Bilirdim ki, 20li yaşlarda həyat dəyişəcək. Bütün o tutğularım, arzusunda olduğum şeylər, səbəblərim, məqsədlərim dəyişiləcək. Mən dəyişiləcəm.
Dəyişildim də.
Keçənlərdə bir dost dedi ki, - " Bu aralar necə görünürsən, bilirsən? Ortada oturmusan, ətrafda fırtına qopur, yerindən tərpənmək, nəsə eləmək istəmirsən." Çox düşünürəm bu cümlələr üzərinə.
İllərdi vərəqlərini fəthelədiyim hər kitabla bağlı maraqlı bir situasiya var. Nə vaxt kitablardan birində həyati bir cümlə görsəm, çox yaxın bir zamanda o cümləni istifadə edə biləcəyim situasiya yaşayıram. Yaxınlarda bitirəndən sonra geniş şəkildə sənə danışmaq istədiyim bir kitab oxuyuram, əziz oxucum. Maraqlısı budu ki, həmin dostun dediyi cümlə ağlımda fırlanan aralar daha bir qolu yazar vurdu. "Əgər yaşamını zövqdən məhrum buraxırsansa, idarəni əldən buraxmısansa, sən həyatı yox, həyat səni idarə edir."
İdarəni geri qazanmağın zamanı gəldi də, keçir. Məktəbdə oxuyanda bir müəllimim, - "bəzən yüksəklərə qalxmaq üçün ən dibə düşmək lazımdı", deyərdi. dibdən salamlar.
Qısa bir zaman içində mğlubiyyəti, uğursuzluğu, əziyyəti, çətinlikləri, ölümü dadmışam. Yorğun günləri, yalnız keçən gecələri, səssiz divarları dinləmişəm. Hər dəfə evə girib işığı yandıranda işə düşən kondisonerin səsinə öyrəşmişəm, Soyuq yerdə oturub ölümdən dönənlərin şərəfinə soyuq suyu "başıma dikmişəm", uzun məsafələri arşımlamışam.
İdarəni geri qazanmağın zamanı gəldi də, keçir.
Musiqi sənin üçündü, sadiqliyindən vaz keçməyən, canlar canı oxucum.
Xoş sabahlar diləyi ilə.
Comments
Post a Comment