Biri varmış, biri yoxmuş.. Bir Mələklə Şeytan bir-birinə aşıq olmuş..
Və bu hekayənin sonu heç də yaxşı bitməmiş...
Belə imtahan sezonunu da geridə qoydum və bu tətili kitab oxumaq, film izləmək və xoşbəxt olmaqka keçirməyi planlaşdırıram. Tətili isə çox çox bəyəndiyim bir kitabla başladım. Bakumoz Books sayəsində kitabxanama qatılan kitab isə:
Praganın qarlı küçələrində öz sakit və adi həyatlarını yaşayan insanlar arasında istər gözəlliyi ilə, istərsə də fərqli görünüşüylə diqqəti çəkən bir qız var. Mavı saçları olan gənc Karou dostları üçün bir sirrdən ibarətdi. Hər dəfə ailəsi haqqında fərqli hekayələr eşidən dostları, artıq Karounun dediklərini sadəcə zarafat olaraq qəbul edir. Bədənin hər yerində "Dilək Dükkanı"na gələn alıcıları cəzalandırmaq üçün ilanlar daşıyan İssa, buynuz şəklində çox dadlı şirniyyatlar hazırlayan heyvan bədənli Yasri, Kərtənkələ pulcuqları ilə örtülmüş dərisi olan iri buynuzları olan, bütün gün masası başında oturub dişlər qarşılığında dilək daşları satan Brimstone. Bütün bunlar dostlarına görə Karounun geniş təxəyyülünün məhsulu idi. Amma bəlkə də bura sadəcə xəyal dünyası deyildi. Bəlkə də bura sadəcə olaraq "Başqa bir yer" idi..
Öncəliklə mənə hədiyə verilən bu kitabı bir içimdə oxyub bitirməmək üçün özümü çox çətin saxlamağa çalışdım. Necə dünyaya gəldiyini bilməyən bir qız dünyadakı insanlardan başqa, daha fərqli 4 canlını öz ailəsi bilir və kiçikliyindən bəri kim olduğunu soruşub cavab almamaqdan artıq bu sual o qədər də əhəmiyyət daşımır. Mavi saçları və əllərinin içindəki göz döymələri ilə Dilək Tacirinin(Brimstone) gətir götür işlərini görən Karou bir gün daha fərqli bir varlıqla rastlaşır. Parıltılı, sanki öz içinə doğru alov alan qanadları olan bir insan. Əslində insan olmayacaq qədər gözəl, mükəmməl bir siması olan varlıq. Bir Mələk.
Mələyin gəlməsiylə həyatı büsbütün dəyişən Karounun əsl həyat macərası bundan sonra başlayır.
Düzü "Harry Potter" müəllifindən başqa o qədər də qadın yazıçılara yüksək güvən bəsləmirəm, amma Laini Taylor məni yetərincə təəccübləndirdi, vaxt itirmədən artıq kitabın ikinci hissəsini belə sifariş vermişəm.
Əgər içinizdə geniş dünyası olan, divana qısılıb sirli dünyalara səyahət etmək istəyən, ya da günləri bu cür dünyalarda keçən insanlar varsa, bu kitabı oxumamaq böyük bir yanlış olardı. səhifə 300ə qədər insan artıq səbrini son sərhədlərinə qədər tarıma çəkib açıqlanılmayan sirləri bilmək üçün yanıb tutuşür. Amma sonrasında.. oxuyacaqlarınız daxil olduğunuz dünyaya sizi bağlayacaq.
Əgər bu insanı sehrinə salan kitabı oxuma həvəsi yarada bildimsə, kitabları sizə sifarişinizlə ƏN tez müddətdə çatdıran və ən uyğun qiymətlərlə fəaliyyət göstərən Bakumoz Books kitab mağazasından əldə edə bilərsiniz. Bakumozla buradan əlaqə saxlaya bilərsiniz.
Bu qədər danışmaq yetər. Sadəcə oxuyun və Kəndin Filosofuna güvənin. Bəyənəcəksiniz..!

Laini Taylor- Doutgher of Smoke and Bone - Duman və Sümüyün qızı.

Comments
Post a Comment