Musiqi elə bir şeydir ki, sizi bir neçə dəqiqə ərzində pərdənizin ardından çıxarma gücünə sahib az şeylərdən biridi. Ctrl+A kimidi. birdən hər şeyi işarələyir və görməzdən gəlinməyəcək qədər göz önünə gətirir.
Musiqini ruhunuza, hərəkət edən əzələlərinizə, düşüncələrinizə yansıdın. Qulaqcıqlarınızı taxın. Yürüyüşə çıxın. Küləkə qarşı olmasında fayda var. Özünüzü güclü hiss edəcəksiniz. Musiqinin ilk dəqiqəsindən sonra addımlarınız sürətlənəcək. Musiqinin tələbi budu.
Özünüzü azad buraxın. Hisslərinizi azad buraxın. Kimliyinizi. Barmaqlarınızı azad buraxın. Buraxın, qoy musiqiyə qoşulsun. Sizin bir parçanız olsun ritm. Xəyallarınızı azad buraxın. Haraya, kimin yanına getmək istəyirsə, getsin.Xəyal edəcək yeriniz var. Xəyal edəcək kimsəniz var. Sizə doğru baxanda məna qazanan baxışları var. Gözəlliyindən zövq alın. Xəyal etmək işin yarısıdı. Növbəti dəfə qulaqcığın birini onunla paylaşın. Musiqidə deyildiyi kimi, " Daha bir dəfə, əzizim. Və burdayıq.."
Comments
Post a Comment