Əslində bir aralar yazmaq bir vərdişə çevrilmişdi. Beynim daim hislərimin, günümün ifadəsi üzərinə köklənmişdi ki, daim sərsəm hekayələr, idealist düşüncələr, açıqlanmayan hislərin sözlərlə ifadəsinə qapılmışdı. İndi yazmıram. Eh, nə oldu soruşsanız, cavabım yəqin ki, "zaman"-olacaq.
Yazmaq qabiliyyətimi bəsit dildə ifadə etsəm, itirmişəm. İdeyalarım, beynimdəki filmlər öz tempində davam edir az da olsa. Amma hərflərdə əksini tapa bilmirlər. O gücü ona verə bilmirəm. Bir neçə nəfər əziz insan var ki, daim bir şeylər yazmamı istəyirlər. Maraqla oxuyurlar, fikirlərini, həyəcanlarını, xəyal qırıqlıqlarını paylaşırlar. Əziz oxucum, əgər həminki ümidlərlə bu yazını oxuyursansa, oxuma. Bu yazıdan heç nə gözləmə. Çünki içimdə yazma partlayışının bir zərrəsini belə hiss etmədən yazıram bunu. Sadəcə ağlımdakı sizlərlə paylaşmayacağım, paylaşa bilməyəcəyim fikirlərdən.. planlardan uzaqlaşmaqdan ötrü barmaqlarımı məşğul edirəm. Bir başa sondakı musiqiyə keçə bilərsən. Orda mənə dair daha çox şey tapacağına əminəm. Sayğılar.
Keçənlərdə özümü yenidən kitab oxumağa məcbur edirdim. Stephen Kingdən daha bir romanı bitirmək ümidi ilə səhifələrdə eşələnirdim. Böyük travmaların əsiri olan Mr. Freemantle ani yüksələn rəssamlıq qabiliyyətini açıqlamağa çalışırdı. Amma sözlər yetərsiz qalırdı. An olurdu ki, dayanmadan çəkmək, yaratmaq istəyi ilə alışırdı və bitirəndən sonra " bunu mən mi yaratdım?" sualı ilə yatmağa gedirdi. Bəzənsə ümumən çəkə bilmirdi. Bax həmin o durumdayam. Elə bir döngü içinə salmışam ki özümü. Niyə bu qədər özümü incitdiyimi, niyə belə çox işləməyə özümü sövq elədiyimi anlamağa çalışıram. Əslində anlayıram. Amma bir şey o birini, o biri isə bir şeyi meydana çıxarır. Qısacası, aləm qarışır. Bir əzizimin dediyi kimi, "öz"ümü itirmişəm. Nə vaxt tapacam bilmirəm. Meyvə qabından alma götürməmişdən öncə olsa yaxşı olar.( Hərdən kitablardan alıntılarla zarafatlar edirəm, biri anlayanda da Sezar kimi hiss edirəm. Bu da onlardan biri idi, amma bu dəfə anlamasanız daha yaxşı olar. Üz turşudacaq zarafat idi.)
Yeri gəlmişkən, gecələr. Keçmir.

Comments
Post a Comment