Səhər gözümü açanda ilk etdiyim otağımın qapısına tərəf qaçıb taxta kənarlığa söykənib boyumu ölçmək olmuşdu, həmin gün 8ci doğum günüm idi, bir gecə içində 1 yaş daha böyümüşdüm. 1 gecənin 1 yaş dəyərində ola biləcəyinə təəccüblü idi, çünki saat hələ ki 23:59 olanda 7 yaşında idim, bir anda 8 yaşında olmuşdum. Atam yatmadan öncə otağıma gəlib üzümdəki oyaqlığı görəndə yatmasam, sehrin gerçəkləşməyəcəyini demişdi. Oyananda rəsmən 8 yaşında olacaqdım.
Həmin gün 1 gecənin daha böyük anlam da daşıya biləcəyini öyrəndim. Aşağı otağa düşəndə evdəkilərin üzündəki ifadə heç də gözlədiyim deyildi. 8 yaşım olurdu, bu gün qucaqlamaların, şirin sözlərin, hər istədiyimin etirazsız qəbul edilməsinin günü idi, nənəmə əntiqə yaraşası qırmızı plastilindən paltar kimi ideyalarım vardı. Yaxasına da sancaqla süni yaşıl gül taxacaqdım, amma plastlinə sancaq taxmaq bir az mənasız olar düşündüyümə görə bu fikirdən vaz keçmişdim.
Aşağı mərtəbədəki adamlar səs-küylü tappıltılarıma rəğmən, mənə tərəf dönüb baxmadılar. Hətta nənəm belə. Həmişə, - tərgit bu pilləkəni tullana-tullana düşməyi. Bir gün böyüyəcəksən, pilləkən ağırlığına tab gətirməyəcək, yıxılıb bir yerini əzəcəksən, - deyərdi.
- ona görə bütün yetişkinlər belə ehtiyatlı və yavaşdılar? Yıxılmaqdan qorxurlar?
- Yox, qalxa bilməməkdən.
- ona görə bütün yetişkinlər belə ehtiyatlı və yavaşdılar? Yıxılmaqdan qorxurlar?
- Yox, qalxa bilməməkdən.
Salondakıların üzündə kədərli baxışlar son pilləni tullanandan sonrakı "tataaaaam"a maneə oldu. Hamının üzündə qırışlar çoxalmış, nənəm, elə bil, bir gecə içində ikiqat qocalmışdı. Ad günümü unutmuşdular? Ya da, əksinə, ad günüm idi bu qədər sakitliyin səbəbi?
Bəlkə də 8 yaş bu cür olmalı idi? İnsanlar "8"dən sonra boğazında oyuncaq əsgər fiqurlarından biri qalıbmış kimi görünməyə başlayırdılar?
Atama tərəf getdim, niyə hamının belə susqun olduğunu soruşdum. Atam başımı sığallayıb məni otaqdan çıxardı və əsas bombanın fitilini alışdırdı: Bu gün babam gəlməyəcəkdi.

Təəccüblü idi, çünki babam heç vaxt xüsusi günləri qaçırmazdı, bəzən bütün ailə içində ancaq onun boğazında o süngülü oyuncaq əsgərin olmadığını düşünərdim. Həmişə gülməyə hazır vəziyyətdəydi, ən ciddi məqamda belə əyləncəli bir şeylər tapmağı bacarırdı.
Amma bu gün burda olmayacaqdı.
-Bəs Miladda?
Amma bu gün burda olmayacaqdı.
-Bəs Miladda?
- Onda da.
- Pasxa?
- Yox.
- Çin təqvimi ilə milad?
- Təəssüf ki.
- Pasxa?
- Yox.
- Çin təqvimi ilə milad?
- Təəssüf ki.
Niyə hamının qara geyindiyini soruşanda atamın boğazındakı fiqurdan da bir az hava keçdi, köks ötürdü. Üzündəki ifadə Batman son yumruğunu üzünə yapışdırmamışdan əvvəl qorxuyla baxan "Penquine"i xatırladırdı, sanki qarnına yumruq yemişdi və ən ağrılısının gəlişini gözləyirdi.
Bir-iki saniyə susub cavab verdi. Dedi ki, bu doğum günüm üçün babam mənə xüsusi surpriz hazırlayıb və bir neçə qayda var idi:
Bir-iki saniyə susub cavab verdi. Dedi ki, bu doğum günüm üçün babam mənə xüsusi surpriz hazırlayıb və bir neçə qayda var idi:
O qayıdana qədər qoyduğu ipucularını izləməli idim.
Sual verməməliydim.
Və gözlərimi dörd açıb hər şeyi diqqətdə saxlamalıydım.
Çünki hər an hər şey ola bilərdi. Diqqətli olmasam, əsas hədiyyəyə gedən yolu gözdən itirə bilərdim.
Gözləri yaşarırdı, dedim ki, hədiyyə yeməli olsa, ona da verəcəm. "Falcon" gəmisinin leqo-oyuncağı olsa, inciməsin, özüm tək quracam.
Oyuncaq əsgər bir az da yerindən tərpəndi, atam gözündəki bir damcı yaşı silib gülümsədi və başımı sığallayıb getdi.
Oyuncaq əsgər bir az da yerindən tərpəndi, atam gözündəki bir damcı yaşı silib gülümsədi və başımı sığallayıb getdi.
☘☘☘
Bayırda şıdırğı yağış yağırdı, bu cür qatı yağışda şəhərdə burnunun ucunu görmək məharət istəyirdi, o ki qaldı, hansısa ipucunu. Amma vaz keçməyim, ya da uduzmağım üçün səbəb ola bilməzdi bu, bütün diqqətim ipuclarındaydı.
Bütün o qara geyimli adamların, hələ geyimləri və şəhərin tutqun havası azıymış kimi, bir də qara çətirləri vardı.
Hər kəs böyük bir qutunun ətrafında toplanıb gülməli geyimli amma çətirsiz yaşlı kişini dinləyəndə hərdən nənəmin hıçqırıq səsləri yağışdan daha üstün çıxırdı. Ətrafımdakı adam sayı sıxlaşırdı, yağışdan daha yaxşı qorunurdum, amma həm də qara çətirlər arasında səma görünməz olurdu. İpucu filan olmuşdu nağıl!

Evdən çıxanda bacım anam və atam hərəsi bir qara çətir götürdü, mənim üçün əlavə qara çətir yox idi, bu heç xoşuma gəlməmişdi. Səbəbini soruşdum. Mən doğulandan bəri belə bir gün keçirmək məcburiyyətində olmadıqlarını, ona görə də mənim üçün qara çətir almadıqlarını dedilər. İsrarla öz qırmızı çətirimi götürməyə çalışanda ikisinin bir-birinə tərəddüdlə baxışdılar. Babamın hədiyyə etdiyi qırmızı çətirimin də bəlkə ipucunu tapmaqda kömək edə biləcəyini dedim. Anam, - nə ipucusu?, - deyə soruşanda atam əlini belinə qoyub yolda başa salacağını dedi. Onları bir-birinə yaxın görmək xüsusi ilə xoşuma gəlirdi, bir gün mənim də əlimi belindəki çuxura qoyacaq xanımım olacaqdı, amma əvvəl surpriz! Öncəliyim bu idi.
Böyük qara qutu yavaş-yavaş qaldırılıb iplərlə özü kimi iri quyuya salındı. Içərisi su ilə dolmuşdu, Torpaq onu özünə istəmirdi. Elə bil, qusub bayıra atmağa çalışırdı. Bütün o qaranlıqlar içində qırmızı çətirimi yuxarı qaldırıb hamı ilə eyni nizamda tutmağa çalışdım, böyük bir sistemdə bir parça olmaq kimi idi, amma rəngim fərqliydi, həm də qarşı gəlirdim onlara. Amma o gün bunu hamı ilə bir sırada olum deyə yox, səmanı bir az da olsa görüm deyə istəyirdim. Yanımdakı qonşumuzdan mənim də çətirimi tutmasını və mümkünsə bir qədər maili tutmasını istədim. Iki çətir arasındakı boşluqdan istifadə edib, çətinliklə də olsa, gözlərimi səmaya dikdim. Özlərini kamikadze kimi çətirlərə çırpan damcılardan bəziləri boşluqdan istifadə edib üzümə qədər gəlirdilər.
Babam bu cür sıxıcı, zülmət qaranlıq içindəki adamların yanında ipucu gizlətməzdi. Ətrafda olanlara marağıml itirmişdim. Yaxınlıqdakı kilsənin ani başlayan zəng səsi, yağış, nənəmin hıçqırıqları, gülməli geyimli adamın insanı sakitləşdirən səsi və dərin bir quyuya salınan böyük qutunu üfüqi dünyada özbaşlarına qoyub gözlərimi balaca aralıqdan səmaya dikdim, fərqində deyildim, amma illər sonra bunu ölümlə olan ilk görüşümə gecikməyə bənzədəcəkdim.

Kaş bu qədər uzun fasilələr verməsəniz...
ReplyDeletehmmmm
ReplyDelete