Açıqcası, qorxuram.
Qorxuram, çünki bir bilinməzə doğru yol alıram. bu gün 20 yaşım tamamlandı. həyatımın ikinci 10 illiyini geridə qoydum. və növbə 3cüdədi. Yeni bir onilliyə girirəm və qorxuram.
Görəsən, yubiley ilimdə nələr olacaq, necə keçirəcəm o günü deyə düşünürdüm uşaq olanda. Amma elə də bir şey olmadı. Evdə, komputer başında, bir tərəfdən Michael Moorcock romanı, digər tərəfdən sabahkı imtahana hazırlaşa hazırlaşa, həmişəki kimi ayaq yalın dolaşdım durdum evdə. Ailəm yığışdı ətrafıma günün axşamı. Uşaqlığımızdakıtək sakitcə, dedik, güldük, danışdıq, yedik, içdik və dağılışdıq. İndi yenə öz otağıma çəkilib klaviaturanı döyəcləyirəm. 20ci yaş günümün qısa özəti bu idi.
Geridə qalan illərə boylanıb baxıram və düşünürəm, "hey gidi günlər, nələr yaşamışam nələr. qocalmısan, Həmid." "ağ tüklərin diqqət çəkir artıq. Hər gün bir yana darayıb gizlədə bilmirəsn o tükləri." Amma necə bəsit fikirlərdi bunlar?! nə yaşım var ki? 20cə yaş. 20 il, 7300 gün. Düzü, bu dəfə nə əldə etdim, nə itirdim deyə bölgü aparmayacam. İtirdiklərimdə, qazandıqlarım da mənim təcrübələrimdi.. Amma üzüldüyüm çox şey oldu deyəsən. stabil və ən aşağı tempdə gedən həyatım 14 yaşda birdən birə sürət qazandı. Lisey həyatı başladı. Gün o biri günü ardıyca çəkdi, vaxt ötdü. 2 il bir udumluq su kimi axdı getdi boğazımızdan. Nələr yaşamadım o 2 ildə? sevinc, uğur, üzgünlük, dostluq, aldanış. Məktəb həyatında ola biləcək hər şey. Bütün həyatımızın bu olduğunu sandığımız anda, tam da artıq bu həyatda əsaslı mövqeyə sahibik dediyimiz anda bitdi. Bitdi lisey. Və heç anlamadığımız sürətlə universitet başladı. artıq 4 il olur. 4 ildi ki, burdakı həyatın dadını alıram. normal bir tələbənin tələbəlik illərinin bitdiyi ildəyəm və buranın da dadını almışam, dilini öyrənmişəm. Hər şeyin Lisey olduğunu sandığımız düşüncə şəklindən gəlib tamamən fərqli bir axara düşdük. olayların ümumi gedişi eyni oldu. Sevdik, üzüldük, əzildik, sevindik, uğur qazandıq, aldandıq, yıxıldıq və durduq. Başımız daşdan daşa dəydikcə bu həyatın da dadını öyrəndik. Amma bu dəfə dərsimi almışam deyəsən. 20li yaşlara qədəm qoydum və daim düşündüyüm bir şey var. İndi nə olacaq? İndi bilmədiyim nə olacaq? çünki hamsını bildiyimi düşündüyüm hər an arxayınlığımı silkələyən mühim bir hadisə olur. Möhkəm durduğumu sandığım hər anda möhkəmliyimi sınayan nəsə mütləq baş verir. Hə, bax buna görə də qorxuram.
Bəlkə də doğum günlərim içində bir gözləyiş içində keçirdiyim ən susqun, ən adi və ən sakit doğum günüm idi. Yadımdadı, kiçik olanda doğum hər yanvar ayının 14ü kənddə hava qaraldıqca üzülərdim. Pəncərədən baxıb günəşin batmasını istəməzdim, bir gözləyiş içində olardım, nəyi gözlədiyimi bilmirəm, amma o günün bitməsini heç istəməzdim. Günəş qürub etdikcə çöhrəmdəki gülüş də qürub edərdi. Yenə gün bitir, hava qaralıb, zülmət gecəyə gedirəm və günün bitməsini istəmirəm, bəlkə də heç vaxt böyümürük. sadəcə paltarlarımızın ölçüsü dəyişir.
Yeni 10illikdə məni gözləyən hər nələrdisə, bronjiletsiz sinəmi irəli verib gəlməsini gözləyirəm. Hər nə gəlir, gəlsin Oşo demiş"cəhənnəmə də getsəm, bunun mənim özümün seçdiyim və verdiyim qərarlar nəticəsində olmasını istəyirəm", nə gəlsə də mənə aiddirlər. Bir parçamdırlar. Gəlsinlər. Əzm, iradə, güc və.s Hamsını bir yerə toplayıb daha gözəl günlərin memarı olmağa çalışacam. Xeyirli bir varlıq olmağa. Təki gecələr xeyirli olsun. başqa bir istəyimiz yox..
Kiçik dünyamızda yaşlı filosofunuzun böyük işlər görməsi diləyi ilə.. Daha gözəl illərə, oğlan.

Comments
Post a Comment