Skip to main content

Bənövşə günü

Bizim məktəbdə Əlzahir adında bir kitabxanaçı var idi. Zəqqumsifətin biri idi. Amma məni çox istəyərdi. Tez-tez gəlirdim kitab ardıyca. Neçə yaşım var idi birinci dəfə kitabxananın qapısında çəkingən durub içəri girmək narahatçılığı keçirəndə? 10? Deyəsən elə idi.

Bu gün 22 yaşı geridə qoyub 23-ə ayaq açdım. 12 il ötüb ən azı o gündən. Hər il bir az daha qarmaşıqlıq dolu duyğular içində oluram. Evə gəlib oturub düşünürəm bayaqdan. Bu cür doğum günü keçirmişdim mi indiyə qədər? Məncə, yox.

Səni bilmirəm, əziz oxucu, amma mənim ölmədən öncə etməyi istədiyim bir neçə şey var. Bu gün gözəl və əziz bir insanın sayəsində ikisini edə bildim. Əsl yeni yaşın başlanğıcında edilə biləcək şeylərdən idi. 

Uşaq olanda qonşu kənddə xalamgil yaşayırdı, ayda ən azı bir dəfə ora gedərdik qonaq. İplə çəkirdim o günləri, çünki əsrarəngiz bir şey var idi orda, At! 
Bu gün uzun illərin arzusunu gerçəkləşdirib nəhayət ki, bir ata yaxınlaşa bildim, sığallaya bildim, ən əsası yəhərin üstünə çıxma cəsarətini tapdım özümdə. Bütün o duyğuları ifadə edə bilmərəm, uşaqlığımın neçə-neçə xatirəsi, xoş anı yığılıb qalmışdı illərdi içimdə. Hamsı birdən gün işığına çıxdı Bakının bu günkü küləyinin müşayətində. Üzümdəki ifadəyə cavabdeh deyildim bu gün, amma bir kiçik uşaq vitrində həsrətlə izlədiyi oyuncağı əlinə alanda nə qədər sevinc keçirə bilərsə, o qədər də sevinc keçirdim. 

İkinci etmək istədiklərim arasında bir qədər də uşaqca olanıdı. Böyük bir auditoriyada oturmusan, əziz oxucu? Alqışlanası məqam gələndə bir-birinə toxunan əllərin səsi ətrafını bürüyəndə onlara dəstək çıxmısan? əlin qızarana kimi alqışlamısan nəyisə ya kimisə? Mən çox etmişəm. Amma uşaqlıqdan bəri o alqış zəncirini başladan adam olmaq istəmişəm. Gülmə! mənim üçün çox istək duyduğum bir məsələdi bu. Bu iki önəmli istəyimdə yanımda bənövşə kimi gözəl Aysel var idi. gün boyu paylaşdığımız saatları keçirəm, bir məqamı burda qeyd eləməsəm, yata bilmərəm bu gecəni. Teatrda olmaq istəyimi də zatən Aysel sayəsində gerçəkləşdirmişəm, alqış mövzusundakı istəyimi bir dəfə yanında demişdim, bu gün "Ölülər" tamaşasını birlikdə izlədik(hamınıza məsləhət bilirəm, möhtəşəm ötəsi bir şey idi), Aktyorun çıxışını sonlandırdığı an hələ ki içəridə sakitliyin çökməyindən istifadə edib cəld "tez ol, tez ol, alqışla" deyib içimdəki kompleksi darmadağın etdi bu gün. O alqışı nə az nə çox iki dəfə mən başlatdım! Necə xoşbəxtəm, anlamazsınız ! Bəli, bu gün bir yaşım artmayıb, əksinə uşaq olmuşam. Başlığı sənə Həsr edirəm, Xanım !

Bu doğum günümdə təbrik edənim əvvəlki illərdən az oldu. günə elə təbrik mesajları ilə başladım ki, hansına daha çox kövrəlim bilmədim. Hamınızı çox sevirəm, tələbələrim, dostlarım, əzizlərim, qucaqlayıb nəfəssiz qoya biləcəyim bütün o əzizlərim. Həyatımı daha mənalı edirsiniz. 

Bir hekayə barədə bu gün söz də verdim, dönüşü yoxdu artıq bu yolun. 👀  Şirin bir tortun və gözlənilməz bir ay işığı dolu gecənin təsvirinə qapılıb verilən bir sözdü və tutmaqda qərarlıyam. Zövq alaraq oxumağa başlayıb, sonunda məni söyəcəyin bir hekayə gələcək tezliklə, əziz oxucu.

Özümə nə arzulayıram? Arzuların ən gözəlini bir dostum xitab edib mənə və bu arzunu növbəti yaşa qədər arzulayıram özümə. 



Xoşbəxt olmaq üçün əlçatan şeylərə ehtiyac duymağı arzulayıram özümə. yeni yaşın gözəl olsun, Gənc İnsan ! 












Comments

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...