Salam 22ci yaş ili. necəsən?
21 bitdi. 22 gəldi. nə gətirdi nə apardı. durğun bir yaş oldu. Öyrətdiyi daha çox oldu. keçdim oturdum masanın arxasına. Gördüm ki, mən oturana qədər artıq dərs başlayıb, qaçırdığım, lövhəyə yazılıb, silinən bəzi bölümlər də olub. Bir daha yazılmasını istəyə - istəyə qalmışam, amma israrcıdı hocam. Deyilən söz yadigardır, deyir. bir daha da qayıtmır o mövzuya.
Salam 22ci yaş. Nələr gətirmisən?
Daha bir il başladı həyatımda. 23ü qarşılamağa hazırlaşanda dəftərimdə hansı qeydləri aparacağımı bilmirəm. Ümid edirəm, daha praktik il olar. nəhayət öyrənməkdən, beynimə girməyən məlumatları əlimə xətkeşlə vurub öyrətməyə çalışan müəllimlər olmadan əylənərək keçirə bilərəm. Yeri gəlmişkən, xəstəyəm, 22ci yaş. Bunu da gətirdin mənə. Qulağımda heç kəsməyən bir küy var, mübarizə aparırıq. nəsə demək istəyir hava mənə. Hə? Nə? bir də, bir də. Yaxşı görək, sən Allah?!
Salam 22ci yaş. Nələr etməmi istərəm?
Anladım ki, yazarlığa böyük bir sevdam var, 22ci yaş. Bəlkə də peşəmdən daha çox. Yaxşı, söz verirəm ki, bu dəfə ötəri yanaşmayacam buna. tutduğumu sonuna qədər gedəcəm. Südünü içən balaca oğlan gələcəyi dəyişəcək, donuq xəstə dünyanı yönətəcək, hə, bəlkə bizim Elfdən də nəsə eşitdin, 22ci yaş. YAxşı, yaxşı çox həvəslənmə. Hər şey sırasıyla. Sus, artıq, hava! qulağımı batırırsan!
Salam, 22ci yaş. Nə cəfəngiyyatdı bunlar?!
Üzrlü say, saata bax. Mən də kimləsə içimi bölüşməliyəm axı. Sənsən, növbəti bir il üçün həmdəmim. Yetərli vərəqin var? Hər nə qədər saralsa da, 21dən borc al, problem deyil. Orda yazılmayan çox vərəq qaldı, bəlkə ehtiyacın olar. İşdi də, amma yenə də çox həvəslənmə. Hələ məni yaxşı tanımırsan, özümü çox təkrarlayıram. Yazmaq xaric.
Salam, 22ci yaş. Bəlkə birini də?
Yox, yox mən içmirəm. Ayıq olmağa ehtiyacım var. Yazacaq çox şeyim var, 22. Yaşayacaq az şeyim. Bəlkə sənlə udduq bu yarışı, nə deyirsən? susma. Su daşa həmişə bir şeylər deyər. Daş cavab verməz. Daş olmusan mənimçün? Ay səni axmaq! daha 1 həftədi aramızdasan. Olmaz! Susma! Danış! Susmağına heç kimin ehtiyacı yoxdu. Gün bitir, 22ci yaş. Gün bitir. Ömür də bitir. Hər şey bitir. Qalan sadəcə zamandı. Hamımızı tükədir..
Sağ ol, 21ci yaş. Son sözün?
Yalan deməyəcəm, bir də görüşməyəcəyik. Səndən mənə tək qalan xatirələrdi ancaq. Narahat olma, xəyanətim təkcə 22 ilə olmayacaq. Yəqin ki 23 də olacaq. Bəlkə 24 də. Fərq etməz. Hərəniz bir iz qoydunuz. Amma qəbul et, masa arxasında çox oturtdun məni. Mən meydanların adamıyam, masaların yox. öyrənməkdən bezdim, 21. yaşamaq vaxtıdı. Yaratmaq !
Daha sağlam günlər şərəfinə !
Sən də, hava, kəs səsini. yatmaq vaxtıdı...

Comments
Post a Comment