Bəlkə də bütün Kingsevərlərin oxuduqdan sonra bir dəfə də olsa, ağlından bu sual keçib: DANNY TORRANCE böyüsəydi, necə olardi?
İki ilə yaxin müddət əvvəl Stephen Kinglə tanışlığım The Shinning(Medyum) kitabıyla olmuşdu. Oxuyanlar bilər, balaca Danny çətin vəziyyətdə olan ata-anasıyla birlikdə qışı Overlook Otelinə nəzarət edərək keçirməli idi. Amma Otelin uzun keçmişə uzanan tarixi boyu özündə topladığı qara güclər, dünyayala işi bitməmiş ruhlar və içində işıltı olan insanları hədəf alan kabuslar kimi qəribə xüsusiyyətləri vardı. Əslində böyük bir ailə dramının üzərinə qurulmuş otelin qara gücləri ilə işıltılı medyum Danny Torrance Arasında olan bu mübarizə bütün King oxuyucularının könlündə geniş bir yer tutub.
Amma Kingin özünün də dediyi kimi hər kitab imzası günündə, hər ona ünvanlanan məktubla birlikdə bu sual onun özünü də uzun illər rahat buraxmayıb: Danny Torrance böyüsəydi necə olardı?
Özünün sosial şəbəkə vasitəsi ilə apardığı "Hansı kitabımın ardını istərdiniz?" sorğusunun nəticəsi böyük faiz üstünlüyü ilə "The Shinning" kitabı olmuşdu. Və King Dark Tower serisinin sonuncu kitabında sonda Doctor Sleep kitabının 30 səhifəsini yayımladı.
Beləcə oxucular Doctor Sleep ( Doktor Uyku ) kitabı ilə Medyum kitabının ardını oxuya bildilər. Və mən də əziz dostumun hədiyəsi ilə bu kitaba qovuşdum.
Doktor Uyku Overlookdakı partlayışdan sonra həyatına keçmişinin izləri ilə davam edən Danın həyatını mövzu alır. Bir gün gecə hamama üz tutan kiçik Dan Overlookdan ona çox yaxşı tanış olan ölü qadının iy verən cəsədi ilə qarşılaşır. Ona doğru uzanan əlləri ilə üzündə yarı gülüşlə.
Bundan sonra yenidən Overlookun onu tapdığını anlayan Dan heç vaxt bu cür qorxunc kabuslardan qurtula bilməyəcəyini anlayır. Yaşlandıqca sərxoşluğun içindəki işıltını söndürəcəyini öyrənən Dan içkidən qopmur bir işdən digər işə, bir bardan digər bara sürüklənərək 30 yaşını keçir. Bizlərçün artıq yeni olan bir Dan ortalığa çıxır. Amma bu dəfə özü üçün yox özü kimi içi işıltı ilə dolu olan balaca Abra Stone üçün iblisin özü işə vuruşmaq məcburiyyətindədi...
İlk dəfə oxuduğum Medyumla Doktor Uyku arasında ciddi bir fərq hiss etdim. Hələ də oxuyanların həyatlarında oxuduqları ən mükəmməl qorxu romanı və qorxu filmi olaraq Medyum yaddaşlardan silinmir. Amma oxuyanda istər istəməz 1970lərdə yazılan Danny Torrance və 2010larda yazılan Danny Torrance çox fərqlidi. Bəlkə də bu yazarın 40 illik bi müddətdə necə böyük bir bacarıq qazandığının sübutudu. Amma nədənsə mən həmişəki kimi retro düşüncəli insan olduğumdan Medyumu daha çox sevirəm.
King kitab haqqında "bu film olan Medyumun yox, kitab olan Medyumun ardıdı deyir." Nədənsə bizim əzizimiz rejissorlarla heç cür yola gedə bilmir. :D
Kitab necə olur olsun insanı əlindən qoymadan oxumağa meyl etdirir. Yüz illər boyu yaşayan canlı ölülər işıltılı insanların işıltısı ilə qidalanır. Və acı işıltını daha da qüvvətli qidaya çevirir. Ona görə heç bir işıltılıya, istər uşaq, istər böyük işgəncə verməkdən çəkinməyən bu iblislərlə Danny Torrance arasındakı mübarizəni oxumaq King sevərlərin ruhunun qidasına çevriləcək.
Kitabı oxumadan öncə əgər DANNY TORRANCE ilə tanışsınızsa, özünüzə bu sualı verin:
Onun böyümüş halını görməyə hazırsınız mı..?!
Kitabı sürətli və uyğun qiymətə əldə etmək istəyənlər istisnasız Bakumoz Books vasitəsilə sifariş edə bilər. Xoş qiraətlər.

Salam. Blogunuzu yeni tapdım. Bu kitabı və başqa S.King kitablarını oxumaq istərdim. Yazınızı da bəyəndim )
ReplyDeleteBəyəndiyinizə sevindim) Xoş qiraətlər.
ReplyDelete