Skip to main content

John Grisham - The Racketeer (Vurguncu)

     Dünyaca məşhur bir çox yazarlar var ki, ən çox oxunanlar siyahısında ilk pillələri tuturlar. Amma çox təəssüf ki, azərbaycan oxucusunun seçicilik qabiliyyəti bu barədə bir qədər kasad olduğundan hələ ki bu yazarları ya ümumən tanımırlar, ya da sadəcə adlarını eşidirlər. Ona görə düşündüm ki, azərbaycanda geniş kütlənin hələ də tanımadığı, amma romançılıq dünyasının əjdahalarından olan yazarların kitablarıyla həm özüm tanış olum, həm də az da olsa oxucu kütləmi tanış edim.

Beləcə başladıq ilk 3 yerin daimi sakini olan usta yazarlardan biri olan John Grishamdan.  Grisham dedektiv janrında yazan, amma digərlərindən fərqli olaraq romanları ədliyyə xarakterli olan bir dedektiv yazardı. 1955 ci il doğumlu olan yazar ilk romanı olan "The time to kill" 1984cü ildə çapdan çıxdı. Dünya üzrə Grishamın 250 milyondan çox nüsxə  kitabı satıldı. Tək basqıda 2 milyon kitab satan üç yazardan( Digərləri  Tom Clancy ve J.K. Rowlingdir) biridir. 

The Racketeer kitabı Grishamdan oxuduğum ilk roman idi və müthiş bir ssenariyə malikdi. Dedektiv janrı azərbaycan üçün Doyl, Agatha Christie, Elxan Elatlı, Çingiz Abdullayev və bəlli bir kütlə üçün John Verdondan ibarətdi, amma Grisham bu siyahıdakılardan daha irəli getməyi bacaran biri təsəvvürünü yaratdı məndə. Eləcə də yuxarıdakı siyahıdakılardan daha tutarlı yazmaq qabiliyyəti olan bir neçə yazar daha var ki, vaxtı gələndə haqlarında yazacağım bloglardan məlumat ala biləcəksiniz.

Racketeer romanı haqqında danışaq. Amerikada verdikləri sərt qərarlarla tanınan bir çox federal hakimlər var, amma tarix boyu onlardan cəmi 4ünün öldürülməsi ilə rastlaşıldı. Hakim Fawcett bunlardan beşinci oldu. İstirahət evində başına iki güllə ilə öldürülmüş vəziyyətdə evin  girişində tapıldı. Katibəsi isə qonaq otağında divanda əlləri bağlanmış və işgəncə gördükdən sonra öldürülmüşdü. Kitab rəfinin arxasında bir hakimin istifadə etməsi üçün çox şübhə doğuran açılması çox çətin şifrəli və hakimin maaşının ötəsində olan bir kassa açıq vəziyyətdə tapılıb. FBI hadisənin necə baş verdiyini, kimin etdiyini və ən önəmlisi bu cür bahalı bir kassanın içində adi federal hakimin nə gizlətdiyi sirrini açmaqda acizdi.

Bütün bu sualların cavabını bilən yalnız bir nəfər var.. Yanlış insanları müdafiə etdiyi üçün layiq olmadığı halda həbsxanaya düşüb 10 illik həbs cəzası alan qaradərili vəkil Malcolm Bannister. Tam 2 ildi ki, bu cəhənnəmdən qurtulmaq üçün əlində olan bu bilgidən necə yararlanacağının planını quraraq yaşayır və burdan çıxmaq üçün bu onun son şansıdı..

Kitab boyu vəkil Bannisterin başından keçənlər son səhifələrə doğru “Ay Səni” dedirtəcək mükəmməl və bir azcıq şansı gətirməsinə baxmayaraq, heç bir problemsiz gedən planıyla Bannister istədiyi nəticəni alır. Bu kitab sizi qopa bilməyəcəyiniz və indiyə qədər oxumadığınız tərzdə olan bir dedektiv janrda olan hadisələrin içinə atır.Florida, Vaşinqton, Yamayka, Aguanta üzrə gedən seyahət boyu Bannisterin ağlına heyran olmaya bilməyəcəksiniz. Grisham ilk sıralarda əbəs yerə oturmadığını sanki səhifələr arasından sarkazmlı gülüşlə bizə çatdırır.



Xoş Qiraətlər.

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...