Sağlıq problemlərim var, psixi problemlərim var. Var da var) oxumaq həvəsi olanlara kitablardan danışası xeyli sözüm var. Amma yazmaq həvəsi və halında deyiləm. Amma sizi artıq iki saata yaxındı təkrar-təkrar dinlədiyim tracklə birlikdə qoya bilərəm. Uzun illərdi repə qulaq asmıram. Aylardı ümumən musiqi dinləmirəm. Pessimist geri dpnüşdü. Semestr başlayır. Yenə tibbin və problemlərin içinə düşəcəm. Tom Robbins, Patrick Rothfuss, J.J Grange, Gluxovski və bir xeyli başqa kitab məni gözləyir həm də. Yaşam imkan versə, oxuyacam və sizlərlə paylaşacam. Hələki bu musiqi ilə birlikdə qalın. Xoş dinləmələr və xoş həyat diləyi ilə. :)
.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...
Comments
Post a Comment