etibarlı Dostum oldu bu blog. Öncələri elə də orijinal olmayan adla fəaliyyət göstərsək də, indi keçmişdən süzülüb gələn özəl bir adla davam edirik.
Bu blog mənim həyatımda Sevdiklərim və kitablarımdan sonra ən çox önəmi olan, sevdamdır. Bu müddət ərzində mənlə olduğunuz, yazdıqlarımı səbr göstərib oxuduğunuz və yeri gəldiyində tənqid edib, tədqirlər də etdiyiniz üçün hər birinizə təşəkkürlər.
Azərbaycanda Blogçuluğun necə bərbad olduğunu bilirəm və belə bir dönəmdə daimi hər yazıma ən az 70 oxucu tapa bildiyim üçün sevincliyəm. Bir gün bu işə marağı olan minlərlə oxucum olacağına ümid edirəm, amma fərq etməz, blogum mənim sirdaşımdı və onunla söhbət etməyi sevirəm.
Yaşlanana qədər əllərim bu klavişləri vura bilməyəcək günə çatana kimi yazmağa davam edəcəyimə inanıram. Hətta bunu bir miras kimi özümdən sonralara ötürməyin xəyalını qurduğum olur, əsas olan bu gün sevimli blogumun 2 yaşı olur, buna görə çox xoşbəxtəm. :)
İrəlidə əlimdə olanlardan başqa daha yeni layihələr tətbiq etmək fikrindəyəm və ümid edirəm ki, sizlərin marağına səbəb olacaq. :)
Bu blog mənim üçün çox dəyərlidi və burdakı yazılarımla, burda etdiklərimlə QÜRUR duyuram. :)
Hər birinizə və ən əsası bunu iki il öncə yaratdığım üçün özümə TƏŞƏKKÜRLƏR!

Təbriklər :) Ən fəal oxucun hesab edirəm özümü, abartmaq kimi olmasın :) Hər dəfəsində bir kitab haqqında fikirlərini, hekayələrin, yaşadıqların, hiss etdiklərin barədə yazdıqlarını böyük həvəslə oxuyuram, eyni həvəslədə bundan sonrakı yazılarını gözləyirəm daim. Çox böyük bir iş bacarmısan, blogdakı bütün hekayələrini dəfələrlə, günlərlə ard-arda oxuduğum oldu. Daha da irəli gedərək, bu işdə yeni cığır açmanı diləyirəm:) Daim uğurlu olsun, və daim yazma nədənin sevinc olsun :) Blog açmağımın iki səbəbkarı Aytac və sənə də təşəkkürlər :)
ReplyDeleteMən Sənə hər dəfə hər yazıma ən xırdasına belə böyük diqqət ayırdığın üçün təşəkkür edirəm) Bütün o heayələri başdan sona oxuduğuna görə təşəkkür edirəm) Yaratdığın həvəsə görə, marağa gör, varlığına görə təşəkkürlər)
ReplyDelete