Nə qədərini xəyal edə bilərsiniz?
Şəhərin küçələrində tək başına dolaşan birisi üçün yeniliklər dalanlarda olur. eyni binadan hər gün sonu hava qaralanda işdən çıxan birisini düşünün. Eyni binadan çıxıb eyni dayanacağa getməkçün fərqli yollarla gedən birini. Qulaqlarını qıdıqlayan musiqilərinə kiçik gülümsəmə ilə qucaq açan birini. Başı üstündə tənha parıldamağa davam edən işıq dirəklərini özünküləşdirən, kölgəsi ilə səssizcə rəqs edən birini.
Xəyal etməyə davam edin. Eyni dayanacaqda hər gün gözləyən başqa birisini. Elə birisini ki, başı üstündəki ulduzların işıqlarına hərdən gizli baxış atıb onlara notlardan öpüş göndərən biri. Gözəl biri. sadə ifadə etsək, həqiqətən gözəl biri. Hər cizgisi simasına bir az da gözəllik qatsın deyə var olan biri.
Eyni dayanacaqda eyni anda olmamaq ayırır bəlkə də iki xəyalpərəsti bir-birindən.
Amma siz yenə də xəyal etməyə davam edin. Onu musiqi ilə bəzəyin. İcazə verin buludları arasına alsın sizi. Gözünüzü yumun və sadəcə orda süzülməyə davam edin. Bu musiqi sizin üçündü, qəlbində musiqilərdən təsirlənə bilən həssas tellər olan kəslər. Bir musiqi ilə belə kövrəlib, gözlərindən yaş axa bilən kəslər. Eyb etməz, qoyun adını romantizm qoysunlar. Siz yenə də xəyal edin.
Bəlkə bir gün o iki gənc ruhu eyni dayanacaqda görüşmüş görə bilərsiniz. Musiqinin ritmi ilə hərəkət edən əllərin bir-birini tapdığını, barmaqların bir-birinə sarıldığını görə biləriniz. Bəlkə də siz də mənim qədər o mənzərəni görüb üzünüzə gülüş qondura bilərsiniz. Bəlkə də fərqinə varmadan ötüb keçərsiniz. Fərq etməz, artıq mənası olmayacaq, çünki ulduzların şəhəri artıq onlar üçün parıldamış olacaq.

Comments
Post a Comment