Skip to main content

The world's best short film about love ( Sevgini anlatan ən qısa film )



Qısa filmlərə kiçik bir maraq salmışam, ona görə istədim ki, bunu da sizinlə paylaşım. :) 

İnsanlar öz hisləri ilə fərqlənən varlıqlardı. Bizi biz edən ətrafımızdakı olaylara verdiyimiz emosianal rükasiyalardı. Ən  şirini isə sevgidi əlbəttə. Sevən bir insan bu dünyaya tamamən başqa baxır. Musiqilər fərqli gəlir qulağa sanki. Daha duyğulandıran, daha xatırladan. Ən olmazın şeyləri belə darıxmaq üçün bir bəhanə kimi qəbul edir insan. 

Keçdiyiniz küçələrdə əvvəllər görmədiyin şeylərin fərqinə varırsan birdən birə. Gülüş heç silinməz bir şeyə çevrilir üzdən. Həqiqətən aşiq olan birisinin gülüşü çox gözəl olur. Hansı şəxsiyyətdə olur olsun, insanların məsum olduğu, mərhəmmət və bütün yaxşılıqları haqq etdiyi an sevdiyi andı məncə.

Gözləməyin də ən şirin halı sevdiyini gözlədiyin andı. %, 10, 15 dəqiqə sonra qarşında olacaq insanı düşündükcə qəlbin sanki boğazına qədər gəlmiş olur. döyüntüsü qulaqlarını batırır. Tez-tez boğazını təmizləyirsən sanki ətrafdakıların eşitməsini bunla önləyəcəkmişsən kimi. Nəfəsin tıxanır. sinəndən qulaqlarına doğru bir istilik yayılır. Yanında olanda nə deyəcəyini, necə söhbətə başlayacağını, ya da necə gülümsəsən daha incə görünəcəyini düşünmədən qalmaq olmur. 

Sevgi insanın ruhunun danışıq dilidi. Sevgi ayaqların yerdən kəsildiyi andı. Sevmək yaşamaq deməkdi. Və qətiyyən qəbul etmirəm sevginin mütləq incidəcək bir şey olduğunu. Həyaatda mütləq xoşbəxtlik yoxdu və Sevmədən yaşanılan həyat da həyat deyil. Sevgi bütün ağrıların bir parçanmış kimi özündən qopara bilməmənə səbəb olan şeydi. Əgər incitməsə dəyərini bilməz insan. Rahatlaşar, laqeyd olar. Ona görə aşiq olmaq insana mübarizə edəcək bir şeylər qazandırır. 

Sevgi əlimizə keçibsə onu əldən buraxmaq olmaz. Amma ən gözəl sevgi sevilərək sevməkdi. İnsanlar iki cür olur məsələ sevmək olanda. Sevdirənlər və sevməyi sevdirənlər. Çox az sevgi var ki, ruhumuzu o qədər aydın şəkildə cismimizdən azad edir ki, öz sevişindən belə həzz alacaq həddə çatır insan. 

Bu qısa filmdə sərhəd tanımayan sevgiyə bir misal verilib sadəcə. Soyuq havada insanın içini isidən hekəayələrdən. Sözlərin heç cür ifadə edə bilməyəcəyi sevgidən. İşarələrin ifadə edə biləcəyi sevgidən.

Daim sevmənizi diləyirəm. Bir gözəl insan sayəsində oxumuşdum bunu: " Qış sevginin fəslidi. Mərhəmətsiz qış sabahlarından öncə hər kəsin ayaqlarını isitmək üçün birinə ehtiyacı var. Qış əslində iki nəfərlik bir fəsldir. Yuxu qoxulu yorğanlar, bir birinə qarışan yuxular, sayıqlamalarla oyandırdığın biri və gecənin ortasında onun gülən üzü... Bu bir-birinə qısılmanın mövsümüdür. Qış: Bir insanın başqa bir insan üçün yaradıldığının sübutu..!"

Xoş İzləmələr..)

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...