Gecələrdən sağ çıxıb səhərə doğru süzülən yorğun ruhlar olmaqdan sıxılmayanlar.
Könlündəki böyük arzularını dünyaya yağış tək yağdırmaq istəyən bulud kimi süzülənlər.
Yaratmağın gücünü anlayıb hər iki qulağındakı musiqi ilə qanadlananlar.
Yüksəklərdə olmanın həzzini yaşayıb qanad açmaq istəməyən "itirilmiş"ləri izləyənlər.
Hələ də deyəcək sözü olduğunu düşünüb hər yaz çiçəkləməyə davam edən yaşlı söyüd ağacının kölgəsində mürgüləyən yalnızlar.
Hələ də mənim kimi vaz keçməyib bir şeylər yazmağa çalışanlar.
Özünü ifadə etmək istəyənlər.
Yaratmaq istəyənlər.
Yaşamaq istəyənlər.
İstəyənlər. İstəyəcək bir şeyi olanlar.
Könlünüzə sevgini qonaq çağırın.
Böyük işlər görmək istədiyinizi bilirəm, imkan verin sevgi qarışsın onlara.
Ağrılarınızı sakitləşdirsin.
Düşən həvəsinizi artırsın.
Qanayan yaralarınızı sarsın.
Yaxşılaşdırsın sizi. Daha yaxşı insan etsin.
Bir masa qurun qəlbinizdə. Dəvət edin dəvət ediləsi kəsləri. Notlardan şərab gətirmişəm bu dəfə sizə.
This comment has been removed by the author.
ReplyDeleteİnsanın içine bu qeder toxunmaq olmaz axı
ReplyDelete