Skip to main content

The Fantastic Flying Books of Mr. Morris Leesmoore (kitab haqqında mükəmməl qısa film)

Kiçik olanda ilk dəfə əlimə kitab alıb oxumağa başladığım günü xatırlayıram. Həmin günün tarixi, saatı - rəqəmlərlə bağlı olan qismi yaddaşımda deyil. Amma o anın silinməz qələmlə yaddaşıma həkk etdiyi hislər daim xatirələrimdədi. Bəlkə də kitab oxumağa başlamaq həyatımın ilk uğuru idi. Bir şeyləri oxumaq. Bir hekayənin canlanmasının vəsiləçisi olmaq.. Rəflərdə duran kitablara tamaşa etmək inanılmaz zövq bəxş edib həmişə. Oralarda bir yerdə səhifələri arasında yeni dünyanı gizlədən o möhtəşəm kitablar..

Səhifələrin ardında gizlənmiş dünyanı öz zehninizdə canlandıra bilirsinizsə, bu bir uğurdu. Bu o kitabı yazmaq qədər böyük bir uğurdu. Heç bir rejissorun, heç bir milyonlarla vəsaitin edə bilməyəcəyi qədər mükəmməl bir dünyanı öz zehninizdə filmə almaq deməkdir. Bu Mükəmməl bir zehin və qəlb işidir.. 


Bu dəfə görüşünüzə çox çox gözəl qısa bir filmlə gəlmişəm. Rejissorları Brandon Ordenburg William Joyce olan filmin ssenarisi William Joyce tərəfindən hazırlanıb. Və bu filmi mükəmməl dərəcədə qəlb oxşayan olmasının bir digər səbəbi isə musiqisidir. Bəstəsi John Hunter əl işi olan musiqi çox həzin və qəlbinizdəki ən incə duyğuları da üzə çıxara biləcək cinsdəndir.

Film qısaca kitaba can verənin onu oxuyan olduğunundan bəhs edir. Öz hekayəsini yazmaqla yola başlayan Morris Leesmore qayğıya və şəfüətə ehtiyac duyan kitabların öndərliyini etmək şansı qazanır. Və bundan sonra dünyası dəyişən Morris ömrünü kitabları oxumaq, həyatı kitablarsız ağ-qara olan insanlara kitab verməklə onları rəngləndirmək, zədələnmiş kitabların həyatını geri qazandırmaqla keçir. Filmdəki bir kitabın həyata qaytarılması ilə bağlı bir hissə var ki, uşaqlığımı yada saldı. Çünki eyni vəziyyəti, eyni təmtərağı balaca olanda mən də qurardım. 

Və baxdıqdan sonra yəqin mənə qatılarsınız ki, filmin ən can alıcı nöqtəsi son kadrıdır.
Qısaca mesaj budur ki, əslində mütaliə sizin ruhunuzu xilas edir. Zahiriniz yaşlansa bülə ruhunuz daim cavan qalır. Öz rəngli, qırışsız həyatına davam edir..

Bu filmə həqiqətən baxmağa dəyər. 

Xoş izləmələr və xoş qiraətlər..

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...