Skip to main content

Ray Bradbury - Somesthing Wicked This Way Comes( Uğursuz Bir Şey Geliyor Bu Yana)

Çekinme.. Gir içeri. Uğursuz bir şey upuzun yoldan senin için geldi..

Bu tətil  üçün oxumağı planlaşdırdığım kitabların bir çox özəl kitablardı və hamısı üşün blog yazısı paylaşmağa çalışacam. Bir neçə gündü ki bu kitabla mübarizə aparıram, "Bit artıq, bit!" deyə. Son səhifəsini iplə çəkdiyim, amma dəyərli bir kitabla gəlmişəm bu gün sizlərin yanına. Beləliklə,


Ray Bradbury - Somesthing Wicked This Way Comes( Uğursuz Bir Şey Geliyor Bu Yana)

Ray Bradbury demək olar ki, bütün dünya oxucularının eşitdiyi bir addı. Çoxlarımızın "Faranheit 451" romanından tanıdığımız Ray'in başqa bir kitabda necə oldğunu yoxlamaq istədim. Beləcə axtarışım məni bu kitaba gətirib çıxardı. Yazarın özünü araşdıranda başqa kitablara da rast gəldim. "The October Country" adlı 19 hekayədən ibarət toplusu diqqətimi cəlb etdi və onu da kitabxanama qatdı. Həm də yazarın xatirəsinə həsr olunan başqa yazarların,Neil Gaiman, Lovecraft kimi məşhurların da hekayəsinin yer aldığı kitablara rastladım. Beləcə içimdəki maraq daha da gücləndi. Bu qədər yüksək dəyərləndirilən bir yazar "Faranheit 451"dən başqa nə yarada bilir? və daha da önəmlisi necə yaradır?

.. kiçik bir qəsəbəyə vaxtsız qonaq gələn bir karnaval. Bədəni döymələrlə dolu olan "Rəsimli Adam" və onun qəribə atraksionları. Rəsimli adamın əllərinin içinə iki kiçik oğlanın adları yazılıb bu dəfə. Will və Jim. Zamana hökm etməyi bacaran Rəsimli Adam- Mr. Dark insanlara onların ən çox isədiklərini təklif edir,zamanda hərəkəti. İçində yaşlanmaq qorxusundan yaranan cavanlaşma istəyi olan yetişkinlər və gec böyüməkdən qorxub böyümə istəyi ilə alışıb yanan kiçiklər. Will və Jim nə etməlidirlər? Rəsimli Adamın karuselinə minib hər dövrlə bir il irəli və ya geri gedib istədiklərini eldə edib bütün qəsəbənin Mr.Darkın qəribə sehrinə qapılmalarına icazə verməlidilər, ya Will'in yaşlı atası ilə birlikdə Mr.Darka qarşı mübarizə aparmalıdılar?



Öncəliklə bunu deyim ki, kitabın ana mətni qorxudur. Bu heç də Stephen King ədəbiyyatından öyrəndiyimiz, bildiyimiz qorxudulmaq deyil, bu ən saf halıyla qorxudur, içimizdəki bir şeylərə qarşı olan qorxu. Bəlkə də özümüzdən, etdiklərimizdən qorxu. Kitab oxuduqca insanı özüylə qarşılaşmağa sövq edir. 3 ölü doğulan uşaqdan sonra dünyaya gələn və daim xəstəliklərlə mübarizə aparan, atasız keçən həyatla birgə onu özünə zincirləməyə çalışan bir anayla bir evdə yaşayan Jim daim bu cür qalmaqdan qorxur və böyümək istəyir. Gec yaşda evlənən və özündən yaşda kiçik bir qadınla dünyaya gətirdikləri övladıyla arasındakı 39 yaş fərqinə görə hər gün daha da içinə qapanan Charles Halloway öz yaşlılığından qorxur. Will Halloway atasını tanımamaqdan, aralarındakı susqunluqdan qorxur. Qısacası, xarakterlərin əsas qorxu mənbəyi yaşlarından irəli gəlir. İllər müəyyən bir əhəmiyyət kəsb etməyə başlayır. Beləcə ən gərgin anda Karnaval gəlib çıxır.. Hər kəsin istəyini yerinə yetirə biləcək zamanda səyahətiylə.. İrəli ya da geri.. Siz seçin.

Düzü Bradbury'nin necə böyük söz bazası və necə dərin zəkası olduğunu gördüm. Kitabda heç tempodan düşməyən bir bənzətmə, təşbeh əlaməti vardı. Hər cümlədə qavranılması cətin olan bənzətmələr vardı. Əslində motiv və idea o qədər maraqlıdır ki, kitabı oxumamaq kimi bir luksun olmur, amma bu cür ifadələrin çoxluğu vəziyyəti qəlizləşdirir. Yəni kitabda bir az şeirimsi tərz vardı. Araşdıranda 500 -ə yaxın hekayə müəllifi olan Bradbury'nin həm də şair olduğunu öyrəndim və bu vəziyyəti bir qədər aydınlaşdırdı. 


Bu cür nisbətən çətin dili olan kitabı  məncə uzun müddət ədəbiyyatla məşğul olub, kitablardan zövq almağı bacaran səbrli insanlar mütləq oxusunlar. Çünki fantastik kitablar içində gerçək anlamlı fəlsəfə tapmaq çox çətindir. Bu cür şeyləri çox az yazar yarada bilir. Günümüzün fantastik yazarları daha çox aksion və həyəcanın olmasına önəm verir. Amma Bradbury bu romanıyla mənə uşaq vaxtı oxuduğum bir İsaac Azimov hekayəsini xatirlatdı. Eyni fəlsəfə dolu fantastik səhifələr. 


Əslində kitabdanb seçdiyim bir çox maraqlı və düşünülməyə dəyər cümlələr var, amma hansını paylaşım sizlərlə bilmirəm. İlk ağlıma gələn hissəni yazacam və əmin olun o zəngin təşbeh dolu cümlələr arasında yarpaq mozaikası arxasında gizlədilmiş şirin meyvələrtək möhtəşəm şeylər var..


"O.. O.. Ölüm mü?"
"Karnaval mı?" Yaşlı adam piposunu yaktı, duman üfledi, çıkan şekilleri ciddiyyetle izledi. "Hayır. Ama sanırım Ölüm'ü tehdit olarak kullanıyor. Ölüm var olan bir sey değil. Hiç bir zaman var olmadı, hiç bir zaman var olmayacak. Ama onu belirlemek , anlamak için o kadar uzun yıllar o kadar resmini çizdik ki, onu bir varlık, tuhaf şekilde canlı ve hırslı olarak algılamaya alıştık. O ise, her nasılsa, durmuş bir saat, bir kayıp, bir son, bir karanlık. Hiç. Ve karnaval zeki bir şekilde bir Hiç'ten, Bir Şey'den daha fazla korkduğumuzu biliyor. Bir Şey'le savaşa bilirsin.ama Hiç'le..?"


Sizə xoş qiraətlər diləyirəm. Növbəti üzümə açılan kitab səhifəsində yaşadıqlarımı sizlərə anlatmaq ümidi ilə..!

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...