Skip to main content

Ömür ötür, keçir aram-aram

Aylar keçib, il dolanıb. Manatın öldüyü gün mən blogumun doğulduğu günü qeyd edirəm. Düzü elə də yaxşı valideyn deyiləm deyəsən. Sentyabrın əvvəlindən bəri heç bir yazı paylaşmıram. Bir neçə çox çox gözəl kitab oxumuşam, amma içimdə saxlamışam yaşatdıqlarını. Bəlkə irəlidə yazaram. Fikirlər toplusu içində itib batıram həmişəki kimi. Bəlkə də fikirlərimi toplayıb konservə edib burdakı rəflərimə yığsam, daha sistemli bir həyat yaşamış olaram, amma onu da etmirəm. Qısacası yubileyimə, 20ci yaş günümə yaxınlaşdıqca doğma blogumdan uzaq düşdüyümə görə çox peşmanam.

Bu dəfə süslü-püslü öz özümü təbrik yazısıyla qeyd etməyim istədim bu günü. Bu qədər vaxtı susqunluğa çəkilmişəmsə, qoy bir dəfəlik hesabat olaraq, keçsin tarixə 3-cü yaş günümüz

Bəli, bəli. tam 3ildir ki, varıq birlikdə. Düzü ilk yazılarımdan bu yana 3 il boyu qapıqdan qabığa keçid etmişəm. Gözəl illər ötüb aradan. Nə qədər dəyişikliklər, nə qədər hadisələr ötüb keçib başımdan. Keçənlərdə saydım, hardasa 40 hekayə var burda. Biri o birindən daha çox gizli duyğu yüklü, biri o birindən daha çox xatirə yüklü. Ömür həqiqətən də ötüb keçir aram-aram. :) 

Son dönəm gözəl kitablarla baş-başayam. İl sonuna doğru illərdi ki, oxumaq həsrəti çəkdiyim 3 kitabı birdən ələ keçirmişəm. Düzü xoşbəxtliyimin həddi hüdudu yoxdu buna görə. Az qala səhifələri içərcəsinə oxudum. Və hələ də oxumağa davam edirəm. Avtobuslar, dərs fasilələri, yatmadan öncəki dəqiqələr daha da doğmalaşıb. Əvvəllər saatlarca kitab başında oturub, bütün işlərimi kənara qoyub nəfəs alardım o kitablarla. Amma yaş artıqca, günlər, aylar ötdükcə həyat məsuliyyəti ilə yıxılır üstümüzə. Biz mi onu əzəyik, o mu bizi bəlli deyil. 

Gərgin şəkildə sərbəst Alman dili öyrənib həkimliyimin təməl daşlarını atmaq istəyirəm yad diyarlarda. Nə qədər ağır və məsuliyyət dolu bir işdi təsvir edə bilmərəm. Hələki başımdan böyük danışmaq istəmirəm, amma əziyyətimin bəhrəsini görüb istədiyim səviyyədə sertifikat əldə elədikdən sonra istəyənlərə sərbəst alman dili öyrənmənin çox gözəl üsullarını yazacam yəqin ki. 

Hədsiz uzun müddətdir ki, hekayə yazmıram. Həmişə anlıq duyğuların qurbanı olan sözlər toplusu yazdığımı yaxşı bilirəm, amma bir iki nəfər daimi oxuyucum var yəqin ki. Üzrlü saysın hər biri. Sizə gözəl surprizlərim olacaq. Bütün bu məsuliyyət dolu dil öyrənmə məsələləri, tibb təhsili arasında vaxt tapıb çox gözəl sujetli diqqətinizi səhifələrdən ayıra bilməyəcəyiniz və sonunda məni öldürmək istəyəcəyiniz bomba kimi bir hekayə ilə gələcəm hüzurunuza. Bir səhifəlik hekayədən danışmıram, yetərincə iri hekayədən danışıram. 

Filmlər barədə elə də məsafə qət etməmişəm, amma seriallar barədə çox şey danışa bilərəm. Həsrətlə Person of İnterest gözlərkən, Da Vincis Demon ilə tanış oldum. İndi də Fringe ilə münasibətlərimizə aydınlıq gətirirəm. Serial həvəskarlarına da hər janrda maraqqlı məsləhətlərim olacaq irəlidə. 

Musiqi barədə nə desəm yetməz. Gözəl notlar səslənir ətrafımda bu aralar. Hamsını sizlə paylaşmaq istərdim, amma qoy bəzlilər mənə məxsus qalsın. Qısqanmadıqlarımı isə sizlə tezliklə paylaşacam.

Qısacası gözəl günlər həmişə bizimlə olsun və gələn hər pis gün sonunda işığı ömrümüzə yetirsin. 3 gözəl ilin ardından, məşəqqətindən, ağrısından qorxmadan növbəti illərə qucaq açırıq iki ikiçik dünyanın böyük dostu olaraq. Bilən bilir, bilməyən isə bizi tanımadığına görə peşman olsun. Biz bu Kiçik Kəndin Böyük Filosoflarıyıq. Hələ bizim haqqımızda  bilmədiyiniz çox şey var..)

Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...