Deyəsən axı mən bir oxuyanım var idisə, onları da yola verirəm? Yox, yox elə sanmayın lütfən. Xəstəliklə boğuşuram. Dərslər kürəyimdə ağır yük olub. Və əzizim Patrick Rothfussu oxuyuram. Bunlar arasında könlünüzü xoş edə biləcəyim ciddi yazılar paylaşa bilmirəm. amma sizə bəlkə də daha yaxşısını, öz zövqümü, başa düşə bilənlər üçün xüsusiyyətlərimi verə bilərəm. Musiqilərə olan təbii bağlılığımı verə bilərəm sizə. Məncə bu qədəri də həqiqətən məni dinləmək istəyənlərə qənaətbəxşdir. İstəməyənləri də gözəl musiqilərlə tanış edirəm.
Bu mahnı 10cu sinifimdən bəri mənlədi. Dinləməkdən bir dəfə də bezməmişəm və artıq 6 ilə yaxın müddətdi ki, sevə-sevə qulaq asıram. Ümid edirəm, ortaq zövqlərimiz olar, əziz oxucu.
Daha gözəl həyatlar diləyi ilə. :)

Comments
Post a Comment