Skip to main content

Ulduzlu gecə, uzun yol.

Salam, əziz oxuyucu. Həqiqətən buraları oxuyan biriləri hələ də qalıbsa. :)

Bilirəm, daha yazmıram. Yazmaqla olan bağlılığım əvvəlki kimi deyil, yox, yox. alınmır deyə yox. Alındırmaqdan qaçmaqla məşğulam deyə. Amma ailədən birinin həyatında önəmli bir məqam olanda ailəylə birgə olmaq lazımdı, bu gün də həmin gündü. Buralarda olmamızın, bu blogu yaratmağımın 4cü il dönümündəyik. Doğum günüdü bu gün "Kəndin Filosofu"nun.
Şəkilin mövzuya aidiyyatı yoxdur. Sadəcə necə gözəlliklərin yarana biləcəyini xatırla istədim, sevgili oxucum. Ax bu körpücüklər. :)


Bu dəfə müthiş kəlimələr sərf etməyin yerinə bir az dərdləşək dedim. :) Nələr olur həyatında, əziz oxucu? Yaşamağa dəyər nələr var həyatında? Bölüş mənlə. Məmnuniyyətlə dinləyərəm. Ya da bəlkə səndə bir az inam yaradım bu dialoqa? Özümdən danışım? Hə, hə yaxşı fikirdi, özümdən danışım bir az.


Bu günlərdə heç nə baş vermir. Pəəh! Əla giriş verdim söhbətə. Keçənlərdə yenə fikrə daldığım anlardan birində özümlə bağlı bir faktı kəşf elədim. İçimdə 4 fərqli şəxsi daşımaqla məşğulam. Bilməni istərəm ki, dəyişiklik və uğura imza atmaq adına aylardı ki, müəllimliyə baş vurmuşam. Bildiklərimdən daha çoxunu öyrənmək, bir azını da öyrətmək adına Alman dili öyrətməyi öhdəmə götürmüşəm. Düzü, pis də alınmır. Çiçək kimi tələbələrim var. Universitetin yükünü daşımaqdan bezsəm belə, 5ci ilindəyəm artıq, bitiririk yavaş-yavaş. Kitablarımla münasibətlərimdə bir azca soyuqluq var. Yaxın dura bilmirik. Əl-ələ tutuşmağı bacarmayan cütlüklər kimi bir də öpməyə çalışmaq kimidi bu. Amma cəhd edirəm ən azı.. Öpməyə yox a, oxumağa yəni. Öpəcək kimsə yoxdu zatən, dadımız qaçıb. :D

Fərq etdim ki, 4 fərqli şəxsə bölmüşəm mənliyimi. Müəllim olan Həmid. Dost olan Həmid. Universitetdə qrup yoldaşları ilə Həmid və Kəndin Filosofu Həmid. 4 bir-birinə zidd şəxsləri içində daşıyan Həmid. Qaya kimi ağırdı doğrusu. (ümid edirəm bu bayağılıqdan incimirsən, ümidlə bura qədər oxuyan oxucum. Amma bu gün ürəyimizin boşalan günüdü).

4 il boyunca tez-tez nələrsə dəyişdi həyatımda. son 8 ayda 2 xəstəxanada işləməyə başladım. Gecələri səhərə qədər yuxusuz qalmağı öyrəndim. bütöv bir sutkanı ölməkdə olan birisinə qulluq etməklə keçirdim. həftənin 168 saatının 120 saatını işləməklə keçirdim bəzən. Mənəvən sındım. Sındım və sınmışlığımdan yeni birini yaratdım. Gözüm önündə acizliyimi vecinə almayan 4 xəstə öldü. Belə deyəndə 4 hərfdən ibarət kəlimədi, amma mən "öldü" kəlməsini 16 saatlıq iş saatının 57 600 saniyəsii olaraq dəyərləndirirəm. Ölən birinin saniyəbəsaniyə gözlərin önündə əllərindən sovuşub getməsi kimi. İnsana hekayələr yazmağa, kimlərəsə ilham olmağa, vurdum-duymaz romantik hadisələr, fəlsəfi cümlələr qurmağa imkan verməyən, düşüncələrini hissələrə bölüb səni heçliyə itələyən saniyələrdən söhbət gedir. Qısacası, "itələyirik" gedir də Həyat. :)

Ha, yavaş-yavaş sonlanan debat karyeram var bir də. Ən üzücü tərəfi də budu. Uzaqlaşdıqca daha emosianal coşğunluğunun qalmadığını anlayırsan. Xatırlayıram 3 il öncə Azərbaycan Tibb Universiteti Debat Klubuna Sədrliyim barədə nazmizədliyim irəli sürüləndə böyüklərimizdən biri demişdi ki "Ⅶ olmaz, hələ emosianal partlayışlı oğlandı, soyuq beyinlə düşünəsi halda deyil". O vaxt xətrimə dəymişdi, necə hazır deyiləm deyə. Amma 2 il sonra gəl sədr ol deyəndə əksinə üzülmüşdüm. Deməkki artıq o emosional coşğunluğumu itirmişəm. Daha o deyiləm, sakitləşmişəm. Böyümüşəm. Deməkki itirmişəm.

Başqa nədən danışım? dayan düşünüm, danışası nəyim var. tək yaşayıram. Çətindi. Hər gün divarların səssizliyini pozmaqçün özüm özümlə yad dilində söhbət eləmək çətindi. Özüm-özümlə baş-başa daha az qalım deyə evə gec gəlmək çətindi.

Amma yaxşı şeylər də olmur deyil durum. Məsələn, əla tələbələrim var. Yeni tərəfimi kəşf etdim, əziz oxucu. Müəllimlik əntiqə şeymiş. Həkimlikdən daha az yaralayır insanı. Ən əsası ilham verən bir gücü var. Sevdim bu işi.

Dostlarımın sayında bir azca artım var. Zamanla doğru parçaları doğru yerlərə oturda bilmişəm və dahasının da gələcəyini hiss edirəm.

Sənə bir musiqi ithaf edim bəlkə? Bəlkə musiqi səni dilə gətirdi. Sən də özündən danış. Bəsdi, mən yazdım, sən oxudun, gizlənmə dumanlı pərdələrin arxasında. Bu Kəndin Filosofu mənəm, nə qədər ki pərdəni aradan qaldırıb məhrəmiyyətini pozmamışam, özün qapıları aç gəl yanıma. Musiqi sənədi. Sözləri anlamadığını önəmsəmə. Sadəcə qucaqla onu. Hiss et. Belə daha asan olacaq. :)



Comments

  1. Gözəl mahnıdır. Playlistlər paylaş arada. Həyatı maraqlı etməyi bacaran insansan. Uğurlar sənə Kəndin Filosofu :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...