Skip to main content

Azadlıq prospektində yanğın hadisəsinə baxış..

Maraqlı bir situasiya qarşıdadı. Hamı danışır. Hamı günahlandırır. Bu və ya digər şəkildə hər kəsin bir günahkar obyekti var. Mitinqlərə səsləyənlər var. Etiraza səsləyənlər var. Hətta bəziləri, xüsusən ziyali olaraq gördüyümüz insanlar, bəzilərinin  "yolunu izlədiyi" şəxslər nəyi dediklərini bilmədən, daha da önəmlisi necə dediklərini bilmədən bir şeylər deyir. Yanğının baş verməsindən bir neçə saat sonra artıq sosial şəbəkələrdə penoplast materialının təhlükəsindən, yanğına meylindən və tərkibindəki maddələrin istiyə davamsızlığından danışan şəxslər vardı. Bu gün bəzi saytlarda artıq bu material haqqında daha geniş məqalələr dərc olundu. Amma nə böyük təəssüflər olsun ki o yazılar bu gün dərc olundu. Nə böyük təəssüflər olsun ki, qəflət yuxusundan bu gün ayıldılar. İstənilən halda məntiqli düşünməyi bacaran insanın ağlına ilk bu sual gəlir: "niyə bu materialdan daha öncə danışılmadı? Niyə bu materialdan xəbəri olanlar səsini daha öncə çıxarmadı?". 

Hər birimiz "bilməmək eyib deyil, öyrənməmək eyibdi" deyim iylə böyümüşük. Bu gün bilib də öyrətməyənlər mi günahkardı, ya yoxsa gözlərini öyrənməyə bağlayanlar mı? Məsələ bu nöqtədə çox qəribə hal alır.


Sosial şəbəkələrdə FHN-nin məsələyə operativ müdaxilə etməməsindən danışıldı. Yanlış mı etdilər, düzgün mü etdilər bunlar hadisələr bitəndən, yaralar qasnaq bağlayandan sonra müzakirə olunası şeylərdi. Amma fakt budur ki, dünənki hadisədə 61 can qurtarıldı. heç kimin adından, qurtarılmasından bəhs etmədiyi 61 can. 13 can daha qurtarıla bilərdi mi? Bilmirəm. Bunu heç kim bilmir. Bunu mitinqlərlə, etirazlarla da bilməyəcəyik. Bilməkdən ötə, o insanları geri də qaytara bilməyəcəyik.


26 fevral tarixi üçün ATibbU, ADNA, ADU-dan tələbələri bircə günlük bir neçə saatlıq Qış Bağına yığmışdılar. "Xocalıya Ədalət" başlıqlı bir flash-mob hazırlanırdı. hardasa 100-ə yaxın tələbədən ibarət bir toplum idi və bizdən istənilən sadəcə olaraq, bizə verilən plakatları əlimizdə tutmaq idi. Və ilk saatda hamı gülüb danışırdı. ikinci saatda xəfif homurtular eşidilirdi, üçüncü saatda "əl çəkin çıxaq gedək" deyə səsini duyuranlar vardı. bir neçə dəqiqə sonra artıq ağlayanlar vardı. Universiterlərdən birinin nümayəndəsi qıza yaxınlaşanda "əti kəsilmiş kimi ağlayan qız" "mənə bu lazımdı?!" deyə yaşlı kişiyə çımxırdı.. Ürəklər dağlayan bir görüntü idi. Və daha da pisi ona dəstək verən toplumun hardasa 90 faizi idi. Bu gün həmin toplumun böyük bir hissəsi "etiraz!" deyə bar-bar bağırır. mitinqlərə səsləyir. Çevriliş istəyir. İtirilən can itirilən candır. Ölümü yaxından duymaq   necə bir ağrılı hiss olduğunu başa düşür. Amma Xocalıdakı 1000 nəfərdən artıq itirilən can can deyildi mi? 

Demək istədiyim budur ki, tez alışan tez sönər. Ölkəmizdə baş verən ilk neqativ halda toplu müxalifət insanına çevrilirik. Hər kəs etiraz edir, profillərdə ölənlərin sevincli anlarının şəkilləri paylaşılır, qurumların səhvləri yada salınır, hətta binadakı yanğının şəklini çəkən tibb işçisini selfie çəkir adıyla öldürməyə hazır olub, bu qadının əlindəki telefona baxın, maaşı yaxşıdı deyənlər var.. Və bir az müşahidə etsəniz, görərsiniz ki, bu etirazlarınız bir həftə, maksimum bir ay içində əriyir. Həyata tutunursunuz, davam edirsiniz, geridə buraxırsınız. Deməkki nə imiş? Tez alışan tez sönürmüş..

Bu həmişə rastlanılan bir durumdu, panika anında hər ağızdan bir söz çıxır. Sizə AĞIL VERMƏK DEYİL NİYƏTİM. Dünən yaxın bildiyim məndən yaşda böyük insana yanlışıyla bağlı gözləmimi deyəndə cavabında"kiçiksən kiçik qələtini elə" cavabını almışam. Ona görə istəmirəm kimlərinsə təhqirini eşidim yenə düzgün bir söz deyirəm deyə. Bu günə kimi etdiyiniz etirazlar tez alışmağınızdan qaynaqlanıb. Xatırlayırsınız ADNA hadisələrini? ya da bıçaqlanan o 17 yaşlı qızı? hanı o profil şəkilləri? Hanı o emosianal mətnlər? qaldı keçmişdə. geridə. Bunu da geridə qoyacaqsınız. Həmişəki kimi. ADNA kimi. Bıçaq yeyən qız kimi. Xocalı kimi..


Amma həqiqətən bir fərq yaratmaq fikriniz varsa, qoyun bu özünüzü ovundurmaq oyunlarını kənara! Nə bu xalqın, nə bu insanlığın, nə də bu dünyanın heç bir problemini şikayətlər, etirazlar həll etməyib. Heç vaxt. gözü dönən kütlə linç edib. Necəki Qəddafini etdilər. Və bu cür çözümlər heç bir ölkənin, heç bir toplumun xeyrinə olmur. Bəlkə penoplast devizli vətəndaş müharibəsindədi çözüm? Babəkin etdiyindən? nəticəsi itirilən iki qol olan müharibə? O müharibədən yüzilliklər sonra çökən ərəb xilafətinə qarşı edilən qiyamlardan söhbət edirəm. Heç bir ciddi nəticəsi olmayan qiyamlardan. Bilirəm, oxuyanda "hamı birdən bir şeylərə etiraz etsə sözümüzün kəsəri olar" düşünənlər var. AMma buraxın bu xülyaları. Bilirsiniz ki heç vaxt hamı birdən səsini çıxarmayacaq. Tez alışan kütlə ilə bir şey əldə etmək olmur. Ona görə çözüm fikirləşin, şikayət yox. Bu cür neqativ halları necə həll etmək olar? heç bir keçici hashtagların olmadığı, çiddi fikirlərin, ciddi insanların olduğu çözüm. bacarırsınızsa, Mirzə Cəlil olun. Axundzadə olun. Usta Bəndər olmağa gərək yoxdu. Yanğın hallarındakı operativliyə aid fikirlər ürətin, daha niyə heç kim heçnə bilmir düşünməyin. Layihələr yazın, tətbiq edin, işinizi yaxşı bilin. Bu yaxınlarda Tibb universiteti  Rektoru ilə görüş keçirildi və tələbələrdən biri qalxıb niyə bizə "Mülki Müdafiə" keçirsiniz, boş fəndi o deyə səsini duyuran gənc çıxdı. Və eynisini eşitdiyim çoxlu tibb tələbəsi bu gün dövləti, FHN-i, penoplast üzlükləri pisləyir. Sizcə bunlar niyə başımıza gəlir? mülki müdaifədfən xəbərdarsınız? yanğın hallarında necə davranacağınızdan xəbərdarsınız? Heç birindən xəbərdar deyilsiniz! Çünki siz də mənim kimi o fənlər keçiriləndə fikriniz başqa yerdə olub. itirilən 13 can bu xalqın öz savadsızlığının, öz səhvlərinin nəticəsidi. Qurtarıla bilən 61 cansa orda bacarıqları az da olsa, işini operatov edə bilməsə də, orda çalışan insanların uğurudu. Və mənim fikrimcə heç də kiçik uğur deyil. 

Ömrünüzdə bircə dəfə başqasını günahlandırmaqdan əl çəkin. Günahı özünüzdə də axtarın. Bilirəm çox çətindi, başqasını günahlandırmaq daha asndı və daha rahatdı. Çünki həmişə qışqırmaq, düşünməkdən daha asandır. 

Allah canını itirənlərə behişt nəsib etsin. Həaytı qurtarılanlara təcili sağlamlıq. Yaxınlarını itirənlərəsə Sadəcə səbr diləyirəm. Başımız sağ olsun..

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...