Bəzi anlar var ki, köksünüz üstündə böyük bir qaya varmışcasına qalxıb enməkdən imtina edir. Üstünüzə çökən o ağırlıq fiziki yüklərin yaşatmayacağı qədər ağır və incidən olur. Çətinliklər əllərinizə, ayaqlarınıza taxılmış zincirtək sizi geri çəkir. olduğunuz yerdən daha irəli getməyinizə imkan vermir, Əslində addımlayırsınız, amma arxanızda qalanlar heç vaxt sizi tərk etməyən ağırlıqlardan başqa bir şey olmur. Küləkli bir havada küləyin sizi irəli itələdiyini düşünün. daim sizi arxanızdan qovalayan və hər üzünüzü ona çevirəndə burnunuza, gözlərinizə doluşan toz zərrəciklərini. Sizi boğan gələcəyi, irəlisini görməyə mane olan o toz zərrəciklərini. Pis xatirələri.
Bir gün bunlar sizi elə bir həddə çatdırır ki, daha gördükləriniz nə yola ilk çıxandakı qədər təmiz, aldığınız nəfəs əvvəlki tək fərahladıcı olmur. Keçmişin bizlərə yaşatdıqları bax budu. Amma hər qorxulu gecənin bir sabahı var. İnsanövladının həyatı boyu cavablandırmalı olduğu tək sual var. Ona insan olmanın başqa cür var olmaqdan fərqlərini başa salacaq olan sual. Yaşamaqla həyatda qalmağın fərqi nədidir?
Cavab gözlərinizə doluşan, nəfəsinizi kəsən o toz torpağın, keçmiş xatirələrin, səhvlərin, incidən qərarların, yaıanmışların sizdə qoyduğu izdən asılıdı. Bəzilərinə görə fərq inancdı. İnanmaq. özəl bir arlıq olduğuna inanmaq, hər şeyin bir gün düzələcəyinə inanmaq. yaradılışın mahiyyətinin olduğuna inanmaq. sevildiyinə inanmaq. sevdiyinə inanmaq. sevginin var olduğuna inanmaq.
İnam.
Bəzi anlar var ki, köksünüz üstündə böyük bir qaya varmışcasına qalxıb enməkdən imtina edir. Və bəzən birisi o qayanı sinəniz üstündən bir toxunuşu, xoş sözü, mənalı baxan baxışı, sizə özəl olan gülüşü ilə bir heçə çevirir. Bəzən dərinizdə hiss etdiyiniz toxunuşu duyduğunuz ən gözəl nəvazişə çevrilir. gözünüzdən axan damlaları dodaqlarında qurudan kəslər var. Belinizi qavrayan əlləri, boynunuza dolanan qolları istənilən təhlükənin heç vaxt əl uzada bilməyəcəyi qədər uzaqlara aparır sizi. Könlünüzdəki bütün gözəlliklərin ortaya çıxmasına səbəb olan sözləri qulağınıza pıçıldayan o kəslər gündəlimk rastlaşdığınız digərlərindən nə ilə fərqlənir? Onların qollarında olmaq, toxunuşunu hiss etmək, sözlərini dinləmək niyə sizə özünüzü fərqli hiss etdirir?
İnam.
Bəzi anlar var ki, köksünüz üstündə böyük bir qaya varmışcasına qalxıb enməkdən imtina edir. Və onu sizdən uzaqlaşdıran kəslərə duyduğunuz inam sizin xilas edicinizdir. Qəlbinizin qapılarını açın. Bütün o duyğu burulğanını vücudunuz həyatda qalmaq adlanan insanlıqdan uzaq dünyaya addım atmamış içinizə buraxın. İçinizdə duyğu partlayışı yaradan, sizi sevdiyinizə və sevildiyinizə inandıran o baxışların sahibi olan kəslərə izn verin. Əgər hələ də bu duyğuları yaşamamısınızsa, yaşamaq və həyatda qalmaq arasındakı fərqdən xəbərsizsiniz. Öyrənməyin vaxtı çatıb. Özünüzü notlara buraxın. Sizə demək istədiyi şeylər var..

salam. Bu mahnını çox sevirəm. Yazı elə mahnıya gör ikiqat cəlb etdi. :))
ReplyDelete