Oxuyursan?
Yaxşı. Bir qadın düşün. Bilirəm, ağlında biri var. Təsvir etmək istərsən mi mənə? Necə görünür? Gözəldi? Gözəl olmayanı varmı ki. Yaşıl gözlü? Mavi? Qəhvəyi? ya qarışıq? Saçından danış mənə. Buruqdu? ya düz? Qısa? Külək sovuranda saçlarını necə görünür? Gözəldi, hə? Yum gözlərini. Yum. Daha yaxşı görə bilirsən indi.. Yaxınlığında olduğunu xəyal et. Qoxusunu hiss edəcək qədər yaxın. Deyəcək sözün var? Qorxma. Qorxma, sən düşündüyün qədər yüksək deyil ürəyinin səsi. Boyununda xalı var? ya da yanağında? Səsi necədi? danışanda heç susmamasını istəyirsən? O dərəcə gözəldi yəni? Xəyallarındakı qadına bir az da uzaqdan bax.
Nə gözəldir sənə doğru gələn zaman yerişi.
Necə boşdur o olmayan zamankı yollar.
Necə mənasızdır gözdən itdiyi döngələr.
Bir adam düşün. Xəyallarında yaşatdığın. Sevg dolu baxışlarla səni izləyən. Necə görünür? Boyu uzundu? qucaqlayanda başın sinəsində itə bilir? ya burnunu burnuna toxunduracaq qədər "sən"dir? Ürəyinin döyüntülərini hiss edə bilirsən? Ritmində adını axtarmağa çalışırsan? Sıxdı mı saçları? Barmaqlarını saçlarında gəzdirirsən mi? Boynuna pərvanə şam işığına tutunarmış kimi tutunursan mı?
Yum gözlərini. Daha yaxınına gəl. kiçik əllərinin əlləri arasında itməsini hiss et.
Uzaqdan izlə.
Necə gözəldir səni gözlərkənki səbrsız duruşu.
Nə soyuqdur o olmayan dayanacaqlar.
Niyə keçmir xəbər almadığın axşamlar.
Açın gözlərinizi.
Xoşbəxtsiniz.
Xəyallarınızda birisi var.
Boşluqda deyilsiniz.
Tutunacaq ümidiniz var.
Bəlkə, amma bəlkə bir gün rastlaşarsınız.
Xəyallarında boşluqlarda üzən insanlardan necə fərqli olduğunuzu anlarsınız.
Bəlkə sevinc dolu gözlərlə bir-birinizi izlərsiniz.
Bəlkə də ikiniz də bunları oxumuş olarsınız.
Bəlkə də ikiniz də bunları oxumuş olarsınız.
"Sənə bir şeirlər olmuş, sevgilim. Üzün-gözün söz içində" deyər bəlkə də..
Oxuyuram. 2018 gələndən bəri başıma gələn ən yaxşı şeyi oxuyuram. Bu sözü nadir hallarda işlədərəm. Möhtəşəmdi
ReplyDelete