Skip to main content

Neil Gaiman kitabları

Bir müdətdir ki, blog yazıları paylaşmıram. Halbuki, 2015 barədə planlarım daha geniş idi. Yenidən burda olub yazılara davam etdiyimə görə çox yaxşı hiss edirəm özümü. :)


Sizə Azəri oxucusunun hələ elə də yaxından tanımadığı bir başqa dünya şöhrətli yazardan danışacam bu gün. Daha doğrusu onun iki romanından.

Neil Gaiman. 


Hampshire, İngiltərədə 1960-cı ildə dünyaya gəlib Gaiman. Uzun müddət İngiltərədə sərbəst jurnalist kimi fəaliyyət göstərib. Amma daha sonra Amerikaya köçür və hal hazırda da Amerikada yaşayır. Gaiman cizgi roman sahəsində xətiri sayılan birisidi. Azərbaycanda bu cür kitabların elə də diqqət görən bir sahə olmadığından bu yazarın adı çoxlarınız üçün yad ola bilər. Sözsüz burda bizim oxucuların kitablarda yazarların necəsə həyatın anlamını verəcəklərinə olan inamları da yer tutur. :) Nəysə mövzudan uzaqlaşmayaq.

Neil Gaiman dünyada önəm daşıyan bir sıra kitab mükafatlarının sahibidi. Hələ də satışda bircə dənə də olsa qalmış olsa almağa böyük həvəs göstərdiyim  American Gods kitabıyla HugoNebula, və Bram Stoker mükafatlarını,  Newbery və Carnegie medallarını da qazanıb. 2009-cu ildə isə sizlərə də haqqında danışacağım The Graveyard Book - Məzarlıq Kitabı ilə Hugo mükafatını ikinci dəfə qazandı.


The Graveyeyard Book - daha kiçik körpəykən bütün ailəsi bir qatil tədəfindən öldürülənoğlanın körpəliyindən yeniyetməliyinə qədər uzanan həyatında baş verən inanılmaz macəralardan bəhs edir. Qatil bütün ailəni öldürür və balaca körpə qatil onu axtararkən evdən iməkləyərək çıxır. Yaxınlıqda artır 50 ildən çoxdu ki, qoruq şəklində qorunan çox köhnə bir məzarlıq var. Amma Gaiman bizə həyatın görünməyən sirli qapısını açır. Ruhların var olduğu və mistik güclərin mövcud olduğu bir dünya. İki artıq həyatlarını başa vurmuş evli cütlük olan  Owenslər kiçik körpəni öz övladları kimi böyüdürlər. Və balaca oğlanı Nobody adlandırırlar. 

Roman hər səhifəsində fərqli macəralarla dolu olan, qulyabanilərin, tanrının tazılarının, ifritələrin, uşaq dünyasının, səmimiliyin olduğu bir dünyadı. Əslində kitab insana özünü özünüz belə his etmədən sevdirən bir hekayədən bəhs edir. Gaimanın dünyasına insan inanmaq istəyir. İçimizdəki hər şeyin daha böyük bir planın parçasıymış kimi davam etdiyinə, və əslində sonsuz kainatın içində vacib vir varlıq olduğumuza doğru olan istəyimizi daha da gücləndirir. Sula versəniz ki, bu kitab nə öyrətdi? Gaiman sizin düşündüyünüz tipdən bir yazar deyil.  O başqa yazarlar kimi fikrini açıq amığına ifadə etmir. Romanı oxuyub bitirirsiniz və oturub düşünəndə yaddaşınızda ilk öncə macəralar, inanılmaz qulyabani dünyaları, məzarlıqda Viktoriya dönəmində ölmüş insanlar, müxtəlif əsrlərin ölü insanlarının düşüncələri, hələ də bitməmiş işini tamamlamağa çalışan həmin qatilin düşüncəmizdə yaranan silueti canlanır. Amma bir qədər düşündükdən sonra isə ayrı ayrı səhifələrin arasında gizlənmiş həqiqətləri görmək olur. Mənə görə Məzarlıq kitabı ölülərin arasında böyüyən bir uşağın dilindən bizə həyatın nə qədər dəyərli olduğunu ifadə etməyə çalışırdı. Özünün də dediyi kimi "Hə, deyə Silas dayandı. " Hə, elədilər. Onlar ölüdürlər və bir çoxunun artıq dünyayla işi bitdi. Amma sənin bitmədi. Sən Canlısan, Bod. Bu da sonsuz potensial ın olduğu deməkdir. Hər şey edə bilərsən, istədiyin bir şeyi yarada bilərsən, onu xəyal edə bilərsən. Əgər dünyanı dəyişdirərsənsə, o dəyişər. Potensial budur. Öldüyün zaman o yox olacaq. Son. Yaratdığını yaratmış, xəyal etdiyini etmiş, adını yazmış olarsan. Bu məzarlıqda dəfn oluna bilərsən. Hətta buralarda yeriyə bilərsən, amma potensial. O artıq bitmiş olacaq."

Gaiman fantastik romana azca da olsa, marağı olan hər kəsin oxumaqdan zövq alacağı bir roman yaradıb. Soyuq qış günlərində sevə-sevə oxumaq istəyəcəyiniz bir romandır bu.

Keçək ikinci kitaba. :)

The Ocean at the End of the Lane - Yolun sonundakı Okean. 2013-cü ildə satışa çıxan roman birinci bəhs etdiyim romandan daha qapalı xarakterə sahibdi. Hər birimizin uşaqlığında çoxlu hadisələr olur və uzun illər sonra bunları unuduruq. Amma bir gün de javu xarakterli bir şeylər baş verir və önümüzdə keçmişimizdə olan şirin bir uşaqlıq xatirəsi canlanır. Gaiman bu romanında daha 7 yaşında yaşadığı yerlərə dəfn səbəbindən bir daha qayıtmağa məcbur olan, adını bildirmədiyi baş qəhrəçmanın qayıtdıqdan sonra yavaş-yavaş xatırladığı uşaqlıq həyatından bəhs edir. Kiçik yaşlarında evlərindəki otaqlardan birində
kirayə qalan kişinin atasının maşınında ölü tapılmasından və bu səhnənin balaca oğlanın gözləri qarşısından baş verməsindən sonra oğlanın həyatına Hempstock ailəsi daxil olur. özündən bir neçə yaş böyük Lisa Hempstockla olan tanışlığı onun üçün yeni bir dünyanın qapısı olur. Kitab yenə də Gaimana məxsus səssizliyi ilə seçilir. Nə demək istədiyini bir müddət anlamadım. Əslində bu kitabın xüsusi bir yanı olmadığına belə qərar verdim. Amma uzun müddət düşündükcə çox incə detalları görmək olur. Əvvəla, Gaiman kitab boyu cənazəyə gələn qəhrəmanın uşaq vaxtı Lisanın ona okean kimi tanıtdığı kiçik gölün qırağındakı skamyada oturaraq xatirələrini yada salması ilə başlayır. Və kitabı bu andan başlayaraq 7 yaşlı oğlan danışmağa başlayır. Diqqətinizi çəkmək istədiyim nöqtə budur ki, Gaiman 54 yaşında dünyaca məşhur Sandman cizgi roman serisinin müəllifi və çoxlu kitabın müəllifidi. Amma bu kitabında yazar 54 yaşında biri kimi yazmır. Kiçilib 7 yaşındakı biri kimi danışa bilir. Kitabında dediyi kimi " Yetişkinlər yolları təqib edər, uşaqlar kəşfə çıxar." Əslində tamamən sizin qərarınıza bverirəm oxuduqdan sonra, danışılan Lisa və adsız qəhrəmanın başından keçən macəranın oğlanın xəyal dünyası mı, yoxsa gerçək mövcud olan bir dünya olduğunu.  Amma oğlanın atasından gördüyü laqeydlik, həmin ölüm olayı və evlərində onlara dayəlik edən qadınla arasındakı münasibətin yaratdığı travmalara diqqət etmənizi istəyəcəm. Daha da çox spoiler vermədən səsimi məcazi anlamda kəsirəm. :D

Son olaraq Neil Gaiman haqqında şəxsi fikrimi bildirim. Yazarın kitablarında diqqətimi çəkən bəzi fikirlər vardı. Bəlkə də bunları anlamaq üçün Amerikalı olmaq lazımdır, çenki o dünyaya çıx meylli olduğunu hər halından hiss etmək olurdu. Amma ümumi olaraq, Gaiman özünməxsusluğu ilə seçilir. Sizə maraqla oxudacaq, amma sonda bu nə anlamsız kitab idi dedirtə bilər bəlkə də. Amma xırda xırda nüanslara baxanda Gaimanın adı qısa və sadə cümlələr üçərisində bizi səssizcə təsirləndirə biləcək fikirləri gizlədən birisidir. Elə də Tənqidi yanaşmaq istəmirəm Gaimana. Çünki maraqla oxudum hər iki romanı. Və bizim oxucuların artıq stamdard roman dünyasından çıxıb həyatın anlamını kitablarda axtarmaqdan əl çəkib, fərqli kitablarla tanış olmasında fayda var düşünürəm. Gaiman hət hansısa fantastik roman yazarı deyil. Tnınması heç olması bir kktabıyla tanış olsanız sevə - sevə oxumağa davam edə biləcəyiniz yazardı. Türkə tərcümələr elə də yaxşı olmasa da, ifadə etmək istədiyini anlamaq olur. 

Qısacası, oxuyun, feyzyab olun :D

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...