Hə, dünən tarixlər içində həmişə böyük həvəslə gözlədiyim tarix idi. 14 yanvar. 14 yanvarda dünyaya gəlmişəm mən) artı1 19-cu yaş günümü tamamlayıb ömrümün 20-ci ilinin ilk sabahındayam. Anamın mənim doğumumdan öncə maraqlı bir yuxusu var. Hələ o vaxtlar uşağın cinsiyyətini bilmədikləri üçün uzun illərin oğlum olsun arzusu uşaq doğulmadan yerinə yetdi mi, bilinmirdi. Anam bir arı balası doğulduğunu və sonra onun çevrilib bir oğlan uşağı olduğunu deyir yuxuda. Parıldayan bir uşaq. Əslində yuxu çox genişdi və çox maraqlı bir sujeti var, amma özət keçdim sadəcə indi. 19 ildi ki, bu dünyadayam və ümid edirəm ki, daha bir 19 il yaşayandan sonra yuxusundakı parıldayan oğlan ola bilərəm. Hələ ki, o oğlan olmadığımı düşünürəm) Niyəsi çoxdu, soruşmayın)
Bu yaş günüm çox maraqlı keçdi) Dolu dolu insanlar toplaşmadı ətrafıma. Öz "müvəffəqiyyətim" olan topluluqlardan uzaq qaçmama görə, ummağa haqqım olmayan toplu sevgiləri görə bilmədim. Dostlardan, yoldaşlardan gözləməyə haqqım olmadığı diqqəti görmədim. Bu yaş günüm fərdlərlə keçdi. Və topluluqları qazanmasam da, fərdlər qazandım 20-ci yaş günümə yolçuluğumda. Xoşbəxtəm mi? Əlbəttə ki xoşbəxtəm. Yeni bir "onluğa" addım atıram və yanımda gözəl insanlar var.
Bu yaş günümdə heç kimdən incimədim. Bu dəfə bütün incikliklərim özümə oldu. Özümü dəyişdirmək istərdim mi? Deyəsən yox. Çünki özümə basqı etdikcə kimliyimi itirmək təhlükəsi yarada bilərəm. Axını zamana vermək daha düzgün olar. Bu yaş günümdə özümü çox ağıllı sanmadım) Çünki bundan əvvəlkilərdə bir əvvəlki yaşdan daha ağıllıyam deyə böbürləndiyim olub. Ağıllı deyiləm o qədər də. Sadəcə təcrübəm artıb.
keçən bir il ərzində çoxlu təcrübə qazanmışam. Maraqlı şeylər olub. İncidən və bolluca sevindirən şeylər. Bu günümə kimi öncədən elə də yaxşı hesablaya bilməmişəm heçnəyi. Nə bilmişəmsə, yıxıldığımdan bilmişəm) Səhv etmişəm) Və səhvlərimlə irəliləmişəm. Necə məsləhət bilirsə həyat, elə də olsun. Başqa cür başqa cür birisi olardım.
indisə önümdə növbəti bir yaş var. Güclüyəm, sağlamam, sevdiklərim və ailəm var. Yanımda olanlar var. Əgər kimlərsə varsa, yanınızda, yaşamağa dəyər.
Comments
Post a Comment