Tanınmayan Tanınmışlar bölməsindən daha bir yazarın möhtəşəm romanı ilə tanış etmək istəyirəm Sizi. Yann Martel.
Keçən il ad günümdə(ki bəlkə kimsə maraqlanar, doğum günüm 14 yanvardı :D) bir neçə kitab hədiiyə almışdım. Düşündüm ki, birini də özüm özümə hədiyyə edim. Life of Pi filminə baxdım və çox təsirləndiyimdən bu adamın kitabını da oxumalıyam dedim özümə. Amma çox təəssüf ki bir il boyunca bu kitab diqqətimdən uzaq qaldı.
Yann Martel 1963-cü il doğumlu Kanadalı yazardı. Pinin Yaşamı kitabı Martelə dünya şöhrətini qazandıra bildi. 2001-ci ildə ərsəyə gəlmiş roman 2002 Man Booker mükafatını gətirdi ona. Yann Martel 4 il boyunca Kanada Prezidentinə hər bazarertəsi bir kitab yollayıb. Bu qeyri adi hərəkətini isə Martel belə açıqlayır:
“Kimin nə oxuduğu, kitab oxuyub oxumadığı onun özünün düşünməli olduğu bir şeydi. Adi insanların nə ilə məşğul olduğu məni maraqlandırmır. İnsanlara necə yaşayacaqlarını demək mənə düşməz. Amma mənim üzərimdə söz haqqı olan insanlar mövzumuz olandasa, artıq bu mənim üçün önəmlidir. Onların oxumağını istəyirəm, çünki dar düşüncəli, bərbad halları bir gün mənim kabusuma çevrilə bilər. ".
Piscine Molitor Patel hindistanda yaşayan gənc bir oğlandır. Zoopark müdiri olan atası Hindistanın siyasi durumu dəyişdiyi üçün Kanadaya
köçmək qərarı alır. O günə kimi ailə heyvanlarla birlikdə onların səsinə öyrəşərək yaşayırdılar. Piscine digər insanlardan Tanrıya olan bağlılığı və sevgisiylə çox fərqlənir. Düşünün, necə bir sevginin içinə xristiyanlıq, müsəlmanlıq və buddizm yerləşə bilər? Hər üç dinə olan marağıyla Piscine in öz diliylə desək "Mən sadəcə Tanrını sevmək istəyirəm".
Heyvanlarını da özləriylə birlikdə gəmiyə yükləyib Kanadaya yol alan Patel ailəsi qəzaya uğrayır. Geriyə sağ qalan Pi, Richard Parker, oranqutanq, zebra və kaftardı. Bu minicəmiyyət bir qayıqda, Sakit Okeanın ucsuz bucaqsız maviliyində insanlardan uzaq bir yerdə.. Amma geriyə Richard Parker və Pi sağ qala bilir.. Əsl həyat hekayəsi bu andan başlayır.. okeanda 227 gün.. Və Richard Parkerlə- Benqal pələngiylə birlikdə..
Bu kitab sizi həyəcan içində saxlayıb diqqətlə səhifələri çevirmənizə, üzülmənizə, bolluca düşünmənizə və daha bir səhifə çevirməyinizə səbəb olacaq. Din, Allah və həyat barədə çox maraqlı baxış bucağı ortaya qoyan Yann Martel bu kitabıyla ortalığa yeni bir din fəlsəfəsi qoyur. Və öz adıma deyim ki, çox bəyəndim.
"Life of Pi" filmi də həmçinin yetərincə məşhurluq qazana bilib. Rejissoru Ang Lee olan filmdə baş rollarda Suraj Sharma, Irrfan Khan, Gérard Depardieu, Tabu ve Adil Hussain kimi aktyorlar iştirak edir. 11 nominasiya üzrə Oscara namizəd göstərilən film 4 Oscar qazanıb.
Filmin tanıtım videosuna baxa bilərsiniz. :)
Filminə heyran olmamaq olmur, kitabıysa çox daha möhtəşəmdir. Xoş qiraətlər. :)

Comments
Post a Comment