Skip to main content

Stephen King - Full Dark, No Stars ( Zifiri Karanlık, Yıldızsız Gece )

  Daha Öncə Sizə Stephen King in bir dahi olduğunu demişdim? Hə, deyəsən, bunu hər onunla bağlı yazımda qeyd edirəm. Bu dəfə sizi bir King romanına səyahətə aparmayacam. Bu dəfə yolçuluğumuz zülmət qaranlıqdan bizə süzülüb gələn hekayələr dünyasına aparacam. Ulduzsuz bir gecənin zülmət qaranlığından.


Bir neçə həftə öncə Bakının seçilən kitab mağazalarından olan Bakumoz Books bir kitab yarmarkası keçirdi və satılan kitabların şəklinə baxanda gözüm bir şeyi axtarırdı. King romanları. Bəxtimdən çox cəld davrana bildim və 3 King romanının hamsını özüm ala bildim. Full Dark, No Stars ( Zifiri Karanlık, Yıldızsız Gece ) onlardan biridi və bu gün yalnızca bu kitab haqqında danışsam, həyatınıza yetərincə zülmətə dəvət qatacağımı düşünrəm. 

Öncəliklə, kitab 4 hekayədən ibarətdir. "1922", "Böyük Sürücü", "Ədalətli Uzatma" və "Yaxşı Evlilik"



Hər biri haqqında qısaca danışaq və sonra Kingi övmək istəyirəm bir az.

1922 - Əsrin əvvəllərində Amerikada bir kənd ailəsinin başına gələnləri anlatır. Həyat yoldaşı özünə miras qalan böyük torpaq sahəsini satıb şəhərə köçmək istədiyindən torpağı və kənd həyatını sevən Wilfred James bu məsələni kökündən həll etməyin yolunu axtarır. Hər bir insanın içində tamamən ona uyğun lmayan ikinci bir "mən"in olduğuna inanan King bu hekayədə istəkləri uğruna insanın nə qədər irəli gedə biləcəyini göstərir. Bura öz qadınını ərköyün davranışları səbəbindən öldürmək belə daxildi? Ya da bu cinayətə öz 14 yaşlı övladını da daxil etmək? Onu bunu etməyin vacibliyinə inandıracaq qədər irəli gedə bilmək? Amma hər şey bu cinayətlə bitmir. Üstünə lənət yazdırmışcasına bu cinayətin nəticələri James i daim izləyir və bu hekayənin yaşatdığı həyəcanı uzun müddət unutmaq olmur.

Böyük Sürücü - Digərlərindən daha üzücü və ürək yandırıcı bir hekayədi. 30lu yaşlarına çatmış yazar Tess bir imza günündən qayıdarkən kimsəsiz bir yolda kiçik bir qəzaya uğrayır. Ona yardım üçün yolda dayanan yazarın öz deyimi ilə desək "sanki maşını öz üzərinə geyinmişcəsinə böyük olan" sürücü Tessə təcavüz dir və öldürdüyünü köhnə su kanalına atır. Tess burada ayılanda özündən öncə ki tale dostlarıynı görür. Bu gənc xoşniyətli qadın intiqam alovuyla coşur və içində gizlənmiş olan qətiyyətli və soyuqqanlı Tess lə tanış olur. Amma intiqama gedən yol hər şeyin ilkində olduğu tək çətin və surprizlərlə doludu..

Ədalətli Uzatma - hekayələrin ən qısası, amma ən birbaşa mesajını çatdıranıdı. Ölümün astanasındaykən, Şeytanla razılaşma. Ömrünü uzatma, amma uznanan ömrün qarşlığı ən çox niftrət etdiyin insanın başına fəlakətlərin gəlməsidi. Bu hekayə bəzən içimizdəki nifrətə, hirsə qapılıb nə qədər qəddar bir varlığa çevrilə biləcəyimizin göstəricisidir.

Yaxşı evlilik - Bu hekayə, deyəsən, ən çox bəyəndiyim oldu. İki insan 27 il boyunca evli olsalar belə, bir birini nə qədər yaxından tanıya bilərlər? Davranışlarını, vərdişlərini, sevdiyi adətlərini bilə bilərsiniz, amma ən dərinliklərində gizlətdiyi, özünün belə qorxaraq yanaşdığı şeyləri necə? uzun bir evlilik bunları belə bilmənizə yetməz. King yetməyəcəyinə dair bir misal çəkir sadəcə. 27 il sonra təsadüf nəticəsində yoldaşının bütün qəzetlərin sevimli xəbəri olan indiyə qədər 11 qadının qatili olan dişləkləriylə məşhur qatil-təcavüzçü Beadie olduğunu öyrənən Darcy necə davranmalıdı? İnsan belə bir xəbəri necə həzm edə bilər? Ya da bu halda ən doğru davranış nədi? 27 illik çox yaxşı bir evliliyi, iki yetişkin övladı göz önünə gətirsək, bir insan bu vəziyyətdə necə davrana bilər məgər? 

Stephen King bir yazar kimi dahiyanə insandı. İllərdi yüzə yazın yazıçı ilə tanış olmuşam. Və əmin olduğum bir şey var ki, yaxşı kitab yazmağın bir qaydası var. Tələsməmək. Öz hekayələrimi qurarkən adətən beynimdə tutduğum kulminasiya nöqtəsi olur. Bu uşaq vaxtı həll etməyə çalışdığımız labirint məslələri kimidi. Hara getməli olduğunu görürsən, daha sonra ora necə gedəcəyini düşünürsən. Bir çox yazar kitablarını yazarkən ağlında tutduğu kulminasiya nöqtəsinə çatmaqdan ötəri tələsir və yeməyin ən dadlı hissəsinin həmin nöqtə olduğunu qərara alıb digər hissələrini gözdən çıxarır. Amma King indiyə qədər rast gəldiyim yeganə istisnadır. Hər xarakterin davranışı, həyatı çox böyük bir önəm daşıyır King romanında. Uzun uzun anlatımlar və bunlarda zərrə bezikdirici yanın olmaması Kingi dahi edən səbəblərdən biridi. Və öncələr King yazısında sezdiyim bir faktı bu hekayə toplusunun sonunda paylaşdığı fikirlərində də rastladım. King hansısa gənc yazar kimi bir sloganı ağlında tutub o mesajı oxuyucuya ötürmək üçün çarpışan yazar deyil. Öz diliylə desək, " Əgər hekayə və xarakterlər yetərincə yaxşıdırsa, onsuz da hekayə bitdikdən sonra yaranan duyğuların yerini düşüncələr alacaq. Ona görə Öncəliyim oxuyucunu düşündürmək deyil, onun gizli duyğularını üzə çıxarmaqdır."

Sizi Bir King qaranlığına daxil olmağa dəvət edirəm. Beləcə çətin vəziyyətlərdə insanın necə davrana biləcəyinə dair qaranlıq hekayələrlə tanış olacaqsınız. Məncə bu yazını yazarın öz sözləriylə bitirsəm, çox yaxşı olar.  

"Hər kəsin içində yaxşı birisi olduğuna inanıram. Ən azından özüm elə biriyəm.

                                                                                Əmin olmadığım sizsiniz."

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...