Skip to main content

Kiçik ruhların böyük dünyası üçün

Əziz oxucu,

Sənə olan bağlılığım hələ həyatımda, beynimin içində baş verənlər barədə danışmağa vadar edir məni. Ona görə yeniliklərdən xəbər tutmq istərsən düşündüm.

Səssiz gecələrdən xoş sabahlara doğru gedən saatlarımla vuruşmaqdayam. Hə, vuruşuram. Xİlas olunmağı, mənə uzanan əli gözləmirəm. Quyunun içindən mənə su gətirəcək Zərdüştü gözləmirəm. Hərəkət həyatın təməl qanunudu və bir küncdə oturmaq fikrim yoxdu.

Bu günlərdə beynimi qurcalayan və barmaqlarımın ucunu qıcıqlandıran ideyalar uçuşur beynimdə. Sığışdırmağa çalışdığım qəfəsindən qurtulmaqda çox israrcı olan bir ideya. Kölgələrdən, uşaqlardan, axtarışdan bəhs edən bir ideya.

 Hazır ol, Əziz Oxucu. Bəlkə sənə bəyan etdiyim bu etirafım məni bu ideyadan bərk bərk yapışmağa itələyər. Etdiyim ya da qarşıma məqsəd qoyduğum məsələlər arasında elə də böyük keyfiyyət daşımayan bi ideyadan danışırıq burda, əzizim. Amma mənim üçün önəmlidi. Çünki hələ də vaz keçmədiyimi, hələ də çalışdığımı, qurtarıla biləcək yox qurtula biləcək bir ruha sahib olduğumu özümə sübut edə biləcəm.

Həyat budur artıq, Əziz Oxucu. Daimi bir vuruşdan və yaşamı anlamlı etmək uğruna aparılan mübarizədən ibarətdir artıq. Hələ də yaşamağa dəyər bir şeylər yaratmaq arzusu ilə dolu.

Ustadım deyir ki, hərdən özümü masasında ən gözəl məhsullarını sərgiləyən satıcı kimi hiss edirəm.

Tezliklə, mən də masamı açacam, Əziz Oxucu. Mən məndən vaz keçmədikcə, sən də məndən vaz keçmə. Yaxın otur. Hələ sənə danışa biləcək çox şeyim var.

Musiqi sənindir, Əziz Oxucu. Kiçik ruhumuzdakı Böyük dünyanın melodiyası ilə tanış ol.

Gözəl saniyələr diləyi ilə,
Kəndin Filosofu.

Comments

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...