Uzun müddətdi, bütün paylaşımlarımı dayandırmışam Yavaş-yavaş əvvəlki düzənimə geri qayıtmaq istəyirəm. Dünən oturdum bir neçə saat yazmaq istədiyim məqaləni yazam, amma cümlələrim əvvəlki tempini itirib. Bir dost deyir ki, daha əvvəlki kimi səbrli deyilsən, danışığın da tələsikləşib. Görünür yazılarım da da var artıq bu. Amma yavaş-yavaş özümü bərpa eləməliyəm başqalarının verəcəklərinə güvənməklə keçmir həyat. Gərək özyaratım olsun.
Bəzi musiqilər var ki, içinizdəki bütün o sakitlik havası altında gizlədilmiş insani duyğuların ən coşğulusunu üzə çıxarır. Üzdən asılmış pərdə kimidi o səkitlik. Gərək onu üzünüzdən astaca silib sizi sizə qəbul etdirsin. Əgər ani olaraq o pərdəni qaldırsanız, özünüzü qəbullana bilməyəcəksiniz çünki hələ içinizdəkiləri görməyə hazır deyilsiniz.
Yadımdadı, uşaq olanda hərdən AZTV Döyüş, action filmlər verərdi. Filmlər çox vaxt ən adi tempdə hadisələrlə başlayardı, getdikcə də tempini artırardı, hadisələr coşğu dolu hal alardı. Film bitəndən sonra özümü o baş qəhrəman kimi hiss edirdim. Çıxıb döyüşmək, dava eləmək, qəhrəmanlıq göstərmək hissi ələ keçirərdi məni. Bax həmin o azdan çoxa doğru axan tempi tutmuş bir musiqi var bu gün.
Xoş dinləmələr.

Comments
Post a Comment