Könüldən keçən arzular var. İnsanı həyata bağlayan, yaşamağa sövq edən arzular. İstəklər. Zövqlər. Bir zərif simadakı incə gülümsəmə, məsələn. ya da bir rəfdə önəmsiz kimi görünən bir kitab kimi. Ya da uzaq diyarlarda atmalı olduğunuz addımların izi ilə alışıb yanan diyar kimi. Yanağa qonmalı olmalı bir öpüş kimi. Başa çəkilməli bit sığal, ya da oxunulması, ifa olunması gözlənilən bir musiqi kimi.
Birlikdə islanılacaq yağış, ya da iki ovuc içinə sığışacaq incə, daha balaca, doğma bir ovuc kimi..
Bütün həyatınızı gözünüzdən keçirən musiqilər var. Bir də sizə yaşanacaqları xəyal etdirən musiqilər. Ekrana yaxın oturun. bütün o izdihamın ortasında qəlbinizi oxşayan musiqilərin ifasına şahidlik edin. Sizlər. Siz o kiçik insanlar. o İzdihamın arasında önəmsiz, diqqətdən kənar bir varlıq olduğunuzu düşünün. Necə də xoşbəxt varlıqlarsınız. Hər nə qədər önəmsiz olsanız da, ordasınız. Qulaqlarınızı o musiqilər, zehninizi o möhtəşəm xəyallar, qəlbinizi saf sevgi doldurur. Bəzən bax bu qədər bəsitdir hər şey. Kövrək qəlblərin şərəfinə. Hələ də uşaqtək aşiq olmağı bacaran incə gözlərin, aşiq edən zərif gülümsəmənin şərəfinə..

Comments
Post a Comment